Menu

Azərbaycan Demokratik Firqəsi

header photo

İran Tudə Partiyasının yaranmasının 80 illiyi ilə bağlı

İran Tudə Partiyasının yaranmasının 80 illiyi ilə bağlı

keçirilən mərasimdə Azərbaycan Demokrat Firqəsi Mərkəzi

Komitəsinin sədri Adilə Çernik Bülənd yoldaşın çıxışı

 

          Əziz yoldaşlar, ilk növbədə məni İran Tudə Partiyasının 80 illiyi ilə əlaqədar tədbirə  dəvət etdiyiniz üçün öz təşəkkürümü bildirir, Sizə cansağlığı, müqəddəs hədəfinizdə uğurlar və qələbə arzulayıram.

Yeri gəlmişkən İran Tudə Partiyasının 80 illiyi münasibətilə bütün işçilərə, zəhmətkeşlərə, milli-mütərəqqi, azadlıqsevər qüvvələrə, xüsusən də İran Tudə Partiyasının üzv və tərəfdarlarına ürəkdən təbrik etmək istəyirəm. İran Tudə Partiyasının mütərəqqi və humanist ideallarının və məqsədlərinin çox da uzaq olmayan bir gələcəkdə gerçəkləşəcəyinə habelə ölkə xalqlarının zülm və istibdad zəncirindən qurtulacağına şübhəm yoxdur.

Əziz yoldaşlar!

Fəxr ilə deyə bilərəm ki, mənim siyasi ömrüm İran Tudə Partiyasının yaranması ilə başlayır. 10 yaşında ikən partiyanın üzvü olan anamla birlikdə Ərdəbil şəhərində partiya özəklərində iştirak edirdim. Şəhərdəki danışılan sözlərin həqiqətini axtarmaq mənim marağımda idi. Ərdəbildə işsizlik, yoxsulluq, korrupsiya və hökumət məmurlarının zorakılığını görəndə o sözlər ürəyimə yatırdı. Mən cəmiyyəti dəyişdirmək və insanların xoşbəxtliyi üçün bir yol axtarırdım.

Seyyid Cəfər Pişəvərinin rəhbərliyi ilə Azərbaycan Demokrat Firqəsi yaranarkən özümü o yolun yolçusu gördüm. Dərhal firqə sıralarına qoşularaq istək və arzularımı həyata keçirmək üçün əlimdən gələni etdim. Firqə idealarını yerinə yetirmək üçün gecə-gündüzüm yox idi və lazım olan yerə gedirdim, izdihamlı cəmiyyət içində təbliğ və mühazirələr oxuyurdum. Yeniyetməlik enerjisi və insanlara olan marağım içimdə təsəvvür edilə bilməyəcək bir güc yaratmışdı. Hətta özümü təhlükədən qorumaq üçün firqə məsulları mənə silah veriblər. Burada silahdan istifadə etməyi bizə öyrədən Mehdi Keyhan yoldaşı xatırlamaq yeinə düşər.

Bunları izah etməklə demək istəyirəm ki, İran Tudə Partiyasının 80 illik məhsuldar həyatında onun yanında olub və bir çox uğurlarının habelə problemlərinin şahidi olmuşam. Üstəlik, İran Tudə Partiyası və Azərbaycan Demokrat Firqəsi həm inqilabi, həm də mütərəqqi idealarına və apardıqları ortaq mübarizələrinə görə şərəfli bir tarixə malikdirlər. Bunu da qeyd edim ki, partiyanın yaranmasının ildönümü mərasimində mən və bütün firqə yoldaşlarım sizinlə birlikdə olduğumuzu bəyan edirik.

Əziz yolaşlar!

 İlk günlərdən İran Tudə Partiyası, İran xalqına zülm edən amillərlə barışmaz olduğunu bəyan etdi. İran Tudə Partiyası, təkamülün və tərəqqinin əsas düşmənləri habelə ölkənin inkişafına mane olan faşizmi, imperializmi, irticanı əsas düşmən olaraq ifşa etdi. Xalq əleyhinə olan bu qüvvələrə qarşı mübarizə etməyi əsas məqsəd olaraq qarşında qoydu. Fikrimcə, İran Tudə Partiyasının əhəmiyyəti habelə davamlılığı onun dünya görüşündə və mütərəqqi proqramlarında nəzərə alınmalıdır. İran Tudə Partiyası, ölkədə yeganə siyasi partiya olaraq ABŞ imperializminin neo-müstəmləkəçilik mahiyyətini dərk etmişdi. Bu, ABŞ-ın özünü xalqımızın müdafiəçisi və simpatiyası kimi göstərməyə çalışdığı vaxt idi. İran Tudə Partiyası Amerika imperializminin yırtıcı təbiətini ifşa etməklə yanaşı, ölkə ictimaiyyətinə vətənimizi qarət və talan etməkdə mənfur Britaniya imperializminin ortağı kimi təqdim etdi. O günlərdə bir çox mütərəqqi və milli qüvvələr Amerika imperializminin mahiyyətini tanımaqda yanılaraq partiyanın ABŞ haqqında yürütdüyü mühakiməsinə inanmırdılar. Onlar yalnız illər sonra acı təcrübələr  nəticəsində bu inanca gəliblər.

