Menu

Azərbaycan Demokratik Firqəsi

header photo

DOKTOR TAĞI ƏRANİ


DOKTOR TAĞI ƏRANİ

Tağı Əbülfət oğlu Ərani 1281 - ci ilin şəhrivər ayının 14 - də (1902 miladi, 5 sentyabr) Təbriz şəhərində dövlət qulluqçusu ailəsində anadan olmuşdur.O, Təbrizin " Loğmaniyyə" mədrəsəsində oxuduğu vaxt Məşrutə nəhzətinin şahidi lmuş, 1295 - ci ildə atası ilə birlikdə Tehrana gedərək " Şərəf" mədrəsəsində və Tibb daneşkədəsində təhsilini davam etdirmiş, nəhayət, 1301 - ci ildə təhsilini təkmilləşdirmək məqsədi ilə Almana göndərilmişdir.

Ölkədə ictimai zülm və imperializm zülmünə qarşı xalq hərəkatı Əraninin də diqqətini cəlb etmişdir.Rusiyada Sosialist inqilabının ilhamverici təsirilə məmləkətin şimal - qərbindən şimal - şərqinə qədər uzanan geniş bir məntəqədə baş vermiş azadlıq hərəkatı onun ictimai fikirlərinin düzgün formalaşmasına kömək etmişdir.Almanda oxuyub, işləmək, iranlı kommunistlərlə əlaqə saxlamaq onun fikirlərinin dərinləşməsinə, görkəmli inqilabçı alim və marksist - leninçi ictimai xadim kimi yetişməsinə səbəb olmuşdur.

Ardıcıl mütaliə, dərin zəka, metodik qaydada işləmək, xalqın azadlığına və ölkənin tərəqqisinə çalışmaq Əraniyə böyük bir fəaliyyət enerjisi, inqilabi hərəkata, elm və mədəniyyətə misilsiz xidmətlər göstərmək səadəti nəsib etmişdir.Fizika, riyaziyyat, materializm - dialektik , fəlsəfə prinsipləri, rəvanşünaslıq, bioloji və sairə haqqında yazdığı əsərlər bunun üçün bir nümunədir.1307 - ci ildə o, kimya elmi üzrə əsərini müdafiə etdikdən sonra Berlin Daneşgahının fars, ərəb və türk dilləri kafedrasının professoru kimi pedaqoji fəaliyyətə başlayır.Həmin dillərdən əlavə alman, ingilis və fransız dillərini də yaxşı bilən Ərani bir sıra əsərlərin tərcümə və nəşri ilə də məşğul olur ki, bu da İran xalqlarının mədəni irsinin daha da çox yayılmasına və tanınmasına xidmət edir.Sədi, Ömər Xəyyam, Naser Xosrov Dəhləvi və başqa söz ustalarının əsərlətinin tərcüməsi və onların haqqında yazması bu cəhətdən diqqətəlayiqdir.

1309 - cu ildə Tehrana qayıdan Ərani elmi və pedaqoji fəaliyyətlə yanaşı marksizm - leninizm təliminin yayılması, İran kommunist firqəsinin davam etdirilməsi kimi olduqca mühüm işlərlə məşğul olur.Tələbələri ölkənin mütərəqqi qüvvələrinin marksizm - leninizm müddəaları ilə tanış etmək, onları mütəşəkkilləşdirmək məqsədilə Ərani eğdamlar edir və İran mətbuat tarixində ilk dəfə olaraq " Dünya" kimi bir məcəllənin nəşrinə müvəffəq olur.Bu gün də onun ənənəsini Hizbe Tudə İran tərəfindən davam etdirilən "Dünya" məcəlləsi barədə Ərani deyir:" İran mətbuatı aləmində onun varlığıilə fəxr etdiyimiz " Dünya" jurnalı birinci gündən deyildiyi kimi fəlsəfi fikirlər haqqında materializm nöqteyi - nəzərindən bəhs edir." Cəmi 12 nömrəsi çıxmış bu məcəllə doğrudan da varlığı ilə fəxr etməyə layiqdir və onun səhifələri məmləkətin , dövrün başlıca problematik məsələlərinin təlim əhəmiyyətli fikirləri ilə zəngindir.

