Menu

Azərbaycan Demokratik Firqəsi

header photo

ŞƏHİD MİRZƏ NURULLA XAN YEKANİ


Məşrutə hərəkatı, Ş.M.Xiyabani hərəkatının mübarizlərindən və 21 Azər hərəkatının təşkilatçılarından biri sərhəng (polkovnik)

ŞƏHİD MİRZƏ NURULLA XAN YEKANİ

(1878 - 1947)

Qocaman inqilabçı Nurulla Ağa bəy oğlu Yekani 1878 - ci ildə (bəzi mənbələrdə 1873 - ci il) Mərəndin Yekanat mahalında anadan olmuşdur.

İbtidai təhsilini doğma kəndlərində almışdır. İran xalqlarının istibdada, zülmə qarşı başladığı Məşrutə hərəkatı Nurulla Yekaninin nəzərini cəlb etmişdir. Məşrutə hərəkatı başlanan kimi Nurulla Yekani də mücahidlər sırasında öz şərəfli yerini tutmuşdur.O, Məşrutə hərəkatının görkəmli fədai başçısı kimi bütün işlərin öhdəsindən layiqincə gəldiyi üçün Təbriz inqilabının Azərbaycanda genişlənməsi uğrunda fəaliyyəti ilə Səttarxanın silahdaşları sırasına yüksəlmişdir.

Şeyx Məhəmməd Xiyabani hərəkatı başlandıq - da isə həmin hərəkata qoşulmuşdur. Xiyabani hərəkatı yatırıldıqdan sonra Mirzə Nurulla Yekani də zindana salınmışdır. O, bir müddət zindanda qaldıqdan sonra azadixah insanlar tərəfindən zindandan xilas olmuşdur. Nurulla Yekani 20 - ci əsrin birinci yarısında baş verən bütün azadlıq hərəkatlarının görkəmli iştirakçılarından biri olmuşdur.

Ş.M.Xiyabani hərəkatı qan içində boğulduqdan sonra Nurulla Yekani də yoldaşları kimi Xorasana getməli olmuşdur.Azadlıq mücahidiləri ilə orada azadlıq hərəkatlarına qoşulmuşdur.Hərəkatın məğlubiyyətindən sonra yenidən Azərbaycana, yaşadığı kəndə qayıtmış, Təbrizdə Əbülqasım Lahuti hərəkatı başlanan kimi hərəkatda iştirak etmişdir.

Nurulla Yekani yenidən zindana salınmış, sonra Yekanat mahalında nəzarət altında olmuşdur. Bütün bunlara baxmayaraq yenidən müxtəlif məntəqələrdə siyasi təşkilatlar yaratmağa baş- lamışdı.Xalq arasında böyük hörmətə malik olan Nurulla Yekani Azərbaycan Demokrat Firqəsinin birinci qurultayına nümayəndə, mərkəzi təftiş komissiyasına üzv, milli konqresin nümayəndəsi və milli müəssislər heyətinin üzvü seçilmişdir.21 Azər hırəkatının təşkilatçılarından biri kimi Nurulla Yekani sonralar Xoy vilayəti komitəsinin sədrliyinə təyin olunmuşdur.Xoy şəhərində su çəkilmiş, yetim uşaqlar üçün tərbiyə evi, yeni məktəblər açılmışdır.Milli Məclisin təşkili zamanı Nurulla Yekani Azərbaycan Milli Məclisinə nümayəndə seçilmiş və Milli Hökumət tərəfindən yüksək vəzifələrə təyin olunmuşdur.Daxili İşlər nazirinin müavini və Urmiya şəhərində nəzmiyyə rəisi vəzifələrini ləyaqətlə yerinə yetirmişdir.

Azərbaycan Milli Hökumətin süqutundan sonra 1947 - ci ildə cəllad şahın cəza dəstələri qocaman inqilabçı Nurulla Yeganiyə orta əsrlərə məxsus vəhşicəsinə divan tutmuşdur.

İrticaçı quldurları Yekanini dar ağacının altına gətirərkən onun dabanlarına vurulmuş mıxların yerindən axan qanlar belə onu gələcəyə inamını qıra bilməmişdir.

Azadlıq hərəkatının görkəmli nümayəndəsi Nurulla Yekaninin mübarizə yolu fədakarlıqlarla doludur. Onun parlaq xatirəsi Azərbaycan xalqının mübarizə tarixində iftixarla yad edilir və ediləcəkdir.

 

Müəllifi Guləddin İsmayilov

Azərbaycan Jurnalistlər Birliyinin üzv

Go Back

Comment