Menu

Azərbaycan Demokratik Firqəsi

header photo

Mübariz və İnqilabçı şair Əli Tudənin 100 illik yubileyinin anma mərasimi!

Mübariz və İnqilabçı şair Əli Tudənin

100 illik yubileyinin anma mərasimi!

1402-ci il bəhmən ayının 13-ü(02.02.2024) günü mübariz və inqilabçı şair Əli Cavadzadənin(Əli Tudə) anadan olmasının 100 illiyinə təsadüf edir. Əli Cavadzadəİran Tüdə Partiyasının üzvlərindən biri olaraq  bir çox tudəçi kimi Azərbaycan Demokrat Firqəsi yarandıqda 21 Azər Hərəkatına qoşulmuş və Azərbaycanın muxtar hökumətinin(1324-1325) formalaşmasında həlledici rol oynamışdır.

Əli Tudə Milli Hökumətin Filarmoniyasının yaradıcılarından biri idi. O, Azərbaycanın siyasi, ədəbi və mədəni sahəsində geniş  fəaliyyətinə görə Azərbaycan Milli Hökumətinin “21 Azər” medalı ilə təltif olunmasına layiq görülür. Əli Tudə 21 Azər Hərəkatının devrilməsindən sonra mühacirət etmək məcburiyyətində qaldı. O, mühacirətdə Bakı Dövlət Universitetində(1326-1331) dil-ədəbiyyat ixtisası üzrə təhsilini davam etdirərək ali elmi dərəcəyə nail olur.

1339-1341-ci illərdə Moskvada Sovet İttifaqı Kommunist Partiyasının Ali Məktəbində təhsil alaraq bitirdikdən sonra. Azərbaycan Sovet Respublikasına qayıtdıqdan sonra ona ədəbiyyat və mədəniyyət sahəsində həssas və ağır vəzifələr tapşırılmışdır. Eyni zamanda “Azərbaycan” qəzetinin ədəbi şöbəsinə rəhbərlik edir. 1339-cu ildə Azərbaycan Yazıçılar İttifaqının İdarə Heyətinin üzvü seçilir və 1366-cı ilə qədər bu vəzifəni icra edir.

Əli Tudə Sovet İttifaqında daşıdığı şərəflərli vəzifələr ilə yanaşı, 1363-cü ildə Azərbaycan Sosialist Respublikası Ali Sovetinin fəxri fərmanına da layıq görülür.

Əli Tudə 1375-ci il isfənd ayının 7-də martın 7-də(03.03.1997) həyata göz yumaraq, dost və pərəstişkarlarının çiynində Azərbaycanın 2-ci Fəxri xiyabanında torpağa tapşırıldı. İndiyə qədər ondan 40-a yaxın kitab və 50 hekayə qalmış. Bu inqilabçı və vətənsevər şairin əsərləri ingilis, rus, ukrayna, hind, özbək və qırğız dillərinə tərcümə edilib. Vətənə qayıtmaq həsrəti çəkən Əli Tudə ömrünün sonuna dək siyasi mühacir pasportu ilə yaşayıb və özünü Sovet İttifaqı vətəndaşlığının üstünlüklərindən məhrum edib. O, daima vətən üçün darıxaraq, ora qayıtmaq həsrəti ilə həyata göz yumur. O, hətta Savalan dağının zirvəsini görmək ilə Lənkəran ətrafındakı dağlara gedir, lakin qatı dumanın olması ona Savalanı görməyə imkan verməyir.

Bu inqilabçı və vətənpərvər şairin 100 illik yubileyi münasibəti ilə Azərbaycan Demokratik Firqəsinin və Azərbaycanda olan” İranlı Mühacir Cəmiyyəti” İctimai Birliyinin nümayəndə heyəti, Milli Elmlər Akademiyası və Azərbaycan Yazıçılar Birliyinin bir neçə əmkdaşı  ilə birlikdə  onun xatirəsini yad etmək üçün 2-ci Fəxri Xiyabanında onun məzarı üzərinə gül çələngi qoymuşlar.

Bu tədbirdə ilk olaraq Azərbaycan Demokrat Firqəsinin sədri Adilə yoldaş şair və inqlabçı Əli Tudə haqqında çıxış etdi: Əli Tudə hələ yeniyetməlik illərindən şairlik zövqu və inqilabçı ruhiyyəyə malik bir şəxs idi. O, bütün vaxtını Azərbaycan mədəniyyətinin inkişafına və təbliğinə həsr edərək ömrünün sonuna qədər bu yöndə çalışmışdır. Beləliklə də bu böyük insan özündən sonrakı nəsillərə qiymətli əsərlər qoyub getmişdir...

Azərbaycan Respublikasında qeydiyyatda olan “İranlı Mühacirlər Cəmiyyətini” İctimai Birliyinin rəhbəri yoldaş Firidun İbrahimi Əli Tudənin insani mahiyyətinə və onun gənc nəslə xüsusi diqqət yetirdiyinə işarə edərək dedi: Əli Tudə alicənab, vətənpərvər və cəsur bir şəxsiyyət idi. Vətən üçün darıxırdı. O, həmişə gənc nəslinin vətənpərvər və inqilabçı ruhla yetişdirilməsini habelə gələcəyə hazırlanmasını tövsiyə edirdi. Bu üzdən də o  öz ailəsini bu ruhda böyüdmüş.  Firidun İbrahimi yoldaş Əli Tudənin dəyərli əsərlərini çap etdirdiklərinə görə onun ailə  üzvlərinə, xüsusilə Natiq müəllimə öz təşəkkürünü bildirdi....

Sonra Milli Elmlər Akademiyasının əməkdaşlarından və Yazıçılar Birliyinin yüzvlərindən  bir neçə şəxs də Əli Tudənin inqilabi, insani və ədəbi keyfiyyətlərindən söz açdılar.

Sonra, Əli Tudənin oğlu Natiq Cavadzadə ailə adından tədbir iştirakçılarına zəhmət çəkib tədbirdə iştirak etdiklərinə görə təşəkkür edib. O, atasının  vətənə qayıtmaq ümidi ilə siyasi mühacir pasportunu dəyişmədiyiniolarsq iştirakçılara vurğuladı.

Tədbirin sonunda yaxın vaxtlarda Əli Tudənin 100 illik yubileyi münasibətilə Azərbaycan Respublikasının ədəbi dairələri tərəfindən möhtəşəm mərasimin keçiriləcəyinin nəzərdə tutulduğu bildirildi.

Sonra iştirakçılar Azərbaycan Demokrat Firqəsinin şairlərinin Mədinə Gülgün, Balaş Azəroğlu, Söhrab Tahir və Hökumə Büllurinin məzarlarını ziyarət edərək,  üzərlərinə gül dəstələri qoymaqla xatirələrinı ehtiramla yad ediblər.

 

 

Go Back

Comment