Yoldaşlar, İran Tudə Partiyası, daxili və xarici düşmənlərinin törətdikləri bütün problemlər və maneələrinə baxmayaraq, böyük dəyişiklərin mənbəyinə çevrildi. Halbuki o dövrün perspektivindən baxarsaq, bu iş mümkünsüz görünür.

İran Tudə Partiyası, Rza Şahın 20 illik diktaturası ilə zəifləyən İran ictimaiyyətini səfərbər edərək ayağa qaldırdı.

Şəhər işçiləri və zəhmətkeşləri, İran Tudə Partiyasının yardımı ilə ümummilli ittifaqlar yaratdılar. Bəzi siyasi-iqtisadi hüquqların verməsini hökumətə qəbul etdirə bildilər. Əmək qanunu partiya tərəfindən hökumətə təmil olundu, yəni bu qanun mürtəce qüvvələrin habelə xanların əksəriyyət nümayəndələrindən təşkil olunan bir parlamentdə təşdiqləndi.

İran Tudə Partiyası torpaq məsələsini ortaya çıxartmaqla kəndlilər maliklərin bəzi vergilərinin və bir çox zorakılıqlarının qarşısını almağı bacardılar. Xüsusilə, Azərbaycanın muxtar hökuməti tərəfindən Azərbaycanda torpaq bölgüsü bütün ölkə üzrə kəndlilərin bəzi tələblərinə yol açdı.

İran Tudə Partiyası yarandığı ilk günlərdən etibarən mübarizədə qüvvələrin birliyinə ehtiyac olduğunu vurğuladı. Bəzi fərqliliklərdən asılı olmayaraq müştərək düşmənin məğlubiyyətini asanlaşdırmaq üçün mübarizənin ümumi məqsədlərinə diqqət yetirərək bütün mütərəqqi qüvvələri və demokratik təşkilatları birliyə çağırdı.

İranın Tudə partiyası seçkilər də daxil olmaqla ilk dəfə olaraq qadın və kişilərin bərabər hüquqlarını öz proqramına daxil etdi. İlk günlərdən onun həyata keçirilməsi üçün mübarizə apardı. Bu önəmli məsələ Azərbaycan Muxtar Hökumətində öz həllini tapdı. Yəni qadınlar kişilərlə bərabər hüquqlardan istifadə etdilər.

Minlərlə kitab, jurnal, elmi-mədəni məqalə yazmaq, tərcümə və nəşr etməklə bilik və mədəniyyətin inkişafı üçün praktiki tədbirlər görən, habelə ölkənin mədəni ictimaiyyətini dəyişdirən təşkilat, İran Tudə Partiyası idi. İranda yaşayan insanların xalqların ən məşhur elm, mədəniyyət və incəsənət xadimlərindən bir çoxu İran Tudə Partiyasındanın qucağında tərbiyə almış yaxud partiyaya üzv olmuş və ya yaradıcılığının uzun illərini o Partiyada keçirmişlər.

Haqsızlıq və korrupsiyaya qarşı mübarizəni təşkil edən qurum  İran Tudə Partiyası idi. Bu partiya sarayda, rejim ətrafında, tacirlər  içində və ictimayyətin başqa yerlərində tüğyan edən korrupsiyanı ifşa etməklə, korrupsionerlərə qarşı davamlı mübarizə  etməyi ölkə ictimaiyyətinə öyrətməklə onların mübarizə ruhunu qaldırdı.

İran Tudə Partiyası ölkədə bütün xalqlar və dinlərin bərabər hüquqluğunu öz proqramında elan etdi. Ölkədə yaşayan bütün xalqların milli hüquqlarından müdafiə etdi. Azərbaycan və Kürd xalqının öz hüquqlarını əldə etməsində və milli hökümətlərini qurmaqda həllediçi rolu olmuşdur. Bu yolda olarla hərbi və mülki kadrları öz canlarını qurban vermişdir.

İran Tudə Partiyası İranlı zəhmətkeşlərin mübarizə hərəkatını dünya zəhmətkeşlərinin inqilabi hərəkatı ilə əlaqələndirən, İran xalqının beynəlmiləlçi ruhunu yüksəldən paryiyadır.

