HARA VƏ NƏ ÜÇÜN GƏLİRLƏR?!
Altı ay tamam hiylə, kələk və macəraçılara yaraşan hoqqabazlıq ilə qazanmağa çalışan peşəkar mürtəcelər nəhayət özlərinin həqiqi simalarını aşkara çıxarmağa məcbur oldular, "hosen niyyət, həlle mosalemət amiz" ebarətini bol - bol xalqa sırıyıb pərdə dalında yeni macəraları hazırlamağıa çalışanlar və dövlət başçısı özünün son sözlərini dedilər.
Dövlətin axırıncı bəyannaməsi bütün dünyanı güldürəcək qədər yüngül və eyni halda məkrli idi.
Hamı bilir ki, biz Zəncanı neçə gündür ki, təxliyə etmişik.Bu iş müharibə nəticəsində olmamışdır.Bunu etdiyimiz zaman heç bir xüsusi mülahizə ortada yox idi.Biz imza etdiyimiz bağlaşmanı sədaqət və səmimiyyətlə icrasını özümüzə vəzifə bildik.Bu işi görməyimiz haqda neçə gün bundan əvvəl firqəmizin fəal üzvlərinin yığıncağında bəyanat vermişdim.
Ağaye Qəvamüssəltənə isə özünün son elamiyyəsində göstərmək istəmişdir ki, güya o, Zəncanı müharibə ilə işğal etmişdir.Halbuki onun tərəfini saxlayan müstəqim və qeyri - müstəqim surətdə təchiz edib əleyhimizə qaldırdıqları irticaçı qəzetlərdə belə, bizim Zəncanı davasız təxliyə etdiyimizi ab - tab ilə yazdıqları hamıya məlumdur.
O, Lahican səfərindən qayıdıb Kərəcdə bu məsələni bəyan edərkən, qürurlanaraq görməmiş uşaqlar kimi özünü öyməyə çalışdığını xalq gördü.
Nağıl oxuyub müdafiəsiz bir şəhərə qoşun dəstələri göndərmək və onu " Müzəffər işğal" adlandırmaq yalançı pəhləvanlara yaraşan bir əməldir.
Ağaye Qəvam özünün qəddar əməllərinin üstünü örtmək üçün Zərrinabad kəndinin təxliyəsi barəsində əfsanələr düzəldib, vicdansız müftilərə yaraşan bir tərzdə fədailərimizi töhmətləndirməyə çalışır.Halbuki fədailər Zərrinabaddan çoxdan təxliyə olunmuşdur.Fədailərə bağlamaq istədiyi binamuslara yaraşan işlər, biz Zərrinabadı və onun ətrafını təxliyə etdikdən sonra dövlətin müstəqim və qeyri - müstıqim surətdə təchiz etdiyi Zülfüqari dəstələri tərəfindən görülən zorakılıq və qəddarlıq işləridir.Ağaye Qəvam yaddan çıxarmamalıdır ku, azərbaycanlılar ona yalvarıb barışıq təklif etməmişlər.Əksinə, onun özü cürbəcür vasitələrlə bizə müraciət edib sülh və barışıq maskası altında bizi aldadlb, sonra da bugünkü hay - harayı meydana çıxarmağa çalışmışdır.
Azərbaycanlı nə diz çökmüş və nə də xahiş etmişdi.O, bunları kiminsə boynuna qoymamış, bunu etməyib və etməyəcəkdir.O, fəqət qardaş qanı tökülməməsi üçün özünü azadlıq istəyən və milli firqəyə söykənən bir hökumət başçısı ilə qarşı tərəfin israr və istəyilə danışığa girmiş və 23 xordaf müqaviləsini imza etmişdir Bütün dünya bilir ku, biz onun azadlığımızı məhv etməyə çalışdığını hiss etdiyimiz üçün Tehranda aparılan danışığı kəsib Təbrizə müraciət etdik. Yenə də bütün dünyaya məlumdur ki, o bizi razı salmaq və xalqımızın etimadını qazanmaq üçün azadixah və demokratik partiya başçılarından dörd nəfəri öz kabinədinə dəvət etməklə bizim nəhzətimizə və bizimlə aparılan danışıqlara açıqca müxalifət edən vəzirlərindən üzr istəmişdi.Yenə də bütün dünya bilir ki, sözü kəsmək üçün nümayəndələrimiz iki aydan yuxarı Tehranda qalmağa razı oldular.
