Menu

Azərbaycan Demokratik Firqəsi

header photo

ƏBDÜLHÜSEYN Ə HMƏDİ

ƏBDÜLHÜSEYN Ə HMƏDİ

Əbdülhüseyn Şeyx Əhməd oğlu Makuda məşrutəçi bir ailədə anadan olmuşdur.Atası

Məşrutə hərəkatı zamanı tutuqlanıb və edam olunur.Şeyx Əhməd edam olanda demişdir:

" Şeyx Əhməd ölər, lakin azadlıq ölməz.!"

Əbdülhüseyn azadlıq sevən biri olaraq illər boyu Maku, Xoy və Təbrizdə diktator Rza xan və imperialistlərə qarşı mübarizə aparır,1311 - ci ildə (miladi 1932 - ci il) Təbrizdə tutularaq Tehrana aparılır və 9 il "Qəsr - Qacar"zindanında saxlanılır.

1320 - ci ildə (m.1941) Rza xan hökuməti çökdükdən sonra zindandan qurtulur. Əbdülhüseyn Əhmədi fəhlə təşkilatının üzvlərindən idi.Çalışırdı ki, bu təşkilatı siyasi düşüncəyə qarşı silahlandırsın, bu çalışmalar sonucunda 1323 - cü ildə (m.1944) İran Xalq Partiyasının Azərbaycan Əyaləti konfransının nümayəndəsi olmuş və Maku vilayət komitəsinin sədri seçilmişdir.O, 1324 - cü ildə

(1945) Azərbaycan Demokrat Firqəsinin birinci qurultayının da nümayəndəsi olmuşdur. Qocaman azadixah Əbdülhüseyn Əhmədi həmin qurultayda Azərbaycan Demokrat Firqəsinin Mərkəzi Komitəsinin üzvü seçilmişdir.

Əhmədi Azərbaycanda 21 Azər hərəkatının qalib gəlməsində, Milli Hökumətin qurulmasında yaxından iştirak etmiş və Maku əhalisi tərəfindən Azərbaycan Milli Məclisinə vəkil seçilir.Milli Hökumətin son çağlarında Azərbaycan Demokrat Firqəsinin Xoy komitəsi - nin sədri seçilir.

1325 - ci ildə (1946) şah qoşunu Azərbaycanı işğal edəndə Əbdülhüseyn Əhmədi tutulur və çoxlu işgəncələrə məruz qalır.Amma orada olan məmurlara qarşı belə deyir:" Mənim atam da məşrutəçi və azadixah olmuşdur.Onu da müstəbidlər və sizin kimi canilər öldürmüşlər, lakin o düşmənlərə təslim olmamışdır.Mən də olmayacağam.Mən buna əminəm ki, siz özünüzü xalqın intiqam pəncəsindən qurtara bilməyəcəksiz."

Son nəfəsinə qədər düşmənə təslim olmayan Əbdülhüseyn Əhmədinin mərdanə mübarizəsi, düşmən qarşısında qəhrəmanlıqla dayanması firqə üzvlərinə bir nümunə oldu.

Sonra şahçılar onu öldürüb və doğradılar.

Azərbaycan Demokrat Firqəsinin Mərkəzi Komitəsinin üzvü, Milli Məclisin nümayəndəsi qocaman azadixah Əbdülhüseyn Əhmədinin parlaq xatirəsi, onun xalqa, vətənə xidməti həmişə hörmətlə yad ediləcəkdir.

Qaynaq:

1."Maku qalası və sərdar".Bəhmən Araz, Sumernəşr, 1397

Guləddin İsmayilov

Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Go Back

Comment