Firidun Ibrahimi:Qartal Ömrü
فریدون ابراهیمی: عمر عقاب
Faramarz Ibrahimi
Azərbaycanla Ermənistan arasında baş verənlər mövzusundan uzaq olanlar üçün vacib faktların qısa məcmuəsi.
Oktyabr 1827: Rusiya İmparatorluğu Azərbaycan İrəvan Xanlığını özünə birləşdirir və Çar I Nikolayın 21 mart 1828-ci il tarixli fərmanı ilə bu ərazidə yeni Erməni Rayonu ( Армянский Район) yaradılır. İrəvan erməni miqrasiyasının mərkəzinə çevrilir, İrandan və Osmanlı İmperiyasından olan ermənilər buraya köçürülür.
29 May 1918: Antanta üzv dövlətlərinin təzyiqi altında Azərbaycan parlamenti Azərbaycanın İrəvan şəhərini Ermənistana vermək məcburiyyətində qaldı.
1918-1920: Ermənistan hökuməti azərb…
Biz SSRİ-ni və Çexoslovakiyanı rəngli plastik torbalarına satdıq.
Yazan: Andrey Volçek
Aylardır ki, mən bu fikrimi Hong Kong cavanları ilə bölüşmək istəyirdim. Bu məsələni gündəmə gətirmək vaxtıdır. Çünki qərb Çin ilə ideoloji müharibəyə başlamışdır, bunun nəticəsində Hong Kong və bütün dünya çətinliklərlə üzləşəcək. Demək istəyirəm ki, bu işlər qərbin köhnə oyunlarıdır. Belə ki, qərb bu üsulla çox dövlətlərin sabitliyini pozub, milyonlarla cavanların düşüncəsini dəyişib. Mən bu oyunları yaxşı bilirəm çünki özüm keçmişdə bu qurbanlardan biri olmuşam. Əgər mənə bir vasitə rast gəlməsəydi, Hong Kongda nə baş verdiyini başa düşə bilməzdim.…
Beynəlxalq Dialoq və İnkişaf Alyansı “Regional münaqişələrin həlli: sülhə gedən yol” mövzusunda konfrans keçirib
Beynəlxalq Dialoq və İnkişaf Alyansı “Regional münaqişələrin həlli: sülhə gedən yol” mövzusunda konfrans keçirib. Konfransı giriş sözü ilə açan Beynəlxalq Dialoq və İnkişaf Alyansının sədri, tarix elmləri namizədi Nüşabə Məmmədova bildirdi ki, bu ilin mart ayının 29-da Vyanada Azərbaycan və Ermənistan rəhbərlərinin görüşünün nəticəsi olaraq, humanitar sahədə bir sıra tədbirlərin hazırlanması ilə bağlı razılığın əldə olunması Ermnəistan-Azərbaycan Dağlıq Qarabağ Münaqişəsinin sülh yolu ilə həlli istiqamətində yeni mərhələ hesab oluna bilər.…
Venesuelanın seçilmiş rəsmi dövlət rəhbəri Nikolas Maduro Venesuelada ədliyyə ilinin açılışına sədrlik etmək üçün Ali Məhkəmənin önünə gəlib
"Heç bir şəraitdə istefa verməyəcəyəm" deyən Maduro, başda ABŞ olmaqla, vəzifədən getməsini istəyən bir çox ölkəyə mesaj göndərib.
Rəhbərlik etdiyi hökumətin vəzifə müddətinin bitəcəyi 2025-ci ilə qədər ölkəsini xalqın əksəriyyətinin istədiyi istiqamətdə idarə etməyə davam edəcəyinin zəmanətini verib.
Özünü müvəqqəti dövlət başçısı kimi elan edən Xuan Guaidonu "klouna" bənzədən Maduro, ABŞ-ın dəstəklədiyi Guaido üçün, "Küçədə ictimaiyyətə özünü prezident elan edən bir adamın haq…
Venesuelada açıq bir çevriliş cəhdi var
Əslində bu daha əvvəl bir neçə dəfə sınağa çəkildi. Amma hərbi və sui-qəsd metodları uğursuz olunca, bu dəfə "oldu bitdi” kimi qarşımıza çıxdı.
Trampın dərdi Venesuelanın nefti
Venesuela neft ilə zəngin bir ölkədir. Amma aclıqla imtahan edilir. Bunun səbəbi Amerikan embarqolarıdır. ABŞ rəhbərliyi embarqo ilə aclığa məhkum etdiyi Venesuelada çevrilişlə rəhbərliyi nəzarəti altına almaq həvəsindədir. Səbəb ucuz, hətta pulsuz neft, habelə enerjini idarə etmə siyasətidir. Yaxın Şərqdə həyata keçirilənlərin eynisi Venesuelada edilir. Neft zəngini bir ölkənin enerji resurslarının Amerikanın nəzarətinə keçirilməsi tələb …
“Fransada İnsan Hüquqlarına dair İctimai dinləmələr” mövzusunda tədbir keçirilib
Bu gün Beynəlxalq Mətbuat Mərkəzində “Fransada İnsan Hüquqlarına dair İctimai dinləmələr” mövzusunda ictimai dinləmələr keçirilmişdir.
