Balaş «Azəroğlu»nun xatirələrindən
Balaş «Azəroğlu»nun xatirələrindən; əlli il ayrılıqdan sonra vətənə döndüm …. 1325-ci ilin azər ayının iyirmisi hava qaralan kimi, şəhərin kənar məhələlərində güllə səsləri eşidilməyə başladı. Bu güllələrin çoxu adamları vahiməyə salmaq üçün havaya atılan güllələr idi. Yolum Səttar xan küçəsindən idi. Yolda «Firidun İbrahimi»yə rast gəldim, görüşdük. Çox pərt idi, hara getdiyini soruşdum. Mərkəzi komitəni göstərdi.
Mən evə çatanda atamın həyət qapısı ağzında nigəran dayandığını gördüm. Məsələ aydın idi, bir tərəfdən də güllə səsləri çoxalırdı. Atam məni qorxutmamaq üçün təmkinini pozmadan astadan: «uşaqlar, «…