Menu

Azərbaycan Demokratik Firqəsi

header photo

AZƏRBAYCAN DEMOKRAT FİRQƏSİNİN 12 ŞƏHRİVƏR MÜRACİƏTNAMƏSİ

AZƏRBAYCAN DEMOKRAT FİRQƏSİNİN 12

ŞƏHRİVƏR MÜRACİƏTNAMƏSİ

78 il bundan öncə sistematik faşizmə qarşı Azərbaycan türkləri bir araya gələrək cənubluların sözünü dövlətçilik səviyyəsinə daşıyıb və onun əsaslarını yazmışdır.

Bu gün azərbaycanlılar qısa zamanda Pəhləvi rejiminin 20 il boyunca görə bilmədiyi işləri bir il müddətində həyata keçirmişdir. Həmin işlərdən bir neçəsinin adını çəkmək olar:

1. Ana dilimiz mədrəsələrdə rəzmiləşdirildi. Dərsliklər hazırlanaraq pulsuz paylanıldı.

2. İlk dəfə olaraq qadınlara seçkilərdə iştirak etmək haqqı verildi.

3. Əkin əraziləri xanlardan alınıb işçilər arasında bərabər bölündü.

4. Təbrizdə ilk dəfə universitet açıldı.

5. İlk dəfə olaraq Təbriz xiyabanları asfaltlandı.

6. Pəhləvi zamanında 20 çarpayıya sahib olan Azərbaycanda 20 yeni xəstəxana tikildi ki, onlarda 800 çarpayı quruldu.

7. Elmi tədqiqat işləri üçün Təbrizin Sofiyan tərəfində yer ayrılıb tikinti işləri başlandı.

12 şəhrivərdə azərbaycanlılar bir araya gələrək, həm də tarixdə səbt etdiyi dövlətçilik ənənəsinə sahib olduğunu, demokratik şivə ilə yürüdə biləcəyini də ortaya qoyub, öz demokrat imzasını atdı.

 

AZƏRBAYCAN DEMOKRAT FİRQƏSİNİN 12

ŞƏHRİVƏR MÜRACİƏTNAMƏSİ

Bu müraciətnaməni diqqətlə oxuduqda aşkar surətdə görürük ki, firqə işə başladığı vaxt vəziyyəti ciddi bir surətdə mütaliə etmiş və öz şüarlarını onun üzərinə qərar vermişdir. Bugünkü müvəffəqiyyətlərimizin əldə edilməsində həmin müraciətnamənin böyük təsiri olmuşdur. Keçən 3 sentyabrda qəbul etdiyimiz bu hədəfə tamamilə yetişməyimizi isbat üçün müraciətnamənin 12 maddədən ibarət olan şüarını burada təkrar edirik.

 

BİZİM ŞÜARIMIZ BUNLARDIR:

1. İranın istiqlal və təmamiyyətini saxlamaqla bərabər Azərbaycan xalqına daxili azadlıq və mədəni muxtariyyət verilməlidir ki, edə bilsin özünün fərhəngi yolunda Azərbaycanın abadlaşması və tərəqqisi üçün ümumi məmkətin adilanə qanunlarını gözləməklə bərabər öz taleyini təyin etsin.

2. Bu mənzuru həyata keçirmək üçün çox tezliklə əyalət və vilayət əncümənlərini intixab edib işə başlamalıfır. Bu əncümənlər fərhəng - Behdaş, iqtisad sahəsində fəaliyyət göstərməklə bərabər " Ana yasası" movcibincə tamam dövlət işçilərinin əməliyyatını təftiş edib onların məğyir və məbdilində izhari - nəzər edəcəkdir.

3. Azərbaycanın ibtidai məktəblərində üç sinfə qəfər dərslər fəqət Azərbaycan dilində aparılmalıdır və üç sinifdən yuxarı dövlət dili olmaq üzrə fars dili də Azərbaycan dili ilə yanaşı tədris edilməlidir. Azərbaycanda milli darülfünun təşkili demokrat firqəsinin əsas vəzifələrindən biridir.