QHT.az xəbər verir ki, İçtimai dinləmələrin təşkilatçıları Beynəlxalq İnsan Hüquqlarının Müdafiə Komitəsinin Azərbaycan nümayəndəliyi, Beynəlxalq Dialoq və İnkişaf Alyansı və İçtimai Siyasi Proseslər Beynəlxalq Əlaqələr Mərkəzi olmuşdur.
Tədbiri giriş sözü ilə açan İçtimai Siyasi Proseslər Və Beynəlxalq Əlaqələr Mərkəzinin sədri Samir Adıgözəlli Fransada İnsan Hüquqlarına dair içtimai müzakirənin təşkil olunması zərurətindən danışdı…
Birgə anım tədbiri – bu dəfə “20 Ynavar” İctimai Birliyində
“İranlı Mühacirlər Cəmiyyəti” və “20Yanvar” ictimai birlikləri 3 ildir ki, qarşılıqlı əməkdaşlıq barədə sənəd imzalayıblar. Buna müvafiq olaraq ümumxalq anım günləri bir dəfə İMC-də, digəri Beynəlxaq Mətbuat Mərkəzində keçirilib. 20 Yanvar faciəsinin 29-cu ildönümü münasibəti ilə birgə anım tədbiri isə 17 yanvar 2019-cu ildə tərəfdaşlarımızın ofisində baş tutub.
“Dəyirmi masa”da hər iki qurumun təmsilçiləri, 20 Yanvar şəhidlərinin ailə üzvləri, qanlı olaylar zamanı yaralanan, sağlamlığını itirən insanlar iştirak ediblər. Öncə müstəqillik yolunda şəhid olanların xatirələri bir dəqiqəlik sükutl…
15 Yanvar – Vikipediya gününün yaranması, (1999)
Vikipediya – İnternetdə azad şəkildə yayımlanan, dünyanın bir çox dillərində viki texnologiyasının tətbiqi ilə könüllü istifadəçilərtərəfindən yaradılan ensiklopediyadır. Yarandığı dövrdən, yəni 2001-ci ilin əvvəllərindənİnternetdə Viki texnologiyası ilə işləyən ən nəhəng layihə Vikipediya (Wikipedia) – azad onlayn ensiklopediyasıdır. Layihənin tarixi 1999-cu ildən başlayır. Layihənin baş redaktoru, təşkilatçısı Larri Senqer və Bomis kompaniyasının icraçı direktoru, layihənimaliyyələşdirən Cimmi Uels Viki texnologiyası əsasında onlayn ensiklopediya yaratmaq qərarına gələrək onu Nupediya (NuPedia.com) adlandırdılar. Nupediya virtual ensiklopediyası, 2000-ci ilin mart ayından fəali…
Politoloq: “Radikallaşma Avropanın dünyaya bəxş etdiyi demokratiya, insan haqları kimi ümumbəşəri dəyərlərə zərbə vurur”
“Ksenofobiya qiyamı qlobal elitadan tutmuş sadə miqrantlara qədər hər kəsə yönəlib. Miqrantlar əmək böhranı yaradır. Bu Avropa dövlətlərinin və ABŞ-ın milli təhlükəsizliyi üçün təhdiddir, mədəni identikliyə zərbə vurur”.
Bu sözləri son günlər Avropda baş verən iğtişaşların əsas səbəbləri ilə bağlı PİA.az-a müsahibəsində politoloq Məzəkət Məmmədova bildirib.
Xatırladaq ki, Fransada noyabrın 17-də yanacağın bahalaşmasına reaksiya ilə başla…
Mərkəzi Amerika ölkələrindən olan bir qrup miqrant Meksikanın Verakrus ştatından ABŞ sərhədi istiqamətində gedən yolda atəşə tutulub.
Nəticədə bir qadın ölüb, daha üç nəfər, eləcə də, üç yaşlı uşaq yaralanıb.
Ehtimala görə, silahlı hücumun arxasında yerli polislər dura bilər, lakin bu məlumat rəsmi olaraq öz təsdiqini tapmayıb.
Hazırda Meksika ərazisi ilə ABŞ istiqamətində Mərkəzi Amerikadan olan bir neçə miqrant karvanı hərəkət edir.(report.az)
pia.az
Fransa prezidenti Emmanuel Makron yaxın saatlarda yanacaq qiymətlərinin artımının inzibati yolla dayandırılacağı barədə bəyanat verəcək
irtualaz.org “Frans-Press” agentliyinə istinadən xəbər verir ki, bunu Fransa hökumətindəki mənbələr bildirib.
Xatırladaq ki, Fransada yanacaq qiymətlərinin bahalaşmasına görə kütləvi iğtişaşlar davam edir. Həmin iğtişaşlarda 130-dan çox insan xəsarət alıb, bunların arasında onlarla polis əməkdaşının olduğu deyilir.
