PİŞƏVƏRİ SİZİNLƏ DANIŞIR
(Azərbaycan Demokrat Firqəsinin banisi və təkşkilatçısı S.C.Pişəvərinin sözlərindən)
"Bununla belə istemar heykəlləri dünyanın o başından bizə qan tutmuş hərbi gözlərini bərəldib deyir: yox, sizdə İranın bütün əhalisi kimi əsarət halında qalmalısız.Bizim müstəmrələrimizin hifz və hərasti bunu tələb edir.Bizim səltənət və qüdrətimiz millətlərin göz yaşları üzərində əsaslanmışdır.Bunu nəzərə almayan millət məhv və nabud olmağa məhkumdur.
Amma biz öz növbəmizdə yaşamaq istədiyimiz üçün istemarçıların təhdidinə qulaq asmaq azadlığımızın təmini üçün mübarizəni axıra qədər davam etdirməyə and içmişik."
("Azərbaycan" ruznaməsi, nömrə 66, pəncşənbə 8 azər 1324 - cü il.)
"Jandarm təşkilatının üsula qələt və azadlıq əleyhonə qurulduğunu nəzərə alaraq milli hökumət bi təşkilatı tamamilə mənhel etmişdir.Jandarm istər Rza xan zamanı, istər onun süqutundan sonra kəndliləri zülm və əsarət altında saxlamaq üçün cəllad rolu oynamışdır...Biz artıq bu təşkilatı birdəfəlik öldürüb elə dəfn etməliuok ki, bir daha xortdayıb ayağa dura bilməsin."
( "Azərbaycan" ruznaməsi, nömrə 66, pəncşənbə 8 azər 1324 - cü il.)
"Təbriz, Ərdəbil, Urmu, Miyandoab, Şahindej və sair nöqtələrdə mənzəm qoşun hissələti bizə nisbət xəsmanə mövqe tutmuş sərtib Derəxşani, sərhəng Vərhəram, sərhəng Zəngənə tipli ölkəmizi qan və atəş fəryasında qərq etməyə məsməm olmuşlardı.Belə bir zamanda Mərkəzi Komitənin ümimi iclası bizə həmlə fərmanı verdi və milli azadlıq mübarizəsinin başlanmasını bütün firqə efradına elam etdi. Bununla firqə səfərlərində hərbi iş başlandı.Təşkilatın bütün sağlam üzvləri silaha sarılıb fədai dəstələrinin özəyinə və rişəsini təşkil verdi. Bütün xalq Mərkəzi Komitənin ümumi iclasının açıq təsmimi üzrə hərəkətə gəldi, ayağa qalxdı, milli arzularını həyata keçirməyə başladı."
("Azərbaycan" ruznaməsi,, nömrə 66, pəncşənbə 8 azət, 1324 - cü il.)
"Əgər fəramuş etməmiş olsaz o gün mən açıq surətdə dedim ki, artıq müdafiə dövrəsi keçmişdir.İndi biz dağın qələsinə çatmışıq. Məqsəd və hədəfimiz gözümüzün önündədir.Fədai qüvvələri artıq jandarm cinayətlərinə xatimə vermək üçün işı başlamış, kəndliyə intiqam çəkmək icazəsi verilmişdir.O gün firqə və milli hərəkat böyük xətər qarşısında idi.Azərbaycanın mühüm şəhər və nizami məntəqələrində Tehran irticai dövlətin cinayətamiz əmrlərini icra edən nizami qüvvələr bizim hərəkatımızı boğmaq fərmanı almışdı."
("Azərbaycan" ruznaməsi, nömrə 110, yekşənbə 7 bəhmən 1324 - cü il.)
"Özünü göstərib ucuz qiyməyə şöhrət qazanmaq istəyən işçilər isə çox asan bir vəchlə özlərini bədnam edib negahani olaraq çatdıqları ali məqamdan məzəlqlət və xəvarlıq ilə süqut edib əbədi surətdə bədbəxtliyə düşə bilərlər.
Ona görə heç bir işçi nə qədər millət və dövlətin tərəf etimadı olur - olsun özünü itirib şişməməlidir."
("Azərbaycan" ruznaməsi, nömrə 97, pəncşənbə 20 dey 1324 - cü il.)
