Menu

Azərbaycan Demokratik Firqəsi

header photo

İranda olarkən 12.08. 19992-ci il Kərimov (Dasi)Səyyad Ağami oğlu

 

Dasi (Kərimov) Ağaminin inqilabi fəaliyyəti

Mən, atamdan, onun inqilabi fəaliyyətindən yazmağı özümə borc bilirəm.

Dasi (Kərimov) Ağami Əbdülkərim oğlu, 1900-cu ildə Cənubi Azərbaycanın Ərdəbil vilayətinin Hüşnə kəndində əkinçi ailəsində anadan olmuşdur. O, Məşrutə inqilabından sonra, 1911-ci ildə yoxsulluq üzündən öz valideynləri ilə birlikdə Şimali Azərbaycana, indiki Bülbülə qəsəbəsinə (kəndinə) mühacirət etmişdir. Ağami Əbdülkərim oğlu qısa bir vaxtda valideynlərinə kömək etmək üçün Suraxanı neft buruqlarına işə düzəlir. Başqa neftçilər kimi quruculuq işlərində çox yaxından iştirak edir. Bu işgüzarlığı ilə  o tez bir zamanda usta köməkçisindən buruq ustasına qədər yüksəlir.

1937-38-ci illərdə iranlıları İrana və Orta Asiyanın ən ucqar yerlərinə sürgün edərkən o, yaxın adamlarının bir çoxunu itirməsinə baxmayaraq, yeni qurduğu ailəsi ilə birlikdə yenidən İrana, doğma Hüşnə kəndinə gəlir. İranda alovlanan azadlıq hərəkatını görür və az ətrafına yaxın qohumlarından başqa, inanılmış vətənpərvər oğullar əlaqə saxlayır. O, bütün şüurlu həyatını Şanlı “21 Azər” Hərəkatına sərf etmişdir. O, gizli Hizb-Tudənin (İran Xalq Partiyasının) üzvü olduğu vaxt (Məmi) Dasi Ağami, Azərbaycanda açıq mübarizə illərində isə Dasi Ağami adı ilə tanınmışdır.

Gözəl təşkilatçı olmuş bu adam 1945-ci ildə İranda, xüsusən, Azərbaycanda alovlanan inqilabi mübarizənin ön cərgəsində gedənlərdən biri olmuşdur. “21 Azər inqilabinin qələbəsi onun qəlbinin sevincinə çevrilmiş və firqənin bütün tapşırıqlarını yerinə yetirməyə xüsusi səy etmiş, şahdan qalma silahların xanlardan, bəylərdən, mülkədarlardan alınmasında yaxından iştirak etmişdir. O, hər şeydən əvvəl vətənpərvər idi.

1945-ci ildə “21 Azər” Hərəkatının tarixi qələbəsindən sonra bir vətəndaş kimi o, Piləçayı kəndlərində olan bütün açıq fikirli gəncləri bir yerə toplamış, firqə  sıralarına cəlb etmişdir. Ağami Dasinin fədakarlığı, işgüzarlığı, vətənpərvərliyi tez bir zamanda Ərdəbil şəhər komitəsinə də çatır. O, Piləçayı komitəsinə sədr vəzifəsinə seçilir. Ona fəaliyyətinə görə ən şərəfli medal verilir.

Bütün bu işlərdən sonra, 1946-cı ildə ADF-nin müvəqqəti geri çəkilməsi zamanı o ailəsindən bir neçə vaxt ayrı düşür. Lakin çətinliklərinə baxmayaraq, Ağami kişi öz inqilabi mübarizəsini Şimali Azərbaycanın Şəki şəhərində şərəflə davam etdirir. O, Şəki şəhər komitəsinin təşkilində əlindən gələni edir. Gecə-gündüz müəssisədə işləməklə bərabər gəncləri də yaddan çıxamır. O, gənclərin savadsızlığının ləğv olunmasına çox çalışırdı. Atam cavanların gecə kurslarında oxumasına yaxından köməklik edirdi. Ağaminin latınca savadı çox gözəl idi. Onun fikri yalnız cavanların savadlanması idi. Gözəl xasiyyətli, namuslu firqəçi, əsl vətənpərvər olan Ağami kişi bütün mühacirət illərində Şəki şəhərinin tikinti-təmir idarəsində, təsərrüfatda canla-başla işlədiyindən o vaxtın şərəfli mükafatı-Lenin ordeni ilə təltif olunur.

Ağami şəhər komitəsinin bütün işlərində fəal işləmiş, əməyi olmuşdur. Uzun illər onunla işləmiş adamlar bu insanın yorulmazlığına, mərdliyinə, insanlığına, vətənpərvərliyinə, biliyinə həsəd aparmışlar. O, ömrünün axırına kimi komitə işlərində işləmişdir. Əfsus ki, uzun sürən xəstəlikdən sonra 1973-cü ildə vəfat etmişdir.

(Dasi) Kərimov Səyyad Ağami oğlu

22.11.2017-ci il  

Go Back

Comment