Ağaye Qəvam özü də inkar edə bilməz ki, biz onun məkr və hiylələrini bildiyimiz halda, qardaş qanı tökülməyinin qabağını almaq üçün böyük güzəştlər etməyə hazır olmuşuq.O özü çox gözəl bilir ki, biz başlanan danışığın müsbət nəticəyə yetişməsi üçün nə kimi fədakarlıqlar etmişik.Belə bir halda nağıl oxumaq və qoşun dəstələrindən bəhs etmək, aya, gülünc deyilmi?
Əgər biz özümüz fədai və qızılbaş hissələrinə Zəncanı təxliyə etmək əmrini verməsəydik, aya, Zülfüqari və sair mürtəcelərin təşkil etdiyi dəstələr ora girə bilərdilər? Şahənşah ordusunun və polis zabitlərinin himayəsi olmasaydı Azərbaycan demokratlarının evlərini qarət və özlərini qətliam edə bilərdilər?!...
Biz ağaye Qəvamüssəltənənin bol - bol xərclədiyi "hüsn niyyət"ə istinad etmədəydik, əcəba xalqın kin bə nifrətinə məruz olub bir il bundan əvvəl tülkü kimi qaçan Zülfüqari nökərləri Şeyx Məhəmməd Əli Al İshaq kimi böyük bir ruhaninin üstünə əl qaldırmağa cürət edə bilərdimi?!
Biz ağaye Qəvamı hələ "hifdəh azər" dən daha qabaq tanıyırıq.Biz onun Azərbaycanın qəhrəman oğlu kolonel Məhəmməd Təqi xanın qəbrini alçaq və kinli adamlara yaraşan bir tərzdə dağıtdırdığını bə Nadirin məqbərəsindən çıxartdırdığını da unutmamışıq.Bundan əlavə Al İshaqın qətli də sadə bir qətl deyildi.Onu öldürməklə Ağaye Qəvam öz həqiqi simasını tamamilə aşkara çıxardıb öz ovcunu oxutdurdu.Böyük bir din xadimini şəhid edən qatillər, əcəba, indi xalqın inanc hissindən nə istəyirlər?
Azərbaycanlı Tehran mürtəcelərinin planlarından xəbərsiz deyil.
Biz bunu İran xalqı və dünya əfkar ümumisi üçün yazırıq ki, bilsinlər.
Ağaye Qəvamüssəltənə yanılır, o bizim milli nehzətimizin həqiqi qüdrətini fərk edə bilməmişdir.O hər qabağına çıxanı öz arşını ilə ölçməyə adət etmişdir.
Axərbaycan nehzəti xalq nehzətidir.O öz gücü və qüdrətini xalqdan aldığı üçün xalqı sevməyən, onun qüdrətinə inanmayanlar hər bir iş və hər bir hərəkəti öz macəraçılıq mizanı ilə ölçən adamlar bu qüdrətin varlığını dərk edə bilməzlər.
Azərbaycan nehzətinin kökü çox dərin və güclüdür.Onu bütün İran xalqlarının ürəyində və məzlumların ruhiyyəsində aramaq lazımdır.
Ağaye Qəvam səhv edir, bizim xalqımız hər bir baş verəcəyə qarşı hazırdır.Xalqımız aldığı azadlığı hər qiymətə olur - olsun saxlamağa and içmişdir.
Ağaye Qəvam və onun ətrafındakı mürtəcelər, Molla Nəsrəddin kimi öz mindiklərini hesaba almırlar.Onlar altı aydan bəri bizimlə apardığı danışıqlarda dedikləri sözləri, mübadilə etdikləri məktub və teleqrafları tamamilə ört - basdır etməyə çalışırlar.Hətta iş o yerə çatmışdır ki, elə zənn edirlər ki, cürbəcür yaramaz adamlar vasitəsilə çap etdikləri vərəqparələr vasitəsilə həqiqəti inkar etmək və onu əksinə göstərmək asan işlərdəndir.
Biz çox gözəl bilirik ki, Ağaye Qəvam və mürtəce qüvvələr yeni diktatorluq yaratmağa çalışırlar.Biz çox gözəl anlamışıq ki, ağalar məşrutə və naqis qanun əsasını belə ortadan aparmaq fikrindədirlər.Biz çox yaxşı anlamışıq ki, onlar istəyirlər kütbeyin, rəzil və alçaq nökərlərdən toplanmış bir məclis yaradıb, onun adından İranda azadlığın kökünü kəssinlər.Biz çox gözəl bilirik ki, onlar gündən - günə şiddətlənməkdə olan azadlıq hərəkatından dəhşətə gəlib onun qabağını almaq üçün hər cür namərdliyə hazırdırlar.Biz lap yaxşı bilirik ki, bu günədək onların qorxub və qanlarını qaraldan, fəqət Azərbaycan fədailərinin və Azərbaycan Milli Qoşununun süngüsü olmuşdur.
