Menu

Azərbaycan Demokratik Firqəsi

header photo

Azadlıq yolunun mübarizi şəhid Rəhim Səməd oğlu


Azadlıq yolunun mübarizi şəhid Rəhim Səməd oğlu

Ölkənin hər tərəfində olduğu kimi Ərdəbilin Kəhrəlan (Kəlxoran) kəndində kəndlilər ilin yarısından çoxunu küçələrdə, evlərdə, çöldə ağac kölgəsində oturub söhbət etməklə keçirirdilər.Burada da sənaye, texnik, tərəqqi və mədəniyyət ocaqları yox idi.Gerilik, işsizlik və yoxsulluq bu kəndin də başlıca cəhətlərindən idi.Ona görə də kəndlilər öz aralarında söhbət edərkən məxsusən bu məsələlərə toxunardılar.İstər - istəməz bu fəlakətlərin səbəbi də qismən ortaya çıxardı. Torpaqsızlıq, maliyyat və bəhrənin ağırlığı, maliklərin, dövlət məmurlarının ardı - arası kəsilməyən tələbatı kəndlilərin əksəriyyətini narahat edən təhmilat idi.Söhbət bu yerlərə çatanda Rəhim daha ətraflı danışardı.Torpaqsızlıq, bəhrə və maliyatın ağırlığı hamını dilənçi halına salmışdır.

Rəhimin cavan olmasına baxmayaraq, o atası Səmədlə birlikdə elə həmin torpaqsızlığın, işsizliyin, bəhrə və maliyyatın əlindən baş götürüb başqa şəhərlərə getmiş, kargər mühitində olmaq onun düşüncələrinə təsir etmişdir.

Məlum olduğu kimi Rza şah polisi ölkədə hökm sürən geriliyin səbəbini izah edənləri, hüquqsuzluğa qarşı çıxanları şiddətli surətdə təqib edirdi.Ona görə də bu diktatorluq yıxıldıqdan sonra ölkədə azadlıq və demokratiya uğrunda mübarizə yenidən canlanmağa başladı.Məhz bu dövrdə Rəhimin də əlinə imkan düşdü.Bu zaman o, kəndlilərlə söhbət edərkən birləşmək və zülmə qarşı birgə mübarizə etmək lüzumundan danışar və bu işin nə qədər zəruri olduğunu kəndlilərə başa salmağa çalışardı.

1324 - ci ildə (1943) Azərbaycan Demokrat Firqəsi yarandıqda Rəhim Səməd oğlu da onun sıralarına keçir və Ərdəbil şəhərindəki hövzələrin birinə sədr seçilir. Firqənin Mərkəzi Komitəsinin çağırışı ilə zəhmətkeşlər silah götürdükdə, o da böyük şövq ilə fədai dəstələrinə daxil olur və Ərdəbil vilayətinin azad edilməsi uğrunda rəşadətlə vuruşur.21 Azər nəhzətinin (hərəkatının) qələbəsindən sonra Azərbaycan Milli Hökuməti dövründə Rəhim Səməd oğlu öz fəaliyyətini nəzmiyyə idarəsində davam etdirir. 21 Azər nəhzətinin qələbə çalmasında onun nailiyyətlərinin qorunmasında fəal iştirak etdiyinə görə Rəhim Səməd oğlu Milli Hökumətin təklifi əsasında Milli Məclis tərəfindən "21 Azər" medalı ilə təltif olunur.

Şah orduları Azərbaycana xaincəsinə basqın etdikləri günlərdə Rəhim Səməd oğlu da yüzlərlə fədai və firqəçi kimi vətən və xalq səadəti uğrunda şəhid olur.Dövlət orqanları tərəfindən silahlandırılmış qaraguruhçular onun qollarını bağlayaraq küçədə daşqalaq edib öldürdülər.

Rəhim Səməd oğlunun xatirəsi cəlladlara, qaraguruhçulara, xalqımızın bütün düşmənlərinə qarşı nifrət və qəzəblə yad ediləcəkdir.

Təqdim etdi: Güləddin İsmayılov

Go Back

Comment