LEV ZUVELUN (HÜSEYN NURİ)
Şanlı 21 Azər hərəkatının ən gözəl xüsusiyyətlərindən biri də onda təkcə azərbaycanlılar deyil, bir çox başqa millət nümayəndələrinin iştirak etməsidir.Biz bu xüsusiyyəti həm nəhzətin (hərəkatın) gedişində, həm nəhzətin sonrakı quruculuq işlərində, həm də şahənşah ordusunun hərəkat üzərinə xaincəsinə hücumu zamanı şəhid olan mərd mübarizlərin milli tərkibində görürük. Təsadüfi deyildir ki, şəhid olan mübarizlər içərisində qardaş fars,, kürd, assuri, yəhudi və başqa xalqların ən yaxşı oğulllarının adlarına rast gəlirik.Millətcə yəhudi olan Lev Zuvelunun (Hüseyn Nurinin) də şərəfli adı 21 Azər nəhzətinin iştirskçıları sırasında özünəməxsus şərəfli yer qazanmışdır.…