Təbriz əfsərlik məktəbni qurtaranların
cəşnində
Doşənbə günü azad demoktar Azərbaycan öz parlaq milli müvəffəqiyyətlərinin birisinin şahidi oldu.Bu gün müqəddəs odlar yurdunun 250 nəfər rəşidi və qəhrəman oğlu əfsərlik dərəcəsinə yetişim milli yaşayış və Azərbaycan azadlığının müdafiəsini və İran istiqlaliyyətini və təmamiyyətini hifz etmək üçün hazır və amadə olmalarını elam etdilər.
Bu məktəb birinci dəfə olaraq, düzgün bir tərbiyət üsulu, vahid məqsəd, hədəf və ideal üzrə həmin əfsərləri tərbiyə edib vətənimizə, millətimizə xidmət etmək üçün Azərbaycan cameəsinə təhvil vermişdir.
Dünənki sadə vəli ehsasatlı və müasir mərasimdə dəvət olunanların və milli hökumətimizin üzvləri, demokrat firqəsinin rəhbərləri və bu məktəbin mərbilərinin gözlərində şadlıq nuru parlayırdı.Məktəbin fərmandehi müasir bir ləhən ilə öz sadə gozarəsini oxudu.Bu mənalı cümlələr ki, bizim cameəmizin yeni həyatının parlaq bir nümunəsidir, hələ də qulaqlarımızda səslənir.
Bu az müddət Azərbaycan xalqının müxtəlif təbəqələrindən olan hərbi məktəb şagirdləri açıq və azad ruh, möhkəm bir iradə ilə dərs proqramının ağırlığına dözüb və səhərdən axşama qədər yorulmadan proqramın əməli qismətlərini öyrənməyə çalışırdılar.Bunların hədəfi vətən yolunda fədakarlığa hazır olmaqdır.
Dünənki təhsilatını qurtaran əfsərlər Azərbaycan cameəsinin müxtəlif təbəqələrindən entexab olunmuşlardır.
Keçmiş dövrdə öz övladlarını xidmətdən məaf etməkdən ötrü min cürə təşəbbüsat edənlər indi gülər üz və möhkəm bir iman ilə öz oğullarını vətənə xidmət etmək üçün milli hökumət ixtiyarına qoyurlar.
Hərbi əfsərlik məktəbinin fərmandehi bu məktəb ilə Tehran əfsəri daneşkədəsinin təlimlətini müqayisə etdikdən sonra belə nəticə aldı ki, Tehran əfsərlər daneşkədəsində şagirdlərin vaxtının bir çox hissəsi , iki il yarım və üç ildə fəqət puç və biməsrəf nəzəri qismətləri öyrənmək nəticədində tələf olur və əməli qismətlərə isə çox tocə edilmir, bir surətdə ki, bizim hərbi əfsərlik məktəbində şagirdlər ümumən təhsil alan cavanlardan entexab olmuşlar və vaxtllarını fəqət elmi qismətləri öyrənməyə sərf etmişlərdir.
Buna görə bizim təzə əfsərlərimiz hər heyətdən olanların intizarında olan vəzifələri əncam verməyə amadədirlər.
Onlar məmuriyyət yerlərinə getməyə tələsib,bir - birlərini qabaqlayırlar.
Azərbaycan Milli Hökumətinin Baş vəziri ağayi Pişəvəri xalqın gurultulu alqış və ehsasatı arasında, hərbi məktəbin açılışı zamanı mövcud olan maneələr barəsində bəhs edərək belə dedi: "mümkündür ki,yüz illərlə bir yerdə sabit qalan bir millət qəti və sürətli bir hərəkət nəticəsində böyük müvəffəqiyyətlərə nail olsun və öz dalı qalmasını cebran etsin.Bu bir tarixi hərəkatdir ki, millətimiz indiki tərəqqi və müvəffəqiyyətlərə yetirmişdir".
Millətin qüvvəsi yatmış bir yanar dağ kimidir ki, əgər tuğyan edə böyük qüdrətlər nişan verəcəkdir.
Bizim xalqımızın böyük müvəffəqiyyətlərinin birincisi də həmin bu hərbi əfsərlik məktəbinin təsisidir ki, böyük maddi müşkülatə baxmayaraq təşkil edilmişdir.
Bu məktəb öz dörd aylıq proqramını iki ayda bitirməyə müvəffəq olmuşdur.
Bu az müddətin ərzində bit nümayiş təhyə etmək çox çətin bir işdir.Bəli bizim millət öz möhkəm imanı və sarsılmaz iradəsi sayəsində bu böyük hərəkat və tərəqqini müvəffəqiyyətlə başa çatdıtmışdır.
Bizim təzə və cavan əfsərlərimiz ali hədəfə və möhkəm imana malik olaraq azadlıq vurğunudurlar.
Onlar əziz vətənlərinə xidmət etmək üçün tələsib, fədakarlıqda müsabiqə verirlər.
Bu, göstərir ki, xalqımız, öz vətən,azadlıq, dil, ədəb və mədəniyyətini sevib var qüvvəsilə onu müdafiə etməyə hazırdır...
Bizim cavan əfsərlərimiz Azərbaycan qoşununda xidmət edəcəklər.Biz bu qoşunu Tehran hökumətinə tapşırmayacağıq.Bu qoşunun fərmsndehləri azərbaycanlılar olacaqdır.
Bu qoşun Azərbaycan azadlığı və İran istiqlaliyyətinin zaminidir.
Xarici bir təcavüz və tərz olduqda bizim milli qoşunumuz İran istiqlaliyyət və təmamiyyət ərzisini müdafiə etməyə hazırdır.Eyni halda Azərbaycan qoşunu İranda demokrasi üsulun müdafiə olan bir qüvvəsidir.Bu səbəbədir ki, Tehranın çürümüş və fəsad rejimindən bizə arxa olan azadlıq sevən əfsərlər Azərbaycana gəlib bizim qoşuna daxil olurlar.Azərbaycan Demokrat Firqəsinin sədri, əfsərlik məktəbinin fətmandeh və mərbilərindən təşəkkür edərək son sözündə belə dedi:" bizim qoşunumuz millətdən ayrı deyil, bizim qoşunda əfsərlərimiz arasında, siyasi məsələlər sadə ssul üzrə təlim edilir.
Siyasi təlimlərin hədəfi - yalnız Azərbaycan xalqının qarşısında duran müqəddəs bir hədəfin
roşən edilməsidir və o da Azərbaycan azadlığı və İranın istiqlaliyyət və təmamiyyətinin müdafiəsidir.
Xalqımız qoşunu, yəni öz qəhrəman və fədakar oğullarını olduqca sevir.
Xalqımız demokrasi və azadlığın həqiqi mənasını anlayıb, var qüvvəsilə onu müdafiə edəcəkdir.
Bu cür bir millət həmişə başı uca yaşayacaqdır.
("Azərbaycan" ruznaməsi, nömrə 205, ikinci dövrə çaharşənbə, 1 xordad 1325 - ci il).
Təqdim etdi: Güləddin İsmayılov