Menu

Azərbaycan Demokratik Firqəsi

header photo

AZƏRBAYCAN MİLLİ HÖKUMƏTİNİN SƏRHƏNGİ (POLKOVNİKİ) QULAMRZA CAVİDAN

AZƏRBAYCAN MİLLİ HÖKUMƏTİNİN

SƏRHƏNGİ (POLKOVNİKİ)

QULAMRZA CAVİDAN

(1911 - 1947)

1290 - cı ildə (miladi 1911) Sərabda kəndli ailəsində anadan olmuş Qulamrza Cavidan azadlıq yolunun mübarizlərindən biri olmuşdur.Bilikli, açıq fikirli və mətin iradəli Qulamrza Cavidan öz şərəfli həyatını vətənin istiqlalı və xalqın azadlığı uğrunda mübarizədə qurban vermişdir.

Rza xan diktatorluğunun süqutundan sonra demokratik hərəkatın yenidən canlandığı bir dövrdə İran fəhlə təbəqəsinin yeni tipli marksist firqəsi - Hizbe Tudə İran təşkil tapdı.Bu zaman qarşıda irtica təqiblərinin davam etdiyi bir şəraitdə ölkənin bütün məntəqələrində partiyanın məqsədini izah etmək və təşkilatlarını yaratmaq kumi məsul vəzifələr dururdu. Belə bir dövrdə bacarıqlı və istedadlı təşkilatçı olan Qulamrza Cavidan Sərab mahalında Hizbe Tudə İranın yerli təşkilatlarının yaradılmasında böyük fəaliyyət göstərmişdir.Nəcib məqsədlər uğrunda mübarizədə zindan və ölümdən qorxmayan Cavidanı həmişə bir əsgər kimi mübarizə səngələrində görmək olardı.O, yoxsul və zəhmətkeş kəndli kütlələrini təşkilat ətrafında birləşdirmək, onları mürtəce maliklərə, quldur jandarmalara qarşı mütəşəkkil mübarizəyə sovq etmək üçün ciddi fəaliyyət göstərirdi.O, terror və təqibun şiddətli dövrlərində belə azadlıq uğrunda gecə - gündüz çalışmış və Azərbaycan "ziddi - faşist"cəmiyyətin fəal təşkilatçılarından birin kimi irtica və faşizm əleyhinə də amansız mübarizə aparmışdır.

1323 - cü ildə (1944 - cü ildə) Qulamrza Cavidan Sərabda olarkən irtica ordusunun mənruf canilərindən sərhəng Canpolad tərəfindən tutulub Təbrizdə həbs edilmişdir.Lakin zindan mətin inqilabçıların ruhiyyəsini, mübarizə əzmini daha da möhkəmləndirərək mürtəce hakim təbəqəyə qarşı kin və qəzəbini artırmışdı.Nəhayət, irtica hökumətinə bir çox təzyiqlərdən sonra onu həbsdən buraxmağa məcbur oldular.

Zəhmətkeşlər arasında öz təbliğatçılıq fəaliyyətini inadla davam etdirən Qulamrza Cavidan1324 - cü ildə(1945 - ci ildə)Azərbaycan Demokrat Firqəsi yarandıqda onun təşkilatçıları sırasında özünə layiq yer tutur.O, eyni zamanda fədai hərəkatının görkəmli təşkilatçılarlndan biri olmaqla bərabər özünü bacarıqlı hərəkat xadimi kimi də göstərdi.O, Azərbaycan Demokrat Firqəsinin Mərkəzi Komitəsinin tapşırığını yerinə yetirərək Sərabda fədai dəstələrinin təşkilində, irticanın silahlı qüvvələrinin darmadağın edilməsində və bununla da şanlı 21 Azər hərəkatının (12 dekabr) qələbəyə çatdırılmasında görkəmli rol oynadı.

Firqənin və xalqın etimadını qazanmış olan Cavidan Azərbaycan Milli Məclisi tərəfindən "21 Azər" medalı ilə təltif edilmiş və hərbi təşkilatçılıq fəaliyyətinə görə xalq silahlı qüvvələrinin sərhənglik (polkovnik) dərəcəsinə çatmışdı.Azərbaycan Milli Hökuməti qurulduqdan sonra Marağa mahalının fərmandarı təyin olunan Cavidan zəhmətkeş kütlələrin rəğbətini qazanmışdı.O,gecə - gündüz Marağa şəhərinin və kəndlərin abadlığı, Milli Hökumətin əsaslı, ictimai - siyasi və torpaq islahatının həyata keçirilməsi işində yorulmadan çalışmışdı.

Şahənşah ordusu Azərbaycana xaincəsinə basqın etdikləri zaman Cavidan da başqa azadlıq mücahidləri kimi dar ağacından asıldı.

O, Təbrizdə nəzmiyyə həbsxanasında səhərə qədər ölüm intizarında ikən belə, inqilab və azadlıq təranəsi olan Azərbaycan himnini oxumuş, həmçinin dar ağacı altında cəlladlara sinə gərərək:"Mən Azərbaycan xalqının azadlığı uğrunda öz müqəddəs borcumu verdim.Mən  ölürəm, azadlıq ölməyəcəkdir" - demişdir. Azərbaycan zəhmətkeşlərinin sevimli oğlu amanzız ölüm ipini boğazına salarkən, hətta, "Yaşasın Azərbaycan Demokrat Firqəsi!"- deyə həyata göz yummuşdur.

Qulamrza Cavidanln son nəfəsdə sinəsindən qopan sözlər Azərbaycan zəhmətkeşlərinin xoşbəxt gələcək uğrunda mübarizə əzminin , qələbəyə olan inamının ifadəsidir. Xalqımız azadlıq uğrunda şəhid olmuş sərhəng Qulamrza Cavidanın və iftixarla sıralarına daxil olduğu doğma partiyanın fədakar oğullarının xatirələrini heç vaxt unutmayacaqdır.

Guləddin İsmayilov

Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Go Back

Comment