4. Azərbaycan Demokrat Firqəsi sənaye və fabriklərin genişlənməsinə ciddi çalışacaq və səy edəcək ki, mövcud fabriklər təkmilləşməklə bərabər işsizliyi aradan qaldırmaq üçün əl və maşın sənayesini genişləndirmək üçün şərait yaradıb yeni fabriklər vücuda gətirsin.

5. Ticarətin genişlənməsini Azərbaycan Demokrat Firqəsi çox lazımlı və ciddi məsələlərdən hesab edir. Bu günə qədər ticarət yollarının bağlı qalması çoxlu kəndlilərin, xüsusilə bağdarların və xırda maliklərin sərvətlərinin əllərindən çıxmasına və onların dilənçi hala düşməsinə səbəb olmuşdur. Bunun qarşısını almaq məqsədilə Demokrat firqəsi bazar tapmaq və Azərbaycan əmtəələrinin xaricə çıxarılması üçün tranzit yolları axtarmaq məqsədilə ciddi iqdam etməyi və bu yol ilə ümumi sərvətin nöqsanının qarşısını almağa nəzərdə tutmuşdur.

6. Demokrat Firqəsinin əsas məsələıərindən biri də Azərbaycan şəhərlərinin abadlaşmasıdır. Bu məqsədə çatmaq üçün çox tezliklə şəhər əncümənlərinin qanunu qəbul olunub şəhər əhalisinin müstəqil bir surətdə şəhərin abadlığına çalışıb onları müasir hala salmağa imkan versin. Xüsusən Təbriz şəhərinin su ilə təmin edilməsi Azərbaycan Demokrat Firqəsinin çox ciddi vəzifələrindən biridir.

7. Azərbaycan Demokrat Firqəsinin müəssisləri gözəl bilirlər ki, məmləkətin sərvət və istehsaledici iqtisadi qüvvəsi kəndlilərin qüdtətli qoludur. Ona görə də bu firqə kəndlilər arasında vücuda gələn bu hərəkatı nəzərə almaya bilməz. Firqə səy edəcək ki, kəndlilər öz ehtiyaclarını təmin etmək üçün əsaslı addımlar atsınlar. Xüsusilə kəndli ilə mülkədar müəyyən bir qanun təyin etmək və bəzi mülkədarlar tərəfindən həyata keçirilən qeyri - qanuni vergilərin qarşısını almaq Demokrat Firqəsinin əsas vəzifəsidir. Firqə səy edəcək bu məsələ ilə bir surətdə həll edilsin ki, həm kəndlilər razı qalsın və həm də mülkədarlar özlərinin gələcəyindən şübhəli qalmayaraq rəğbətlə kəndlilərinin və öz məmləkətlərinin abadlığına çalışsınlar. Dövlət torpaqları və Azərbaycanı tərk edib qaça və Azərbaycan xalqının zəhmətlərinin Tehranda və s. şəhərdə sərf edən ərbabların yerləri əgər tezliklə Azətbaycana qayıtmasalar Demokrat Firqəsinin əqidəsinə görə qeyd - şərtsiz olaraq onların torpaqları kəndlilərin ixtiyarına verilməlidir. Biz özlərinin eyş - işrətindən ötrü Azərbaycanın sərvətini xaricə aparanları azərbaycanlı hesab etmirik, əgər onlar Azərbaycana qayıtmaqdan imtina etsələr, onlar üçün Azərbaycanda heç bir haqqa qail deyilik. Bundan əlavə firqə çalışacaq ki, çox sadə bir surətdə Azərbaycan kəndlilərinin əksəriyyətini torpaq və əkin əlamətləri cəhətindən təmin etsin.

