Təbriz şəhər firqə təşkilatının fəal firqə üzvlərinin dövlət teatrı binasında təşkil olunmuş cələsəsində
Mərkəzi hökumət ilə razılaşmağımızın başa çatdığı bir zamanda seçkilərlə bağlı danışmaq lazımdır.Məclise - Şurayi - Millinin 15 - ci seçki kompaniyası Azərbaycan xalqı üçün siyasi bir məsələnin həlli dövrüdür.Bu dövrdə əgər biz seçki qanununa riayət edib, xalqımızın istədiyi nümayəndələri seçsək, azadlığımızın hifz edilməsi üçün böyük bir addım götürmüş olarıq.
Azərbaycan xalqının və milli nehzətin düşmənləri eyni zamanda İran azadlığı və istiqlalının düşmənləridirlər.Onlar Azərbaycan xalqının azadlığını İran azadlığının zamini və icraçısı kimi gördükləri üçün ondan qorxurlar. Odur ki, bizim mübarizəmizin hər bir mərhələsində onlar müəyyən görkəmdə meydana çıxaraq bizə töhmət və ləkə vurmaqdan çəkinmirlər.15 - ci çağırış məclisə seçkilər dövründə onlar hərəkətə gəlib, Azərbaycandakı seçkilərin əleyhinə səs - küy salıb iftira və yalanlar yaya bilərlər.
Biz çalışacağıq ki, indiyə qədər mövcud olan yalnış seçki qanununun olduğu kimi qəbul etməklə azadlıq düşmənlərini bəhanə və sözlərinin qabağı alınsın.Biz çalışacağıq hamıya imkan verilsin ki, onlar seçkidə iştirak etsinlər və seçki kamilən azad surətdə keçirilsin.Biz göstərəcəyik ki, Azərbaycanda seçkilər zor, hədə, pul və gücə əsaslanmır, xalq azad surətdə inandığı adamları seçəcək.Biz göstərəcəyik ki,bizdə birlik var.Bu bizim üçün böyük imtahandır.
Seçkini müvəffəqiyyətlə başa çatdırmaq üçün təşkilatlarımız ciddi təbliğata başlamalıdır.
Seçkidə səsvermə gizli olduğu üçün əyintilər baş verə bilər.Adamlar müxtəlifdir: bəzisi qorxudan oğurluq etməz, bəziləri dini nəzərdən oğurluqdan çəkinər, çoxluq öz vicdanı müqabilində utanıb oğurluq və əyinti etməz.Seçkidə hər bir azərbaycanlı öz azadlığını qorumaq üçün bu işdə özünü məsul bilməlidir.
Seçkidə biz hədələrdən qorxmamalı, təsir altına düşməməliyik.Tanıdığımız, bildiyimiz azadlığımıza və millətimizə bağlı olan adamlara rəy verməliyik.Xalq içərisində hörməti olmayan, ona xidmət etməyən zor və oğurluq yolu ilə hakimiyyət başına keçənlər bilməlidirlər ki, onların xalq içərisində hörmət və nüfuzu olmadığı üçün xalq onların sözlərinə baxmaz və qondarma qanunlara tabe olmaz.Bu seçki keçən seçkidən çox- çox fərqli olmalıdır. Kəndliləri qoyun sürüsü kimi dəstə - dəstə sandıq başına gətirib onlardan rəy almağa yol verilməyəcək.
Yaxşı yadımdadır, 14 - cü çağırış məclis seçkilərində Güney mahalının Əlişahdakı kəndliləri Əbülhəsən Siqqətülislamın adamları qabaqda, kəndxuda və ətrafda kənfin qolçomaqları kəndliləri toplum halda sandıq başına gətirib zor ilə onların rəyini qutuya saldırdılar. Biz belə işlərə yol verməyəcəyik.Seçkiyə azad surətdə əməl olacaq.Firqə təşkilatlarımız şəhər və kəndlərdə təbliğatlarını qüvvətləndirib, namizədləri xalqa tanıtdırıb onların necə adam olduğunu hamıya bildirməlidirlər.Beləliklə, xalq rəy verdiyi adamı yaxşı tanıyacaq və istəfiyi adama rəy verəcək
14 - cü çağırış məclis seçkilərində çox çətinliklə birlikdə təbliğat vasitələrinin azlığına, mürtəcelər tərəfindən əleyhimizə edilən təzyiq və törədilən çoxsaylı maneələrə baxmayaraq, xalq bizə 16 min rəy vermişdi.Xalq namizədləri tanıyıb sonra rəy verirdi.Bununla belə, o dövrdə tüfəng, şallaq və pul gücü ilə seçilmək istəyənlərin rəyi bizim rəylərimizə çatmadı.O vaxt Azərbaycanın bütün bölgələrində xalqın tanıdığı namizədi irticaçı 14 - cü məclis rədd etdi.Zor, pul və hədə yolu ilə Azərbaycan xalqının tanımadığı vəkil çıxan adamları məclis üçün vəkil qəbul etdilər.İndi artıq qorxu yoxdur və şərait bizim üçün piş deyil.Ona görə də biz elə edəcəyik ki, namizədlərimizi xslqa tanıtdıraq və xalq öz istədiyinə rəy versin.Hər bir firqə üzvü bilməlidir ki, nehzətimizin davamı və qüdrəti firqəmizin bə xüsusilə firqə başçılarının fəaliyyətindən asılıdır.Biz məclisdən yox, xalqdan nicat gözləyirik.Məclisə nümayəndə göndəririk, çünki vacib siyasi əhəmiyyətli məsələdir və azadlığımızla bilavasitə əlaqəlidir.Bizim vəkillərimizə əgər firqəmiz və xalqımız arxa durmasa, məclisdə heç bir iş görülə bilməz.Nümayəndələrimiz aldıqlarımızı məclisdə qanuni şəkilə sala bilsələr, onlara firqə kömək etməsə, onlar heç bir işi qabağa apara bilməzlər.
