DANEŞSƏRA SALONUNDA
Mən danışmaq qəsdi ilə buraya gəlmişdim.Vəli bacılarımızın və qızlarımızın burada göstərdikləri ləyaqət və yararlıq məni məcbur etdi ki, bu ehsasatdan təşəkkür eləyim, burada Milli Hökumətdən təşəkkür elədilər.Mən deməliyəm ki, Milli Hökumət xalqımızdan başqa bir şey deyildir.İndi ki, siz təarüf eləyib təşəkkür elədiz, mən də Milli Hökumət adına sizlərdən səmimiyyətlə təşəkkür edirəm.İndi hamı xanımlar və ağalar ehsas ediblər ki, bizim yolumuz səadətə gedir.Mən iki il bundan qabaq bir gün burada bir cəşndə var idim, onda fərğəltəhsillər cəşnində danışılan sözlər quru və tutivari idi.Burada Azərbaycan dilində danışmağa icazə verilmirdi və o dil ilə danışmaq bir eyib kimi nəzərə gəlirdi, onda mən çox kiçildim və sıxıldım.Amma indi mən görürəm ki, xoşbəxtanə bizim firqəmizin , qəhrəman cavanlarımızın və fədakar arvadlarımızın zəhməti sayəsində o mühüm pərdə və çürümüş zəncir və ənkəbut turi dağılıbdır.Bizim xanımlarımız nişan verdilər ki, bizim millətimiz mütərəqqi və istedadlı bir millətdir, həqiqətən bir neçə ayın içərisində millətin əxlaqı büsbütün dəyişmişdir.Biz deyirik ki, xalqın qapılarını sındıranlar şayəd qorxu nəticəsində öz yerlərində oturmuşlar, bəs cibə girənlər ki, qorxmurlar.Onlar niyə yerlərində oturublar? Bu göstərir ki, xalqımız içərisində mənəvi bir inqilab və əxlaqi bir təhul vücuda gəlmişdir. Mən bir nəfər xarici ilə danışırdım. O deyirdi ki, mən qabaqca kəndliləri ağır yük altında əzilmiş kimi baş aşağı və kədərli gördüm.Amma indi haman kəndlilər paltarları cırıq və köhnə olduğuna baxmayaraq başlarını uca tutub özlərini müstəqil insan hesab edirlər.Buradan anlaşılır ki, millətimiz öz şəxsiyyətinə pey aparıbdır.Öz şəxsiyyətini anlamışdır, bu milləti artıq təhqir etmək olmaz. Milli Hökumətimiz qısa zamanda çox cəsuranə işlər görmüşdür.Bizim əvvəlinci müraciətnaməmiz beş ay bundan əvvəl müntəşir olmuşdu.Firqəmizdə çox az adamlar var idi ki, Azərbaycan dilinə bu gün xəlqimizin göstərdiyi qədər raqib olsun, amma biz bu məsələni qəhrəmanlıq ilə həll edib dilimizi əsarətdən xilas etdik.Bu da götürdüyümüz cəsuranə qədəmlərdən birisi də tamam sahələrdə tam mənası ilə xanımlara azadlıq və şirkət verməkdən ibarətdir.Bir dəfə ciddi təsmim tutub dedik: qoy onlar da seçkilərdə rəy versinlər.Entexabatda şirkət etsinlər, vəkil olsunlar və şayəd gələcəkdə onlardan vəzirimiz də olsun. Xanımlar da öz ləyaqətin göstərdilər. Təbrizdə xanımlarımızdan 4000 nəfərə yaxın rəy verdilər. Bu vasitə ilə azərbaycanlının layiq bir millət olduğu dünyaya isbat edildi.