1316 - cı ildə Doktor Tağı Ərani Rza xan polisi tərəgindən tutulmiş və Qəsri - Qacar həbsxanasında çoxlu işgəncələrdən sonra faciəli surətdə 1318 - ci il 14 Bəhmən günündə (4 fevral 1940) öldürülmüşdür.O, həbsxanada olduğu vaxt , hətta mübarizədən əl götürməmiş bir may münasibətilə gizli yollarla zindandan gizli yolla bəyaniyyədə İran xalqlarını faşizm və irtica qüvvələri əleyhinə vahid mübarizə cəbhəsi təşkil etməyə çağırmışdır.O, istintaq və məhkəmə dövründə da irtica və imperializm əməllərini şiddətlə məhkum etmişdir.O, nitqində 1310 - cu ildə mütərəqqi fikirlərə, kargər və azadlıq hərəkatına qarşı ingilislərin göstərişi ilə verilmiş qanunu " Qara qanun" adlandırmış və İran xalqlarının şərəfini qorumaq üçün ona qarşı öz nifrətini bildirib demişdir:" Ancaq kütlənin mənafeyini qoruyan qanun müqəddəsdir."

Doktor Əraninin şəhid lduğu 14 Bəhmən günü hizb tərəfindən ümumiran şəhidlər günü elan edilmişdir. Onun ölümü təkcə zəhmətkeşləri, kargər hərəkatı nümayəndələrini kədərləndirməmiş, başqa təbəqələr bu faciəni təəssüflə yad etmişlər. Ərani ilə yaxından tanış olan Seyid Əhməd Kəsrəvi həmin gün münasibətilə yazdığı məqalədə demişdir:" O cavanın şəklini görmək məni çox təəssüfləndirdi.Kədər bütün ürəyimi bürüdü. Ah, nə qədər igid cavan! Nə qədər də alim cavan, əfsus o təmiz ehsssata ki, o özülə torpağın altına apardı. Əfsus o biliklərə ki, onun ölümilə aradan getdi!"

Dünya kommunist və kargər hərəkatının görkəmli xadimlərindən biri, İran xalqlarının inqilabçı mütəfəkkir oğlu, vətənin marksizm - leninizm ideyalarının carçısı olan Doktor Tağı Ərani kommunizm əleyhinə çıxanlara qarşı deyir:" Elmi kökü bəşər cəmiyyətinin yaranması ilə başlanan, fərdi və ictimai həyatın bütün sahələri məcmuyunda tamamilə elmi prinsiplər üzrə nəzəriyyə verən əqidələri necə qadağan etmək olar.Bəşər tarixində heç bir ictimai məzhəbli əqidə yoxdur ki, o barədə sosializm və kommunizm qədər çoxlu əsərlər yazılıb və genişlikdə nəşr edilmiş olsun.

Doktor Tağı Ərani haqqında indiyə qədər bir sıra elmi, bədii əsərlər yazılmış, onun həyat və fəaliyyəti keçmiş Sovetlər Birliyində diplom, dissertasiya və doktorluq üçün elmi tədqiqat obyekti olmuşdur.Vaxtilə oxuduğu və işlədiyi şəhərdəki plasmas kütlə karxanasına Alman Demokrat Cumhuriyyəsi hökumətinin əmri ilə Əraninin adı verilmişdir. Tağı Əraninin məzarı Tehran yaxınlığında imamzadə Əbdullah qəbristanlığındadır.Moskvada nəşr olunmuş "Mübarizəyə həsr edilmiş həyat" kitabında da Əraninin vətəninin azadlıq hərəkatının, dünya kommunist və kargər hərəkatının sevimli rəhbərlərindən biri kimi yad edilmişdir.

Təqdim etdi: Güləddin İsmayılov

Go Back

Comment