8. Demokrat Firqəsinin mühüm vəzifələrindən biri də işsizliklə mübarizə etməkdir. İndidən bu bəla çox ciddi bir surətdə özünü göstərir. Gələcəkdə bu işsizliyin artmasına çalışan mərkəzi dövlət və onun məmurları tərəfindən bu haqda heç bir iş görülməmişdir. Əgər bu cür davam edərsə, Azərbaycan xalqının əksəriyyəti çətin vəziyyətə düşə bilər. Firqə çalışacaq bu işsizliyin qarşısını almaq üçün ciddi tədbirlər görsün. Hələlik fabriklərin yaranması, ticarətin genişlənməsi, əkinçi təşkilatlarının yaranması dəmir və şosse yolları çəkilməsi kimi tədbirlər görülməsi lazımdır.

9. Seçki qanununda Azərbaycan haqqında böyük zülm edilmişdir. Dəqiq məlumata görə bu ölkədə 4 milyondan yuxarı azərbaycanlı yaşamaqdadır. Bu qeyri - qanuni qayda ilə əlaqədar Azərbaycana şura məclisində 20 nümayəndə yeri verilmişdir. Bu qətiyyən düzgün bölgü deyildir.Azərbaycan Demokrat Firqəsi çalışacaq ki, Azərbaycan əhalisinə nisbət onun nümayəndələrinin də bu seçilməyə haqqı olsun.Bu təqribən məclis nümayəndələrinin üçdə birini təşkil edə bilər. Azərbaycan Demokrat Firqəsi məclisə seçkilərin azad keçirilməsinin tərəfdarıdır. O, dövlət işçilərinin daxili və xarici və həmçinin pulluların qorxutmaq və aldatmaq yolu ilə seçki işinə qarışılmasının əleyhinədir.Seçkilər gərək bütün İranda bir vaxtda başlanlb çox mütəşəkkil bir surətdə qurtarsın.

10. Azərbaycan Demokrat Firqəsi talançı, rüşvətxor və başqa bu kimi adamların dövlət idarələrinə soxulmalarına qarşı mübarizə aparacaq və dövlət məmurları arasında saleh və mütərəqqi adamlara daha artıq fikir verəcəkdir. Xüsusilə firqə çalışacaq onların maaşları və yaşayış şəraitləri elə qurulsun ki, onlar üçün oğurluq və xəyanət etməyə bəhanə qalmasın. Onlar özləri üçün abırlı həyat qura bilsinlər.

11. Demokrat Firqəsi çalışacaq ki, Azərbaycandan alınan vergilərin yarısından çoxu Azərbaycanın öz ixtiyarında qalsın və qeyri - müstəqim vergilər ciddi surətdə azalsın.

12.Azərbaycan Demokrat Firqəsi bütün demokratik ölkələr, xüsusilə müttəfiqlərlə dostluq saxlamaq tərəfdarıdır. Bu dostluğu davam etdirmək üçün çalışacaq mərkəzdə və şəhərlərdə İran ilə müttəfiq dövlətlər arasındakı dostluğu pozmaq istəyən xain ünsürlərin əllərini ictimai, siyasi və dövlət işlərindən kənar etsin. Budur, Demokrat Firqəsini yaradanların əsl məqsədləri.

Biz ümidvarıq ki, bir vətənpərəst azərbaycanlı istər Azərbaycanın daxilində və ya Azərbaycandan xaricdə bu müqəddəs məqsədə çatmaq üçün bizimlə həmrəy olacaqdır. Təbiidir ki, insan əvvəl əgər öz işini islah etməsə məhəllə - şəhər və ya məmləkət üçün işləyə bilməz. Biz əvvəl öz evimiz olan Azərbaycandan başlayırıq və inanırıq ki, Azərbaycanın inkişafı İranın da inkişafına səbəb olacaqdır. Vətənimiz bu vasitə ilə quldurların və mürtəcelərin əlindən nicat tapacaqdır.

Yaşasın demokratik Azərbaycan! Yaşasın müstəqil və azad İran!

Yaşasın İran və Azərbaycan azadlığının həqiqi məşəldarı olan Azərbaycan Demokratik Firqəsi!

 

Təqdim etdi: Güləddin İsmayılov

Go Back

Comment