Tarix göstərmişdir ki, yararsız və cəmiyyət daxili çürük olan firqə ağır günlərdə təzyiq nəticəsində tez aradan getmişdir.Amma intizamlı və sağlam firqələr çətin günlərdə belə böyük məsələlər müqabilində daha da möhkəmlənir, məsələni həll etmişlər.21 Azərdə bizim yoldaşlarımızın hamısı fədai idi. Elə yoldaşlarımız var idi ki, günlərlə yatmırdı, böyük- kiçik hamı çalışırdı, fəaliyyət göstərirdi.Çünki firqə üzvləri bu məsələnin ağırlığını yaxşı hiss edib onu həll etmək üçün birləşdilər.Əgər o vaxt firqəmiz yararsız olsaydı, xalq onun ətrafından dağılıb gedərdi və nehzətimizdən nəticə alınmazdı.Firqəmiz möhkəm olduğu üçün, firqə üzvləri arasında birlik və səmimiyyət nəticəsində biz istədiyimizə müvəffəq olduq. İndi biz mərkəzlə razılaşma bağlamışıq.Bundan sonra da firqəmiz azadlığımızı təmin edəcək. Ona görə hamı çalışır ki, firqə içərisində birlik daha da möhəmlənsin və fəaliyyət artsın.
Qarşımızda seçki durur.Seçkidən sonra aldıqlarımıza qanuni şəkil verib onu bütün İranda həyata keçirməliyik.Bu ağır vəzifənin yerinə yetirilməsinə hamı çalışmalıdır.İndi bizim vəziyyətimiz xeyli yaxşıdır.Əgər biz ilk firqə təşkilatlarının fəaliyyətinn götürsək, görürük ki,xalqın firqəmizə münasibəti daha da artmış və möhkəmlənmişdi. Xüsusən şəhər və kəndlərimizdə təşkilatlar çox fəallaşmışdır.
Hər kəs olur - olsun məqamında xalqa xəyanət ilə sui - istifadə etmək niyyətində olarsa, onlarla qəti və barışmaz mübarizə aparacağıq.
Azərbaycan Əyalət Əncüməninin azuqə, əmniyyət və qeyri işlər haqqında olan qanunları şübhəsiz icra ediləcək.Belə bir vaxtda saf da, çürük də ortaya çıxacaq. Çürüklər kənara atılacaq.Mən keçən həftə nitqimdə demişdim ki, firqə üzvünün azlığından heç qorxumuz yoxdur.Çünki biz həm də möhkəm bağlarla ictimai təşkilatlar vasitəsilə xalqa bağlanmışıq.
Cavanlar təşkilatı, ittihadiyə, həmkarlar təşkilatı, qadınlar klubu möhkəm bağlarla firqəmizi xalqa bağlayıb.Xalq bizim dayağımızdır.Əgər bir nəfər tapılsa ki, xalqı firqədən incik sala, biz onu özümüzdən uzaqlaşdıracağıq.