Bizim xalqımız əsasən qəhrəman bir xalqdır. Əgər indi İran hökuməti varsa onu icad eləyən Azərbaycanın Qızılbaş ordusu olmuşdur.Bu ölkəni beş - altı şeyx Azərbaycan kəndlilərinin zoru ilə yaratmışdır.Azərbaycan böyük bir qüdrətdir, fəqət ona təkan vermək lazımdır.Bu təkanı Demokrat Firqəsi verdi.İndi İranın başqa yerlərində biz böyük ehtiram qazanmışıq.Onlar öz ruznamələrində yazırlar: qoy democrat başçıları bizi də əsarətdən qurtarsınlar.Amma biz deyitik ki, yox, siz özüzə nicat verin, biz də sizə kömək eləyəcəyik.Amma bizim sizə heç ehtiyacımız yoxdur.Siz bunu bilməlisiz ki, əgər bizim milli azadlığımızı tanımasaz da biz özümüz sizsiz yaşaya bilərik.Neçə ay bundan qabaq keçən hökumət qarnı yırtıq Kazımlara dəstur verirdi ki, mədrəsələr qabağında dursun və çadrasız dolanan müəllimələrə və məhsəllərə əziyyət eləsinlər.Bizim hökumətimiz qarnı yırtıü Kazımları məcazətə yetirdi və Tehran mürtəce ruznamələri onları vətənpərəst adlandırırdılar.İndi bizim milli dövlətimizin sayəsində hər kəs azad bir surətdə yaşamaq imkanına malik olmuşdur.Biz özümüzü tamam dünyaya tanıtdırdıq, tamam dünyada bir radio yoxdu ki, gündə ağla beş - altı kəlmə də Azərbaycan barəsində danışmasın.Bu adı biz ucalara qaldırmağa müvəffəq olmuşuq.Biz bu günlərdə böyük bir işə iqdam etmişik.O da milli qoşun yaratmaq üçündür.Biz müharibə etmək istəmirik, gördüz ki, bu böyüklükdə inqilabı qan tökməkdən yaratdıq, amma əgər bizim azadlığımızı ayaqlamaq istəsələr mən elə zənn edirəm ki, sizlər də biz ilə bərabər ayağa durub və milliyyət və hakimiyyətinizi defah etmək yolunda mübarizə edəcəksiz.( Şiddətli, uzun sürən alqışlar)
Mən təsdiq edirəm ki, maarifsiz bir millət yaşaya bilməz. Dünya bilik maarif və fərhəng üstündə dolanır.Bizim ölkəmiz gərək öz əlimizdə ola ta eləyə bilək özgə millətlər kimi tərəqqi eləyək.Buna görə gərək maliyət yığıla və mədrəsələrə verilə, bunların hamısı hökumətimiz öz əlimizdə olduğu surətdə əməli ola bilər.Əgər belə olmazsa özgə gələr bizim işlədiklətimizi və zəhmətimizin nəticəsini aparar, özünə park və apartmam düzəldər.
Necə keçən dövrə azad yaşamağa, bir yerə yığışmağa, məclis qurmağa imkan vermirdilər. Yenə də məclisdə əzadarlığa icazə verməzlər. Biz gərək hökuməti saxlayaq və meydan verək ki, maarif və sair sahələrdə millət öz istəyiyini göstərsin, tahami onun məzahirindən istifadə edə bilsin.İndi bizim darülfünun məsələsi mühüm bir məsələdir. Gərək onu təsis edək və vaxt bu vasitə ilədir ki, bizim ləyaqətli müəllimlərimiz, mühəndislərimiz, doktorlarımız ola bilər.Milli Hökumətimiz öz əlimizdə olsa idi biləcəyik, bizim Milli Hökumətimiz xalqdan ayrı deyil, göydən düşmə deyil, öz atalarımız və qardaşlarımızdı.İndi hər yerin qapısı hamının üzünə açıqdır.Bizim Azərbaycanımız çox sürətli və qəni ölkədir.Onun mədənləri və fəlahət istedadı və tərəqqi etməyə böyük imkanları var.İndiyə qədər bu imkanlardan istifadə etməyə yol verməmişlər.Qoy bundan sonra millətimiz sərvətli olsun..Biz gərək teatra əhəmiyyət verək.
Ona görə də Milli Hökumət təsis olmaq haman teatrı təğvit etməyə başladı. İndi Azərbaycanın teatrını tövsiyə vermək üçün hökumət yaxşı büdcə ayırmışdır. Diri millətlər müharibənin ən çətin vaxtlarında sevinmək və şad olmaqdan sərf nəzər etmədilər. Biz isə həmişə ağlamışıq. Qoy bunda snra ağlamaq yerinə xalqın üzü gülsün. İndi millətimiz birləşib. Görün beş ayın içərisində Təbrizdə heç böyük hadisə üz verməmişdir, bu qorxudan deyil, bəlkə, səmimiyyətdən və imandandır. Bizim müəllimlərimiz və maarifçilərimiz gərək kiçik və məsum balalarımıza vətən məhəbbəti və azadlıq eşqini təzriq etsinlər ta tərəqqi eləyək. Biz, buna əminik. Siz var qüvvəniz ilə çalışın və dovlət də var qüvvəsi ilə sizə imkan verəcəkdir. (Şiddərli alqışlar)
" Azərbaycan" No 124, ikinci dövrə3, şənbə 23 bəhmən 1324 - cü il.
Seyid Cəfər Pişəvəri
Təqdim etdi: Güləddin İsmayılov