Menu

Azərbaycan Demokratik Firqəsi

header photo

FƏDAİ - ALİM ƏHMƏD BƏY ŞEYBANİ

 

FƏDAİ - ALİM ƏHMƏD BƏY ŞEYBANİ

(1905 - 1967)

"Əhməd bəy Şeybani Astara ziyalıları arasında özünəməxsus mövqeyə malik bir insan idi.O öz xalqının azadlığı uğrunda mübarizə aparan görkəmli şəxsiyyətlərlə birlikdə siyasi hərəkata qoşulmuş, Azərbaycan Demokrat Firqəsinin sıralarında yorulmaz fəaliyyər göstərmişdir..."

Əmirəli Lahrudi

(1985 -2015 - ci illərdə ADFMK - nln sədri)

Azərbaycan xalqının görkəmli fədailərindən biri də Əhməd bəy Ağabəy oğlu Şeybanidir.O, 1905 - ci ildə Astaranın Ləvəndivel kəndində varlı mülkədar ailəsində anadan olmuşdur.Təhsilini Astaranın məşhur Həkim Nizami mədrəsəsində almış(1913 -1923) və doğma kəndi Ləvəndivelə qayıtmışdır.Kəndlərində təsərüffatla məşğul olmuşdur.Gənclik illərində həmişə haqsızlığa qarşı mübarizə aparmışdır.Ona görə də Azərbaycan Demokrat Firqəsinin Astara komitəsinin üzvü və fəallarından biri olmaqla məhrumiyyət içərisində yaşayan xalqına kömək etmək arzusu ilə yaşadı, imkansız insanlara maddi köməyi əsirgəmədi.O, xalq içərisində və bütün bölgədə xeyirxahlığı ilə tanınan atası Ağabəyin yolunu davam etdirdi.Ağabəy kişi həmin insandır ki, Rza şah Pəhləvinin hiyləsini qabaqcadan başa düşərək, Astaranın Ərdəbildən qoparılaraq Gilan vilayətinə birləşdirilməsinə görə mərkəzi hökumətə yazılı etirazını bildirmişdir.

Azərbaycan Milli Hökuməti dövründə də öz kənlilərinə torpaq sahələri , ev tikdirib vermiş, onların ailə qurması üçün şəxsən özü toy libası və cehiz xərclərini çəkmişdir.Kənddə ibtidai mədrəsənin və məscidin tikilməsinə köməklik etmişdir.Yoxsul kəndli övladlarının oxumasının və onların geyim paltarlarına maddi köməklik göstərməsinin vacibliyini Astara firqə komitəsinin nəzərinə çatdırmışdır.Düşmənlərə qarşı mübarizə aparmaq üçün kəndlilərdən müdafiə dəstələri yaradaraq onlara başçılıq etmişdir.Özünə məxsus münbit torpaqlarını rəiyyətləri arasında bölüşdürmüşdür.

1945 - ci ildə Seyid Cəfər Pişəvərinin rəhbəri olduğu 21 Azər hərəkatı qələbə çaldı.Təbriz şəhərində Azərbaycan Milli Hökuməti quruldu.Əhməd bəy Ağabəy oğlu Şeybani bütün var - dövlətini xalqının silahlı mübarizəsinə ərməğan etdi.O, fədai başçısına, səhra komandirinə çevrildi.Fədailər onun qəhrəmanlığı ilə fəxr edirdilər.Göstərdiyi böyük xidmətlərinə görə Azərbaycan Milli Məclisinin qərarı ilə "21 Azər" medalına layiq görülmüşdür.

1946 - cı ildə Ləvəndiveldə keçirilən konfransda yerli komitənin birinci katibi və Astara şəhər konfransında isə icraiyyə heyyətinin üzvü seçildi.Göstərdiyi xidmətlərinə görə xalqın rəğbətini qazandı.

Əhməd bəy Şeybaninin göstərdiyi xeyirxah xidmətlərini ğörən Muğandan olan Yadulla xan Hüseyni, zəncanlı Möhsün xan və Əli xan Osanlı qardaşları, sərxanbəyli Məhəmməd Cəlili, əcirli Nüsrət bəy Şahin və başqaları da qoşuldular...

1946 - cı ilin 21 Azərində Azərbaycan Milli Hökuməti süqut etdi.Əhməd bəy Şeybani də digər məsləkdaşları ilə birlikdə İran irticasının təzyiqi və dünya siyasəti nəticəsində Şimali Azərbaycana mühacirət etdi.

Əhməd bəy mühacirət dövründə Şamaxıda üzümçülük sovxozunda işləməyə başladı.

İşlədiyi müddət ərzində də Əhməd bəy hamıya nümunə oldu.Məhz bu fədakarlığına görə Əhməd bəyi Bakıya göndərirlər.

O, 1951 - 1954 - cü illərdə Ali Partiya məktəbində oxudu.Ali Partiya məktəbini bitirdikdən sonra partiya xətti ilə Tacikistanda, Qazaxıstanda yaşayan yaşayan mühacirlərin dolanışıqlarını öyrənmək üçün Özbəkistana - Daşkəndə göndərildi.Oradan qayıtdıqdan sonra Əhməd bəy Neft Daşlarında mədəni - maarif işlərində çalışdı.

Ərəb və fars dillərini mükəmməl bildiyindən ömrünün sonlarına qədər həyatını elmə həsr etdi.1967 - ci ildə M.F.Axundov adına Mərkəzi Kutabxanada Şərq dilləri üzrə tərcüməçi kimi çalışdı.Azərbaycan şərqşünaslıq elminə "Talış və Galış xalqlarının tarixi və etnoqrafiyası" adlı əsərini bəxş etdi.

Təəssüflər olsun , Əhməd bəy Şeybaninin qələmə aldığı elmi əsərlər tədqiq edilməmiş və yeni nəslə çatdırılmamışdır.Deyilənlərə görə onun bir sıra məqalələri ADFMK orqanı olan "Azərbaycan" ruznaməsinin yaraşığı idi.

Deyilənlərə görə onun onun arxivində qalan yeganə yazısı İran şairi Əbülqasım Arif Qəzvininin həyatı və siyası baxışlarını əks etdirir...

Həyat yoldaşi Nisə xanım Qasımova (Şeybani)

ilə evlilikdən övladlari Fərəhnaz xanım və Rəşid bəy dünyaya gəlmişdir.

Görkəmli ustad,fədai - alim Əhməd bəy Şeybani 1967 - ci ilin dekabr ayının 10 - da Bakıda vəfat etmiş və Yasamal qəbiristanlığında dəfn edilmişdur.


Təqdim etdi: Güləddin İsmayılov

Go Back

Comment