Menu

Azərbaycan Demokratik Firqəsi

header photo

Bu gün görkəmli inqilabçı Ənuşirəvan Qəni oğlu İbrahiminin anım günüdür.

Bu gün görkəmli inqilabçı Ənuşirəvan Qəni oğlu İbrahiminin anım günüdür.

İran Xalq Partiyasının (Hizbe Tudeye İran) katibi və İran Xalq Partiyasının o dövrdə İcraiyyə Komitəsinin üzvü Ənuşirəvan İbrahimi şəhrivər ayının 22 - də 1366 - cı ildə (sentyabr ayının 13 - də 1987 - ci ildə) şəhid olmuşdur.Bu mübariz partiyaçı və Azərbaycan xalqının fədakar oğlunun inam və əqidə köklərini qurutmaq üçün İran İslam Cumhuriyyətinin vəhşisifət hakumiyyəti çox çalışdı.

Lakin bütün həyatını dərin inqilabi və insanlıq düşüncələrilə, azadlıq, sülh və vətənpərvərlik arzuları ilə başa vurmuş bir insanın varlığını yox etmək mümkündürmü?

Nəhayət, onun neçə vaxt bundan əvvəl çıxarılmış edam hökmü həyata keçirildi.

Edam hökmünün icra edilməsi rejimin öz zidd insani işində müvəffəq olmaması deməkdir.

Ənuşirəvan İbrahimi 1362 - cı ilin ordubeheşt ayında (1983 - cü il, aprel - may) Hizbe Tude İrana hərtərəfli yürüş zamanı tutuldu.O vaxtdan əsarətdə olan digər partiyaçılarla birlikdə ona da şiddətli və ardıcıl işgəncə verilirdi.Hər cürə əzab vasitələrini işə salırdılar.Simli kabellərlə"nəsihət" verdilər. Ayağından asdılar və qırmancla döydülər. Birnəfərlik kamera, ruhi işgəncələr,aclıq, təhqir, söyüş, dərman və həkimə müraciətin olmaması, görüşlərin kəsilməsi və sairə bu kimi işgəncələr onun gözlərində daim parlayan məğrur bir insan və partiyaçı işığını söndürə bilmədi.Elə buna görə də onun edam hökmünü icra etdilər.

1306 - cı ildə (1927) Astara şəhərində anadan olmuş Ənuşirəvan İbrahimi Hizbe Tudə İranın Cavanlar təşkilatının yarandığı ilk gündən onun üzvü və sonra hizbin üzvü oldu.O, Azərbaycan xalq hərəkatı (21 Azər hərəkatı) qalib gəldikdən sonra Təbrizdə hərbi təlim öyrənməyə başladı.Azərbaycana şahın muzdur qoşununun dəhşətli və vəhşicəsinə yürüşü zamanı bir tətəfdən xalq düşmənlərinə nifrəti və xalqın on minlərlə mərd övladlarının qatilləri və adlı - sanlı qardaşı Firudin İbrahiminin qatilləri onun varlığını oda yaxdığı bir şəraitdə çarəsiz olaraq mühacirət etdi.Ənuşirəvan İbrahiminin qəlbində bu düşmənçilik və bu müqəddəs qəzəb alovu kütlələrə məhəbbət, tudəçi və kommunist arzuları ilə birlikdı heç bir zaman sönmədi.

O, 1978 - ci ildən 1982 - ci ilə qədər Azərbaycan Demokrat Firqəsinin rəhbəri olmuşdur. Ənuşirəvan İbrahimi bütün mühacirət illərində istər Mərkəzi Komitənin üzvü və sonra da Hizbe Tudə İranın Azərbaycan əyalət təşkilatı - Azərbaycan Demokrat Firqəsi Mərkəzi Komitəsinin müdir müavini və istərsə də Hizbe Tudə İranın Mərkəzi Komitəsinin üzvülüyü vəzifəsində (1356) olarkən hizbin ən fəal üzvlərindən biri idi.O, 1357 -ci ildə ölkəyə qayıtmaq ərəfəsində Hizbe Tudə İranın Mərkəzi Komitəsinin İcraiyyə Heyəti və katibləri üzvülüyünə seçildi.O, İranda hizbin mübarizəsinin açıq və yarımaçıq fəaliyyəti şəraitində, xüsusilə Azərbaycanda böyük rol oynadı. Onunla birlikdə olmuş yoldaşlar onun gecə - gündüz və fasiləsiz çalışmasını unutmayacaqlar.

Ənuşirəvan İbrahimi tarix elmləri namizədi idi və geniş biliyə,xüsusilə kommunist və fəhlə hərəkatı sahəsindəki biliyi böyük vəzifələri irəliləməkdə ona kömək edirdi.O, 6 il qorxunc fiziki və ruhi işgəncələrdın sonra nəhayət, xalq və partiyasına məhəbbətlə dolu bir ürəklə, möhkəm qaməti,etiqadlı və inamlı bir tudəçi kimi şəhadətin pişvazına getdi.İran zəhmətkeşləri həmişə kütlələrin yanında olmuş bu cür insanları heç bir zaman unutmayacaqlar.Ənuşirəvan İbrahiminin adı İran fəhlə və kommunist hərəkatı tarixində qanla yazılacaqdır.

Onun xatirəsini yad etmək hər bir tudəçi və firqəçinin ümdə vəzifəsidir. Qoy düşmənlər bilsinlər ki, Ənuşirəvan İbrahimi və onun əqidədaşları heç vavt xalqın qəlbindən silinməmişdir.Onlar xaqımızın qəlbində əbədi yaşayacaqlar.

Təqdim etdi: Güləddin İsmayılov

Go Back

Comment