Bosniya-Xorvatiya sərhədində toplaşan 20 mindən çox miqrant Mərkəzi Avropaya keçməyə çalışırlar
Bu haqda Avstriyanın Daxili İşlər Nazirliyinin məlumatlarına istinadən yerli “Kronen Zeitung” qəzeti bildirib.
İdarənin məlumatına görə, miqrantların 95 faizi kişilərdir və onların bir çoxu bıçaqlarla silahlıdır. Miqranların əksəriyyəti Pakistan, İran, Əlcəzair və Mərakeş sakinləridir. Onların arasında Suriyalı yoxdur.
Qeyd edək ki, Şimali Afrika və Yaxın Şərqdən Avropaya miqrantların kütləvi axını 2015-ci ildə başlanıb. Qaçqınların əksəriyyətini – 1,5 milyondan çoxunu Almaniya qəbul edib. Bəzi ölkələr və siya…
“Azərbaycan ədəbiyyatında Mir Cəlal ədəbi irsi” mövzusunda müzakirələr
Tədbirdə İranlı Mühacirlər Cəmiyyətinin təmsilçiləri də çıxış etdilər
Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında 25 may 2018-ci il tarixdə Əməkdar elm xadimi, professor, “Qafqazın müdafiəsinə görə", "Əmək igidliyinə görə" medalları, "1941-1945-ci illərdə Böyük Vətən Müharibəsində fədakar əməyinə görə", Qırmızı Əmək Bayrağı, "Oktyabr inqilabı", "Şərəf nişanı" ordenləri ilə təltif olunan xalq yazıçısı, ədəbiyyatşünas Mir Cəlal Paşayevin 110 illik yubileyi ilə əlaqədar “Azərbaycan ədəbiyyatında Mir Cəlal ədəbi irsi” mövzusunda tədbir keçirildi.…
İranlı Mühacirlər Cəmiyyətinin Zaqataladakı "dəyirmi masa"sının rəyi:
Mühacirətin dünyəvi Azərbaycan modeli olan İMC nümunəsindən hər bir ölkə faydalana bilər
"İranlı Mühacirlər Cəmiyyəti" İctimai Birliyi ötən cümə günü Zaqatala şəhərindəki Heydər Əliyev Mərkəzində İranlı Mühacirlər Cəmiyyəti mühacirətin dünyəvi Azərbaycan modeli mövzusunda növbəti "dəyirmi masa"sını keçirib. Tədbirdə həmin bölgədə və eləcə də Qax və Balakən rayonlarında məskunlaşan iranlı mühacirlər, onların ailə üzvləri, həmçinin müxtəlif qurumların təmsilçiləri iştirak ediblər. Öncə Ulu Öndər Heydər Əliyevin abidəsi ziyarət olunub və ora tər gül-çiçəklər düzülüb. …
İranlı Mühacirlər Cəmiyyəti – mühacirətin dünyəvi Azərbaycan modeli kimi
Təşkilat bu mövzuda “dəyirmi masa”lara Gəncədən başlayıb
İMC-nin “Mühacir problemi ilə bağlı Azərbaycan modelinin öyrənilməsi mövzusunda maarifləndirici tədbirlərin keçirilməsi” layihəsi çərçivəsində reallaşdırılması nəzərdə tutulan “İranlı Mühacirlər Cəmiyyəti-mühacirətin dünyəvi Azərbaycan modeli” mövzusunda ilk “dəyirmi masa”sı dünən Gəncədə düzənlənib. Tədbirə qədim şəhərdə və Gəncəbasarda yaşayan iranlı mühacirlər və övladları, eləcə də burada fəaliyyət göstərən müxtəlif qurumların təmsilçiləri qatılıblar. Öncə onlar Ulu Öndərimiz Heydər Əliyevin şəhərin baş meydanındakı abidəsini ziyarət ediblər və ora gül-çiçək düzüblər.…
İlk diplom şəhidlər ailəsinə təqdim olunacaq
“Xocalı petesiyası”na qoşulan İranlı Mühacirlər Cəmiyyətinin üzvləri bu soyqırımın 25 illiyi ilə bağlı bir sıra tədbirlər həyata keçirəcəklər. Fevralın 21-də baş tutacaq tədbirə şəhid İmanilər ailəsinin üzvləri dəvət olunacaq, onların şərəfli həyat yolundan söhbət açılacaqdır. Cəmiyyət üzvlərinin, tanınmış alim, tədqiqatçı, publisist və media mənsublarının iştirak edəcəkləri görüşdə bu nəslin bioqrafiyasına nəzər salınarkən ilk növbədə “21 Azər” ideyaları uğrunda necə könüllü surətdə şəhadətə getmələri xatırlanacaq. 1947–ci ildə Xocalıda məskunlaşan fədai Ağayar kişinin, gəlini Sona xanımın nüfuz sahibi olmalarından, övladları Malikin həmin müdhiş gecədə yüzlərin xilası bahasına başa gə…