Bu gün biz iftixar edirik ki, o vaxt ağır bir şəraitdə, Azərbaycanda irtica tam qüdrətlə hökmranlıq edirdi, o vaxt biz Azərbaycanda silahlı fədai təşkilatını yarada bildik.Fədailərdən bir nəfər də olsa bizə xəyanət etmədi.Əgər bir kiçik xəyanət olsaydı,azadlığımızın ələ alınması üçün böyük mane və xətər törənə bilərdi. Dünyada çox az təsadüf oluna bilər ki, böyük və ciddi bir əməl üçün hazır olan hər hansı təşkilatda xain tapılmasın.Fədailərimizin cəsarəti və fədakarlığı Azərbaycan azadlığına onların iman və bağlılığı nəticəsində idi.Bəzi adamlar var ki, cürbəcür yalan şayiələr yayırlar, guya müharibə olacaqdır.Tehranda halva verirlər, pul paylayırlar və s.Bəziləri bu şaiyələrə aldanıb, iş - güclərini buraxıb, ev - eşiklərini satıb Tehrana köçürlər.Gedirlər Tehrana görürlər nə pul var, nə halva, iş tapa bilirlər, apadıqlarını xərcləyib lüt - üryan halda Azərbaycana qayıdırlar.Təşkilat və idarələrin qapılarına düşüb iş axtarırlar.Bu mövzuda firqə üzvləri yerlərdəki firqə komitələri xalqı ev - eşiyindən edən və buna oxşar şaiyələrələ ciddi mübarizə aparıb xalqı başa salmalıdılar ki, bizdə necə işsizliklə mübarizə olunur, necə şəxsi azadlıq möhtərəmdir, kimsənin başqasına zor demək haqqı yoxdur.Bunların əksi Tehranda hökm sürməkdədir.İndi Rza şah kimi xalqın malına və namusuna təcavüz etmək olmaz.Rza şah dövründə bir nəfər polis və ya jandarmın qorxusundan adamlar nəfəs çəkə bilmirdilər. Amma indi bunlar artıq yoxdur, bizim əmniyyətimiz var.Əgər bir nəfərin şəxsiyyəti təhqir olunsa o, məhkəməyə verilir. Gərək insanların şəxsiyyəti möhtəşəm sayılsın.İranın başqa bölgələrində bizdə olan əmniyyət yoxdur.Orada bir tiryəki jandarm və ya polis şərafətli bir adamın heysiyyətinə toxuna bilər. Bizdə əmniyyət var, yaramaz adam çox azdır və onlarla da mübarizə aparılır.Amma Tehranda və İranın başqa şəhərlərində dövlətdə oturanların əsas hədəfi oğurluq, xalqı aldatmaqdan ibarətdir.Bizdə hər şey xalqa işləyir, xalq da ona etiram edir, bizdə pula meyilli adamlar çox azdır.Xalq belələrinə etiram və təqdir ilə yanaşır.O bundan ruhlanır, çalışır daha artıq fədakatlıq etsin.Onların xalqın və firqəmizin yanında etibarı daha da artır.Bu bizim müvəffəqiyyətlərimizdən biridir və çox sağlam bir cərəyandır.
Tehranda və İranın qeyri yerlərində belə deyil.Orada hər kəs özü üçün əlləşir, başlıca hədəf hoqqabazlıq və rüşvət almaqdır.Orada hamı öz şəxsi mənafeyi üstündə çalışır.
Azərbaycanda heç bir qeyri - adi, xoşa gəlməyən vəziyyət yoxdur Bizim iqtisadi vəziyyətimiz getdikcə yaxşılaşır.Biz çalışacağıq çətinlikləri tədricən aradan qaldıraq.Keçən müharibədən sonra mən görmüşdüm ki, yüzlərlə insan acından ölüb aradan gedirdi. Şükürlər olsun ki, indi bu vəziyyət bizdə yoxdut.İndi vəziyyətimiz nisbətən yaxşıdır.Biz aclıq təhlükəsinun qabağını ala bildik, əkin sahələrindən kəndlilərimiz buğdanı yığır, müsadirə olan kəndlərdə də buğdanı alıb və onun pulun kəndliyə veririk ki, o özü üçün qoşqu heyvanı və əkin üçün lazım olan qeyri şeyləri ala bilsin.
Qarşıda duran mühüm məsələlərdən biri də seçki məsələsidir.Firqə üzvləri xalqın etimadını elə qazanmalıdır ki, biz öz vəzifəmizi düzgün həyata keçirək.Seçkilərə çox müntəzəm bir halda hazırlaşmalıyıq.Bunlar qarşımızda duran ümumi işimizdir.
Bir qədər də başqa işlərimizdən danışaq.Hər bölmə firqə təşkilatlarının özünə görə problemləri vardır.Gərək bölmə təşkilatlarının ağsaqqallarını dəvət edib onlardakı ehtiyacları öyrənib aradan qaldıraq, firqə üzvü olmayan adamlarla daha yaxından təmas yaradıb, onları eşidib, günün bütün vacib məsələlərini onlara aydınlaşdırmaq lazımdır.Firqəmizin seçkilərlə bağlı siyasətini onlara başa salmaq və onları seçkilərə hazırlamaq lazımdır.Biz bütün cəhətləri nəzərdə tutmuşuq.Gərək elə adamlar seçək ki, onlar xalq yolunda məqam və puldan keçsinlər.Mən bizim Milli Məclisimizin son iclasında demişdim ki, rəyasət çox əhəmiyyətli məsələdir.Biri rəis ola, xalqı satmaya o həqiqətən yaxşı adamdır.Əgər Azərbaycanda dövlət işçilərinin biri xalqın arzuları əleyhinə çıxıb xalqa buynuz göstərsə, xalqımız onların buynuzlarından tutub yerə vuracaqdır.Bizim azadlığımız bu vasitə ilə hifz olacaq.Bizim seçəcəyimiz nümayəndələrimiz rəyasət müqabilində əqidəsi yolunda ölümə belə hazır adamlar olmalıdır.Bizim nümayəndələrimiz xalq içərisindən çıxan və xalqın etimadını qazanan adamlar olmalıdır.
( "Azərbaycan" ruznaməsi 5 şənbə günü 25 mehr 1325 - ci il, nömrə 37 (326) ikinci dövrə).
Təqdim etdi: Güləddin İsmayılov