Menu

Azərbaycan Demokratik Firqəsi

header photo

TAĞI MUSƏVİNİN MÜHACİR HƏYATI

TAĞI MUSƏVİNİN MÜHACİR HƏYATI

1945 - ci ildə "Azərbaycan" ruznaməsinin 110 - cu sayında Seyid Cəfər Pişəvəri öz məqaləsində yazır:"Azərbaycan Milli Hökuməti qeyd edir ki, Azərbaycan qəhrəman, namuslu və şücaətli oğullarından təşkil tapmış fədai dəstələri xalqın milli azadlıq nəhzətinin qurulmasında fövqəladə böyük xidmət və fədakarlıq göstərmişdir.Əlinə silah alıb qışın soyuq gecələrində çöllərdə və dağlarda mürtəcelərlə mübarizə aparmış və milli - demokratik azadlığımızı öz qanları ilə təmin etmiş fədailərimizin böyük qəhrəmanlığını və xidmətini Azərbaycan milləti və əziz vətənimiz Azərbaycan torpağı heç zaman yaddan çıxarmayacaqdır..." Məhz belə qəhrəmanlardan biri də Azərbaycanın görkəmli fədaisi Tağı Musəvidir.O, 1918 - ci ilin ( bəzi mənbələrdə 1815 - ci il) may ayının 1 - də Təbrizdə anadan olmuşdur.Atası silah alverçisi olmuş, lakin sonradan sənətini dəyişmiş və ömrünün axırına qədər bağçılıqla məşğul olmuşdur.O, həm də məşrutə hərəkatının iştirakçısı idı.

1923 - 1930 - cu illərdə Təbrizdə "Gülzar" yediillik məktəbində oxumuşdur.1930 - 1934 - cü illərdə əmək fəaliyyətinə başlamış və Təbriz xalça fabrikində fəhlə işləmişdir.1934 - 1936 - cı illərdə "Ədəb" adlı məktəbdə orta təhsilini başa vurmuşdur.Orta təhsili bitirdikdən sonra 1939 - cu ildə Tehran Ali Hərbi Məktəbinə daxil olmuş və məktəbi 1941 - ci ildə müvəffəqiyyətlə bitirmişdir.Hərbə olan böyük marağı onu Tehran Təyyarəçilik Məktəbinə gətirmişdir.1941 - 1942- ci illərdə təyyatəçilik məktəbdə oxumuşdur.

Tağı Musəvi təhsilini bitirdikdən sonrs İran Hərbi Hava Qüvvələrinin birinci alayında şturman, 1942 - 1945 - ci illərdə İran Hərbi Hava Qüvvələrində (əvvəl Tehranda, sonra İsfahanda,

daha sonra Kirmanşahda və yenidən Tehranda) təyyarəçi - şturman vəzifəsində çalışmışdır.

1942 - ci ildən İran Tudə Partiyasının, sonra isə Azərbaycan Demokrat Firqəsinin üzvü olmuş və ADF arasında əlaqələr məsulu işləmişdir.

1945 - ci ildə Tağı Musəvi 130 nəfər mütərəqqi zabitin İran qoşunlarını tərk edib Azərbaycan Milli Hökumətinin sıralarına keçməsinin təşkilatçısıdır.4 fevral 1946 - cı il tarixdə Azərbaycan Demokrat Firqəsini orqanı olan "Azərbaycan" qəzetində (No117)" Milli şüurun nümunələri : fədailərə hədiyyələr" məqaləsi çap edilmuşdir. 1945 - ci ildən 1946 - cı ilədək gizli partiya işində çalışıb. Azərbaycan Milli Hökuməti dövründə fədai və qizılbaş xalq qoşunlarının kadr hazırlığında böyük rolu olan Tağı Musəvi 1946 - cı ilin dekabrında Azərbaycan Milli Hökumətinin süqutundan sonra bir çox fədailər kimi Şimali Azərbaycana mühacirət etmişdir.

Görkəmli fədai Tağı Musəvi Şimali Azərbaycana mühacirət etdikdən sonra da daima çalışmış,1947 - ci ildə Hacıkənddə 250 nəfərlik fədai dəstəsinə başçılıq edir.Bu dəstə şah qoşununa qarşı partizan və müqavimət hərəkatı üçün hazırlanırdı.O, Kirovabadda (Gəncədə) Təyyarəçilik məktəbində, 1946 - 1947 - ci illərdə Azərbaycan KP MK nəzdində Partiya məktəbində, 1952 - 1956 - cı illərdə V.İ.Lenin adına Azərbaycan Dövlət Pedaqoji İnstitutunun (indiki Azərbaycan Dövlət Pedaqoji Universiteti) marksizm - leninizm kafedrasının aspiranturasında təhsil almışdır.

1951 - 1952 - ci illərdə Azərbaycan Demokrat Firqəsi MK - da təlimatçı, 1956 -1961 - ci illərdə Azərbaycan SSR Nazirlər Soveti yanında Radio Verlişləri və Televiziya Komitəsində radionun xarici verlişlər redaksiyasında redaktor və mütərcim, 1961 - 1980 - cı illərdə Azərbarcan SSR EA Tarix İnstitutunda kiçik elmi işçi, sonra isə baş elmi işçi vəzifəsində çalışmışdır.İşlədiyi müddətdə bir sıra mükafatlarla təltif olunmuşdur.

Mühacirət illərindı elm sahədində çalışmış, 1960 - cı ildə namizədlik dissertasiyasını müdafiə edib, tarix elmləri namizədi alimlik dərəcəsi almışdır.

Tağı Musəvi bir sıra sanballı elmi məqalələr və kitabların müəllifidir.

1979 - cu il Bəhmən inqilabı zamanı siyasi fəaliyyət üçün İrana qayıtmışdır.

1982 - ci ildə irticanın şiddətlənməsi nəticəsində dostlarının köməyi ilə Əfqanıstan tərəfdən SSRİ - yə qaçırılıb və bundan sonra yenidən Bakıda mühacirət həyatı yaşamışdır.

1990 - cı ildə Tağı Musəvinin inqilabi fəaliyyəti nəzərə alınaraq ADF Mərkəzi Komitəsinin fəxri üzvü seçilmişdir.

Yorulmaz fədai olan Tağı Musəvi Belarusiyanın Minsk şəhərində siyasi mühacirlərin yerləşdirilməsinə rəhbərlik etmişdir.

1994 - cü ildə xəstəliyi ilə əlaqədar olaraq İsveçdə yaşayan qızının yanına getmiş, 2000 - ci ildə Lund şəhərində vəfat etmişdir. Vəsiyyətinə görə həmin şəhərdəki qəbiristanlığın müsəlmanlar üçün ayrılmış hissədində dəfn edilmişdir.

Təqdim etdi: Güləddin İsmayılov

Go Back

Comment