Menu

Azərbaycan Demokratik Firqəsi

header photo

XALXALDA FƏDAİ BAŞÇISI MİR HEYDƏR ƏZİZİ

XALXALDA FƏDAİ BAŞÇISI MİR HEYDƏR ƏZİZİ

Mir Heydər Əzizi Seyid Bədəl oğlu 1270- ci ildə (1891- ci il, miladi) Azərbaycanın Xalxal vilayətinin Zaviyə kəndində kəndli ailəsində anadan olmuşdur.O, ibtidai təhsilini ruhani məktəbində almışdır. Sonradan təhsilini davam etdirə bilməyən Mir Heydər gənc yaşlarında Xalxaldan mühacirət etməyə  məcbur olmuşdur.Mir Heydər 1289 - cu ildə (1910) böyük qardaşı Seyid Mədəd Əzizi ilə bərabər sənaye mərkəzlərində işləməyə başlamışdır.O, 1291 - ci ildə (1912) yenidən vətənə qayıdaraq bir il müddətinə əkinçilik etdikdən sonra iqtisadi çətinliklər üzündən yenə də Xalxalı tərk etməyə məcbur olmuşdur.Mir Heydər Əzizi 1296 - cı ildə (1917) "Ədalət" firqəsinə daxil olaraq bir  çox görkəmli inqilabçılarla görüşməyə nail olmuş və inqilabi fəaliyyətə başlamışdır.Mir Heydərin inqilabi  işlərə cəlb olunmasında görkəmli inqilab xadimi Seyid Cəfər Pişəvərinin böyük təsiri olmuşdur.  Sənaye mərkəzlərində kargər ( fəhlə) mühitində olmaq, təcrübəli inqilab xadimlərilə tanışlıq və xüsusilə Seyid Cəfər Pişəvərinin təsiri Mir Heydər Əzizinin siyasi şüurunun formalaşmasında böyük rol oynayır.1312 - ci ildə (1933) Mir Heydər əvvəlvə Ənzəlidə və Rəştdə işləməyə başlayır.Sonra isə təqib olunduğu üçün  Xalxala köçməyə məcbur olur.1321 - ci ildə (1942) İran Xalq Partiyasının təşkili zamanı Mir Heydər həmin partiyanın Xalxal təşkilatının ən aktiv üzvlərindən biri kimi fəaliyyət göstərir.Xalxalda İran Xalq Partiyasının artıb möhkəmlənməsində Mir Heydərin böyük fəaliyyəti olmuşdur.1324 - ci ildə (1945) Azərbaycan Demokrat Firqəsi təşkil olunarkən Mir Heydər Əzizi fəal surətdə bu işdə iştirak edir və Seyid Cəfər Pişəvərinin tapşırığı ilə Təbrizə gedərək 14 - cü dövrə məclis seçkilərində ciddi surərdə fəaliyyət göstərir.

21 Azər nəhzətinin ( hərəkatının)  qələbəsində əlində silah yaxından iştirak edən Mir Heydər, nəhzətin (hərəkatın) qələbəsindən sonra Milli Hökumətin islahat tədbirlərinin həyata keçirilməsində səylə çalışır.Azərbaycan Demokrat Firqəsinin məram və məqsədinin izahında, hərəkatın qələbəsində onun bir fədai başçısı kimi xidməti nəzərə alınaraq Azərbaycan Milli Hökumətinin təklifi əsasında Milli Məclis tərəfindən "21 Azər" medalı ilə təltif olunur.Mir Heydər, xalq işinə sədaqətli və bacarığına görə Xalxal vilayətinin  Xorşidrüstəm və Şahrud mahallarının bəxşdarı( mahal hakimi)  vəzifəsinə irəli çəkilir və eyni zamanda həmin bəxşlərin fədai dəstələrinə başçılıq etmək də ona tapşırılır.

Şahrudda İrəc xan ilə vuruşmada Mir Heydər həmişə qabaq səngərdə olurdu.Eyni zamanda Əkrəm xan və Xorşidrüstəm mahalının digər xanları ilə vuruşmalarda o, fəal surətdə iştirak edir və asayişi qoruyurdu.1325 - ci ildə (1946)  Mir Heydər Təbrizə gəlir.O burada irtica qoşunlarının Zəncana soxulduğunu eşidən kimi Xalxala qayıdır.Düşmənlərin Xalxala soxulduğu zaman Mir Heydər onlara qarşı öz fədailəri ilə birlikdə son gülləsinə qədər vuruşur.Nəhayət, o, başçılıq etdiyi son 43 fədai ilə birlikdə mühasirəyə alınır və şiddətli vuruşmadan sonra bir neçə fədai ilə birlikdə tutulur.Dəhşətli işgəngələrdən sonra Mir Heydər Xorşidrüstəm mahalının mərkəzinə gətirilir.Güllələmək zamanı düşmənlər ona əmr edirlər ki, üzünü divara çevirsin.Mir Heydər isə sücaətlə deyir:"Mən həmişə düşmənlə üz - üzə vuruşmuşam..." Düşmənlər onun sözlərinin qurtarmasına imkan vermədən ona atəş açırlar.Mir Heydər Əzizi xain şahın quldur dəstələri tərəfindən fiziki cəhətdın məhv edilsə də o, ölməmişdir.Onun 21 Azər hərəkatının qələbəsindəki xidmətləri və əziz xatirəsi qəhrəman fədailərimizin, azadlıq uğrunda vuruşanların qəlbində həmişə əziz qalacaqdır.                            

Guləddin İsmayilov

Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Go Back

Comment