Bizə gün kimi aydındır ku, bütün İran xalqları və İran azadlıqsevərləri bizim mərkəzi hökumətdə apardığımız danışıqları diqqətlə izləyiblər.Onlar bizim hiylə və kələklərə aldanmayacağımızı həmişə arzu ediblər.
Ağayi Qəvamüssəltənə azadlığa tərəfdar olan nazirləri kabinədən uzaqlaşdırmaqla öz ayağının altını qazmışdır.O, bizim əleyhimizə etdikləri ilə öz - özünü əxlaqən və mənəviyyatdan tamamilə kənarlaşdırmış oldu.
Olsun! Biz buna təəssüf etmirik.Təəssüfümüz fəqət bunadır ki, Ağaye Qəvamüssəltənənin qərəzli və irticaçı siyasəti nəticəsində vətənimizdə böyük macəralar hazırlanır.Biz içdiyimiz anda sadiq qalıb Azərbaycan torpağına silah ilə soxulub azadlığımızı süngü gücü ilə əlimizdən almaq istəyənləri kim olur - olsun xalqımızın qolunun gücü ilə əzib geri qaytaracağıq.Bu isə bizim əvvəl və axır sözümüzdür. "Öldü var, döndü yoxdur!"
Əgır Ağaye Qəvam qəbul etdiyi müqavilənin ziddinə olaraq Azərbaycana hücum əmri verərsə, fədailərimiz və Milli Qoşunlarımızın çox ciddi müqavimətinə məruz qalacaqdır.
Qoy dünya bilsin ki, biz sülh və saziş yolunda hər bir fədakarlığımıza hazır olduğumuz kimi haqqımızı və azadlığımızı əlimizdən almaq ustəyənlərin burunlarını əzmək üçün daha böyük fədakarlıqlar göstərməyə hazırıq.
Azərbaycana hücum etmək istəyən silahlı qüvvələr vətənin müdafiəsi üçün silah götürən bütün azərbaycanlı arvad və kişilərin cəsədi üzərindən keçə biləcəklər.
Azərbaycana qoşun yeritməyə dövləti təşviq edənlər unutmasınlar ki, işin iki tərəfi var, milli hisslər və azadlıq istəyi həyəcana gəlmiş bir xalqın hücumunu rədd etməklə irəli gedə bilərsən.Onlar yaddan çıxarmasınlar ki, fədai qüvvələrinin Qəzvinə hücum etmək istəyi Tehranda yayılan gün çamadanlarını tələm - tələsik yığıb Tehrandan qaçmağa çalışırdılar.O günü yaddan çıxarmamalıdırlar.Biz deyirik ki, qansız və müharibəsiz həll olunsun.Biz arzu edirdik vətəndaş müharibəsi meydana çıxmasın.Biz istəyirdik tələbatımızl sadə surətdə, qanun yolu ilə əldə etmiş olaq.Biz təsəvvür edirdik ki, məqam sahiblərinin artıq gözləri açılmışdır. Bizim nəzərimizə belə gəlirdi ki, nehzətimizin şeypuru İranın hakim təbəqəsini yuxudan oyatmış, onlar apardıqları siyasətin xətərini anlamışlar. İndi ki, Ağayi Qəvamüssəltənə bunun əleyhinə rəftar edir, biz də hər etimala qarşı özümüzü müdafiəyə hazırıq.
Qoy olsun! Bəlkə məzlumların duası müstəcab olmuş.Yəqin İran millətinin illər boyu arzu etdiyi intiqam günü gəlib çatmışdır.İndi ki, Ağaye Qəvamüssəltənə irticaçı ünsürlərin təlqini sayəsində belə istəyir, xoş başəd.Qoy tarixin bu səhifəsi də Azərbaycan Demokrat Firqəsinin adı ilə başlasın.
("Azərbaycan" ruznaməsi, 2 şənbə 4 Azər 1325 - ci il, nömrə 68 (357) ikinci dövrə)
Təqdim etdi: Güləddin İsmayılov