Bu mübarizələr və onların böyük uğurları dünya və daxili irticanı dəhşətə gətirdi. İran Tudə Partiyasına çox sui-qəsdlər və digər milli-mütərəqqi qüvvələrə qarşı həyata keçirildi. Lakin hər cür yalan ittihamlar və uydurmalar partiyanın proqramlarının gedişatının qarşısını dayandıra bilməzdi. Bu səbəbdən ABŞ, habelə İngiltərə, sarayın və irticaçı qüvvələrin həyata keçirdikləri qanlı çevrilişləri etiraf etdilər.

1332-ci ilin 28 mordad ayının (avqust 1953 –cü il) bədnam dövlət çevrilişinə və partiyanın habelə digər milli-mütərəqqi qüvvələrin qanlı repressiyalarına baxmayaraq, İran Tudə Partiyası şəhər və kənd zəhmətkeşləri ilə bağladığı əhdinə sadiq qaldı. Bu çevrilişdən sonra Pəhləvi rejimi devrilənə qədər bütün qaranlıq illərdə zəhmətkeşlərlə mübarizəni və təşkilatçılığı davam etdirdi. 1979-cu ilin fevral ayındakı şanlı anti-monarxiya inqilabının zəfərini möhürlədi.

Bəhmən İnqilabından sonra da İran Tudə Partiyası inqilabın nailiyyətlərini və xalq idealarını qoruyub genişləndirmək üçün bütün gücü ilə mübarizə apardı. Təəssüflə desək mürtəce qüvvələr Bəhmən İnqilabının əldə etdiyi nailiyyətlərə vəhşicəsinə hücumu çox çəkmədi. İran Tudə Partiyası, digər inqilabi qüvvələr və həmkarlar ittifaqlarının üzvülərinin bir çoxu rejim tərəfindən tutularaq şəhid edildi.. İnqilabın uğurları bir-birinin ardınca tapdalandı. Bütün çatışmazlıqlarına baxmayaraq inqilabın uğurları sayılan konstitusiyanın məşhur prinsipləri yaddan çıxarıldı. Vəli-Fəqih, Allahın nümayəndəsi olaraq, işçilərin və zəhmətkeşlərin zəhmətlərinin meyvələrini həmçinin ölkənin sərvətlərini talan etmək üçün talançıların əllərini açıq qoydu. Demək olarki, Tiran hökmranlıq etdi. İctimaiyyətdə işsizlik, bahalıq, fahişəlik, narkomaniya və onlarla digər sosial problemlər cəmiyyəti narahat etdi.

Anti-insani qüvvələrinin hökmranlığından sonra, bu dəfə də ölkənin ən böyük və təsirediçi siyasi qüvvələrindən biri olan İran Tudə Partiyası İran xalqının and içmiş düşmənlərinin hücum hədəfinə çevrildi. Ölkənin minlərlə ən gözəl övladları və elm adamları orta əsr işgəncə otaqlarında vəhşicəsinə işgəncə olundular. Çoxları edam edilərək gizli şəkildə kütləvi məzarlıqlarda basdırıldı.

Tarixi təcrübə göstərir ki, mürtəce qüvvələr və dünya imperializmi yaxşı bilirlər ki, İran Tudə Partiyasının səddini keçmədən ölkənin taleyini istədikləri kimi təyin edə bilməzlər. Onlar tudəçilərin fiziki məhv olması ilə kifayətlənmirlər. Onlar bu illər ərzində bütün imkanları ilə İran Tudə Partiyasının xalqı simasını başqa formada göstərməyə çalışdılar. Lakin İran Tudə Partiyasının qanunauyğunluğu və sağ qalmasının sirri ancaq xalq kütlələrinin, xüsusəndə zəhmətkeşlərin hüquqlarının bərpa olunması ilə əlaqədardır. Tudəçilərin fiziki olaraq aradan qaldıraraq yalan və əsassız ittihamlar yaymaqla bu həqiqəti xalqdan gizlətmək mümkün deyil.

Əziz yoldaşlar və arxadaşlar!

İcazə verin, bir daha Sizi və Sizin vasitənizlə bütün Tudə üzvlərini həmçinin mütərəqqi və vətənpərvər qüvvələri İran Tudə Partiyasının 80- illikilə bağlı keçirilən möhtəşəm bayramı təbrik edim.

İran Tudə Partiyası və İran xalqının digər mütərəqqi qüvvələri qurbanlarının xatirəsi əziz olsun!

İran Tudə Partiyasının yaranmasını 80 ililik ildönümü mübarək olsun!

İran xalqlarının arzu və istəklərinin həyata keçirilməsi ümidi ilə!

Go Back

Comment