" Xalqımızın milli azadlıq yolunda götürdüyü böyük qədəmin həqiqi mənasını dərk etməkdən aciz olan Tehran azadixahları iki əsasi məsələdə bizə öz əqidələrincə böyük iradə tapmışlar.Bunlardan biri Azərbaycan dili, ikincisi isə azərbaycanlıların milliyyətidir.
Mətəəssiblərinin hamısından eşitmişik və cavabımız da çox sadə olmuşdur.Azərbaycanlı fars deyil və fars dilini azərbaycanlının əksəri başa düşə bilmir. Güc ilə o dili azərbaycanlılara təhmil etmək mümkün ola bilməmiş və olmayacaqdır."
("Azərbaycan" ruznaməsi, nömrə 109, pəncşənbə 4 bəhmən 1324 - cü il.)
"Şəhərimizi tanıyıb firqənin məşhur üzvləri ilə və aşnalığı olan bi çox nacavanmərd adamların tazəliklə varid olduğunu və onların cürbəcür vasitələr ilə özlərini şüarlarımızın bəzisinə tərəfdar göstərmələri firqənin nəzərindən gizli saxlanıla bilməmişdir. Bunları tanımaq firqə işçiləri üçün çox müşkül deyildir.Onlar çox yumuşaq və haqq becaneb ləhn ilə sizə yanaşır.Məsələ:əncümən əyaləti və vilayəti ya məclis intixabatını təmcid edir.Onun başlanması haqqında hərarətli dəlillər gətirir. Fəqət dil məsələsinin lazım olmadığını meydana çəkib ondan təcziyə kimi, ya Azərbaycanın İrandan ayrılıb başqa bir ölkəyə yapışdırılmasl kimi xainanə mənalar çıxarır.Bu vasitə ilə sizin qəlbizdə şübhə yaratmaq istəyirlər. Ya bərəks dil məsələsilə yüzdə yüz tərəfdarlıq edib məclis entexabatını və əncümən əyalətini ayrı mənada təfsir edib özü üçün barmaq yeri qoyur və qulaq asanların zehnini qaraldıb fikrini zəhərləməyə çalışır."
("Azərbaycan" ruznaməsi, nömrə 49, pəncşənbə 17 aban 1324 - cü il.)
"... hətta əlimizdə mədrək və dəlil var ki, Tehrandan güclü miqdarda pul alıb gələn mahracular firqəmizə çox sual sözlər ilə soxulub firqə rəhbərini sağ və mühafizəkar siyasət aparmaqda müttəhim edirlər.
Bunlar yer bölgüsü, cumhuriyyət və sərmayədarları məhv etmək şüarı ilə firqəmizin içərisinə soxulmağa , firqənin sadə üzvlərini narazı salmağa çalışırlar."
("Azərbaycan" ruznaməsi, nömrə 49, pəncşənbə 17 aban 1324 - cü il.)
"Asiya, Avstraliya və Afrika qitələrindı istismar halında yaşayan bədbəxt və biçarə insanların fəlakətli halı bizi mütəəssir edir.Bir ovuc qan üçün mühafizəkarların hirs və təməyənin qurbanı olan bəşəriyyətin sızıltısı bizi ağladır.Amma nə etməli ki, məlun diplomasi molla hizələr bizi susdurub ruhumuzdan qopan etiraz səslərimizi dodaqlarımızda qurudub fəzaya çıxarmağa imkan vermir "
("Azərbaycan" ruznaməsi, nömrə 66,pənşənbə 8 azər 1324 - cü il.)
" Hər saətin bir təğazəsi və hər günün bir tələbi vardır.
Hər kəs öz vəzifəsini diqqətlə əncam verməli, qəbul etdiyi işi müəyyən saətdə göstərdiyi kimi görməlidir."
("Azərbaycan" ruznaməsi, nömrə24, çaharşənbə 18 mehr 1324 - cü il.)
"Hər iş öz vaxt və saətində əncam verilməli! Bu olmasa iş axsar, axırda nəticəsiz qalar."
("Azərbaycan" ruznaməsi, nömrə 24, çaharşənbə 18 mehr 1324 - cü il.)
Təqdim etdi: Güləddin İsmayılo