Menu

Azərbaycan Demokratik Firqəsi

header photo

Böyük xalq yığıncaqları

Böyük xalq yığıncaqları

Şəhərlərimizdə əyalət və vilayət əncümənləri təşkili və məclis şeçkilərinin başlanması xüsusunda bəhs etmək üçün böyük xalq yığıncaqları dəvət olunmuşdur Bu yığıncaqlara xalqlmızın doğma rəhbəri olan firqə təşkilatı nəzarət edir.Aldığımız məlumata görə, qəsəbə və dehestanlarda da nəzərə çarpmaqdadır.

Bununla Azərbaycan xalqı özünün diri bir millət olduğunu sübut etməkdədir.Tehran hökumətinin cahil və nadan məmurları firqə təşkilatından sonra onun kəndlərdə qol - budağını kəsmək üçün insanlığı təhqir edən vəhşiyanə tədbirlərə əl atdılar.Xoşbəxtanə onların təşəbbüsü firqəmizin xeyrinə tamam olub, kənd camaatını bizə yaxınlaşdırır və bu vasitə ilə firqəmiz daha sərih bir surətdə kəndlərdə kök salmağa davam edir.

Doğrudur, indi yüzlərlə kənd zəhmətkeşləri jandarm zülmündən dağlarda yaşamağa məcbur olmuşlar.Doğrudur əhl - əyalını götürüb firqəmizin qapılarına pənahəndə olan kəndlilərə biz böyük köməklər edə bilməmişik.Lakin kəndli düşünüb anlamış ki, onun fəlakət və bədbəxtliyi müvəqqətidir.Əyalət və vilayət əncüməni vücuda gəlirsə bu kimi cinayətlərə çox tez bir zamanda xatəmə verilə bilər.Ona görə də kəndli də var qüvvəsilə bu işin çox tez bir zamanda başlanmasını tələb edir.

Biz bilirik ki, xalqımızı əsarətdə saxlayan mürtəce qüvvələr var gücü ilı onun bir milli təşkilat ətrafına toplanmasının qarşısını almağa çalışmaqdan sərf nəzər etməyəcəklər.

Lakin firqəmizin götürdüyü düzgün və mətin xətt hərəkəkəti sayəsində onların arzuları ürəklərində qalıb ümidləri yasa mübəddəl olacaqdır .

İndi bütün Azərbaycanda iki cərəyan vücudə gəlmişdir: biri xəlqi üzüb, boğub, mal və məknət kəsb etmək istəyən dövlət məmurları, digəri isə azadlıq, demokrasi üsulunu əməli surətdə diriltməyə çalışan milli qüvvələr, birinci cərəyan zülm və bidadgərliyə dayandığı üçün gündən - günə zəifləşib meydandan çıxır.İkinci isə insanların səadət və xoşbəxtliyini təmin etmək yolunda apardığı qəhrəmananə mübarizə nəticəsində qüdrət və qüvvət kəsb edib, irəli gedir və xalqı özünün ətrafında toplamağa gələcək milli qüdrətin binasını möhkəmləndirir.

Böyük milli hərəkat artıq başlanmış azadlığı təmin etmək yolunda meydana qoyulan şüarların icrası vaxtı gəlib çatmışdır.İndi, artıq töhmət və iftiralara qulaq asan yoxdur, iki ay yarımlıq ciddi fəaliyyət böhtan deyənlərin simasını aşkara çıxarıb firqəmizin götürdüyü yolu doğru bir yol olduğunu isbat etmişdir.

İndi hamı bilir ku, demokrat firqəsi düşmənlərin dediklərinin xilafına olaraq İran istiqlal və tamamiyyətinin nəfinə çalışan bir firqədir.İndi dost və düşmən anlamışdır ki, milli muxtariyyət təcziyə deyildir.Kimsə Azərbaycanı İrandan ayırmaq istəməz.Onu bu, ya başqa biganəyə satan yoxdur.Bu sözlərin hamısı azadlığı boğmaq üçün mürtəcelər tərəfindən meydana atılan xainanə töhmətlərdir.

Azərbaycan xalqı çox sadə və təbii surətdə özünün siyasi, iqtisadi və ictimai işlərini idarə etmək istəyir.Öz qolunun gücü ilə öz millətinin özünə tərəqqi və təkamül yollarını açmağa çalışır.

Bütün Azərbaycanı bürünüş mitinqlər, yığıncaqların hədəfi isə budur.Bu vaxta qədər azadlıq, birlik və demokratlıq barəsində dadlı söz çox danışılıb və şirin vədlər çox verilmişdir.Xalq indi sözə inana bilmir.O, çox xalqlı olaraq əməl istəyir.Bu günə qədər cürbəcür adlar ilə ortsya çıxan firqələr isə xalqa əməl nişan verə bilməmişlər.Firqəmiz isə böyük şüarları əməli etmək istəyir, mitinqlərdən məqsəd budur.

Xalq çox açıq bir surətdə əyalət və vilayət əncümənlərinin təşkilini tələb edir.Qanuni əsasımızın pozulmasına yol verməmək üçün 15 - ci məclis seçkilərinin başlanmasını təğazə edir Bu işə rəhbərlik etməyi firqəmizdən gözləyir. İndi Azərbaycanda davam edən mitinq və nümayişlərin mənası budur. P

("Azərbaycan" ruznaməsi, 4 şənbə 23 aban, 1324 - cü il, nömrə 54 ikinci dövrə)


Təqdim etdi: Güləddin İsmayılov

Go Back

Comment