İran Tudə Partiyası Mərkəzi Komitəsinin sədri
Yoldaş Əli Xəvarinin həyatı sona çatması münasibətilə
Azərbaycan Demokrat Firqəsi Mərkəzi Komitəsinin Bəyannatı!
Hörmətlı həmvətənlər !
İran Tudə Partiyası Mərkəzi Komitəsinin bəyanatına əsasən, xəbərimiz oldu ki ölkəmizin yorulmaz mübariz və görkəmli inqılabçısı Yoldaş Əli Xavəri ürək çatışmazlığı səbəbindən 2021-ci ilin mart ayının 19-da cümə günü həyatı sona çatmışdır. Yoldaş Əli Xavərinın ölümü İran inqilabı hərəkatı, xüsusi ilə də ölkənin fəhlə və zəhmətkeş sinfinin mübarizəsi üçün əvəzolunmaz bir itki sayılır. O elə azadlıqsevən mübarizlər nəslindən idi ki səksən ilə yaxın istibdada, haqsızlığa və istismara qarşı mübarizənin ön c…