ZƏNCAN ƏHALİSİNƏ
Bu gündən etibarən Zəncan əhalisinə elan olunur: Azərbaycan Milli Hökuməti bütün Azərbaycan ölkəsində azadlıq əleyhinə mübarizə aparan və xalqımızın zərərinə çalışıb mürtəcelərin mənafeyinə işləyən canilərin həyata keçirdikləri fitnələri pozub xalqımızın yaxasını onların quldur və qolçomaqlar vasitəsilə həyata keçirən əllərindən qurtaracaqdır.
İndi Azərbaycan xalqı millət həyati üfüqlərini qara buludlardan təmizləyib Milli Hökumətimizin mədəniyyət və maarif əsasları üzrə tənzim olunan nəqşələri ilə özünün gələcək rifah və xoşbəxtliyi uğrunda böyük addımlar götürüb irəli getməlidir.Bu hamıya aydındır ki, hökumətimizin kütlələrlə əlaqədar olub və tükənməz qüvvələri ilə təqviyat olan milli qoşunları qabağında istibdada çalışan xanlar ki, illər boyu Rza xan hökumətində oğrunun şəriki və cinayətin müdafiəçisi idilər - müqavimət göstərib bir az müddətdə milli qoşunlarımız müqabilində diz çöküb silahlarını yerə qoydular.Bizim Zəngan vilayətində kiçik bir qüvvələr vasitəsilə apardığımız mübarizə və əldə etdiyimiz müvəffəqiyyətlər bu iddianı aydın bir surətdə sübut edir.Lakin xain irticanın nökəri olan bu şəxslər bu barədə apardığımız geniş inkişaflara baxmayaraq yenə də irticanın güclənməsinə inanır və onlara Seyid Ziyaəddinlər və Zülfiqarilər vasitəsilə guya nicat veriləcəkdir.Zəngan əhalisi bunu bilməlidirlər ki, Zənganda yayılan təxribatdan istifadə edən müftəxorlar vasitəsilə Zülfiqarilər lehinə aparılan təbliğatdan istifadə edən tüfeylilər bu gündən etibarən Zülfiqari nüfuzundan sərfi - nəzər edib gözdən pərdə asırlar.
Azərbaycanın qəhrəman xalq qoşunları yaxın zamanda Zülfüqari və onun müftəxor və murdar adamlarını Zəngan əyalətindən təmizləyəcəkdir.Biz bu vasitə ilə Zülfiqari əleyhinə silah götürəndə elan edirik ki, vətən xaini olan Zülfiqarinin torpaqları və mülkləri Milli Hökumətimizin qərarına görə xalq arasında bölünməlidir.Onları əmin edirik ki, Zülfiqari və onun mürtəce tərəfdarları bu ölkədə yaşaya bilməyib fəhlə və kəndlilərin zəhməti nəticəsində topladıqları sırvətlətə malik ola bilməyəcək.
Biz zalım və irtica əleyhinə etdiyimiz qiyamdan və silahlı üsyanlardan ilham alaraq bütün o fəhlə və kəndliləri ki, Zülfüqari və onun fırıldaqçı təbliğat aparanlarının uydurmalarına aldanmayıb Azərbaycan Milli Hökuməti əleyhinə Zülfiqari ilə həmkarlıq edirlər.Elan edirik ki, Azərbaycanın namuslu oğlu, şanlı rəhbərimiz olan S.C. Pişəvərinin xalqın köməyi ilə və Azərbaycan Demokrat Firqəsinin bayrağı altında Azərbaycanda yaratdığı Milli Hökumət rəhbərliyi ilə bu şəxslərin diriliyini gələcəkdə təmin etmək və onları zülm və istismar boyunduruğundan qorumaq, onların mədəniyyət sahəsini genişləndirməkdən ibarətdir.Milli Hökumətimiz heç vaxt razı olmayacaq ki, xalqın zəhmətkeş və bədbəxt adamları Zülfiqari sırasında olub qəhrəman fədai dəstəsi vasitəsilə bunların həyatına xitam versin.
Biz bunları əmin edirik ki, bu gündən etibarən hər kəs Zülfiqari adamlarından ayrılıb özünü
bizə təqdim edib, silahını təhvil verə, onu öz qardaşımız kimi qəbul edib onların həyatını təmin edəcəyik.Buna görə də biz yəqin edirik və buna əminik ki, tamam Zəngan əhalisi bizim müraciətimizi qəbul edəcək və öz silahları ilə öz qardaşları ilə birləşəcək, cinayətkar Zülfiqari dəstələrini darmadağın etməklə bərabər onun həmkarları milli məhləmələrimizdə ağır cazalara məhkum olacaqlar. Biz bu müraciətimizi aydın surətdə Zəngan əhalisinə elan edib onlara bildiririk : nə qədər vaxt var, göstərdiyimiz yoldan istifadə edib fədailərlə həmkarlıq etsinlər.Mürtəce Zülfiqari yaxın zamanda sərhəng zənganilər və yaxud Xalxal və Kağızkunan xanları gedən yolları gedəcək və fədailərin qəhrəmanlığı nəticəsində düşmənlər Azərbaycandan qovulacaqlar.
Yaşasın qəhrəman fədai dəstələrimiz!
Xalq Qoşunları Vəzirinin müavini
QULAM YƏHYA DANİŞYAN
"Azər" qəzeti, No 2, 1946 - cı il.
Təqdim etdi: Güləddin İsmayılov