Menu

Azərbaycan Demokratik Firqəsi

header photo

ŞƏHİD QARDAŞLAR

ŞƏHİD QARDAŞLAR

"Gələcək zəhmət təri tökən, işin çoxluğundan əlləri qabar bağlamış insanlarındır.Həmin qabarlı əllər bütün zindanların və işgəncə yerlərinin qapılarını açacaq, bütün cəllad və zülmkarları məhv edəcəkdir.Gün gələcəkdir ki, bütün İran xalqını öz hüquqlarından məhrum edənlər, 

onların mədəniyyət və milli qürurlarını tapdalayanlar və öz ciblərini və kisələrini qızılla doldurmaq xatirinə zəhmətkeş insanları istismar edənlər xalq qarşısında törətdikləri xəyanət və cinayət əməllərinə görə cavab verməyə məcbur olacaqdır."

FİRUDİN İBRAHİMİ   

 

Azərbaycan Milli Hökumətinin Baş Prokuroru

(21 noyabr 1919, Astara,Gilan ostanı - 1947, 23 may günündə Təbrizdə şahlıq rejimi tərəfindən edam olunmuşdur)  "Bunlar məni edama məhkum etmişlər.Yəqin bilirəm ki, hamımızı öldürəcəklər.Əgər bacarsan, cənazəmi onlardan alıb Astaraya apar və anamın ayaqları altında dəfn elə.Əgər verməsələr və digər mübarizə yoldaşlarımla birgə öldürsələr, mənim dəfn olunduğum yeri yadında saxla.Əgər övladlarım bu istibdad rejimi devrildikdən sonra gəlsələr və məni tapmaq istəsələr, qoy, çətinlik çəkməsinlər. Əminəm ki, bu rejim devriləcəkdir.Mənim ölüm xəbərimi heç kimdən, hətta övladlarımdan belə gizləmə.Dözümlü, səbrli ol və özünü qoru.Əgər bir gün sənin üçün mənim nəvələrimi görmək üçün bir şərait yaranarsa, mənim tərəfimdən onların üzündən öpərsən.Hamıya mənim salamımı yetir.Mənə görə narahat olma.Mən gərək qardaşım Firudin və Azərbaycan Demokrat Firqəsinin şəhidləri ilə birlikdə öləydim.Mən həmin gündən indiyə kimi artıq ömür sürmüşəm." (Bacısı İqlimə ilə zindandakı son görüşündə ona vəsiyyəti...)

ƏNUŞİRƏVAN İBRAHİMİ

(12.05.1926 Astara, Gilan ostanı - 13.09.1987

Tehranda edam edilmişdir.)

1978 - ci ildən 1982 - ci ilə qədər Azərbaycan Demokrat Firqəsinin rəhbəri;1982 - ci ildən Hizbe Tudeye İranın (İran Xalq Partiyasının) Azərbaycan üzrə məsulu, islam rejiminin cəlladları tərəfindən qətlə yetirilmişdir.

 

Guləddin İsmayilov

Azərbaycan Jurnalistlər Birliyinin üzvü

 

Go Back

Comment