Menu

Azərbaycan Demokratik Firqəsi

header photo

Adı tarixin və ədəbiyyatın qızıl səhifəsinə həkk olunmuş Firudin İbrahimi

Adı tarixin və ədəbiyyatın qızıl səhifəsinə

həkk olunmuş Firudin  İbrahimi

Dr.Pərvanə Məmmədli

 

Mirzə İbrahimovun “Gələcək gün” romanının qəhrəmanı Firudin İbrahimi, Güney Azərbaycan Milli Hökümətinin qurucularından biri və baş prokuroru olub. Çox az ömür sürüb. Firidun İbrahiminin 1947-cı ildə mənfur şah rejimi tərəfindən 28 yaşında edam olunub – dar ağacından asılıb.

Mirzə İbrahimovdan sonra Həbib Sahir, Fəthi Xoşginabi, Balaş Azəroğlu, Mədinə Gülgün, Söhrab Tahir, Xəlil Rza Arif Səfa, Tariyel Ümid əsərlərində onun poetik obrazını yaradıblar.                                                           

Dolaşarkən şimal  yeli,

Yurdun  qızıl  bayrağında,

Ellər ilə  od  yandırdın.

Babəkilər  ocağında.

Lakin  əfsus,  son ışıq  tək,

Söndün  həyat çırağında.

Bu misralar tanınmış Güney Azərbaycan  şairi Həbib Sahirindir. “Namurad Firudin İbrahimiyə” adlı bu şeirin altı sətrinin hər misrasında bir tarix yatır, vətənsevər və şərəfli bir mübarizin həyat yolları işıqlandırılır. O Firudin İbrahiminin ki, Cənubi Azərbaycanda milli demokratik hərəkatın rəhbərlərindən biri olmuşdu. 1945-ci il dekabrın 12-də Seyid Cəfər Pişəvəri Nazirlər Kabinetini formalaşdıranda Firidun İbrahimini Azərbaycan Milli Hökumətinə baş prokuror təyin etmişdi.

İranda qədim tariximizə aid ana dilimizdə ilk əsəri yazmaq Firidin İbrahiminin boynuna  düşür. F. İbrahimi hələ çox  gənc  yaşlarından  mütaliyə etməyi  çox  sevirdi.Özəlliklə  də  xalqının  keçmiş tarixi, mədəniyyəti ilə  bağlı məsələlələrlə  bağlı çox  maraqlanardı.Elə  bu  həvəs,maraq onu  sonralar  bir  jurnalist  və tarixçi  kimi yetişməsinə  zəmin  yaratdı. Tehran Unversitetinin hüquq fakültəsini bitirən Firidun İbrahiminin gözəl  qələmi  və  jurnalistlik  təcrübəsi də vardı. Hələ tələbəlik illərində yazdığı məqalələrini “Rəhbər”, “Mərdom”, “Ettelaat”, “Ajir”, “Zəfər”, “Siyasət”, “Azərbaycan” qəzetlərində çap etdirirdi. Hətta Təbrizdə İran Xalq Partiyasının orqanı “Xavəre Nov” qəzetinə redaktorluq da etmişdi.

Azərbaycan tarixi kitabının yazılmasında fəal iştirak edən F.İbrahimi Zеynalabidin Qiyamiylə birlikdə mövzuya aid materiallar toplayırdı.Çox  təqdirəlayiqdir  ki,F.İbrahimi  həmişə marağında olduğu  və  böyük məsuliyyətlə yanaşdığı  işi - “Azərbaycan tarixi” kitabını yazıb  ərsəyə  gətirdi.

O illərdə həm  də Təbrizin tarixi və coğrafiyası haqqında 100 il əvvəl Nadir Mirzənin fars dilində yazmış olduğu məşhur əsəri və  bu  kimi  tarixi əhəmiyyətli kitablar da tərcüməyə cəlb  olunmuşdu.

F.İbrahiminin bu kitabına gəldikdə isə bizlər öncə onun şərəfli adını, soyadını daşıyan, prokrorluq orqanlarında 37 il qüsursuz işləyib təqaüdə çıxmış, Azərbaycan Respublikasının prokurorluq orqanlarının fəxri əməkdaşı adına layiq görülmüş Firidun Ənuşirəvan oğlu İbrahimiyə minnətdarıq. O, 70 il arxivlərdə yatan, 1946-cı ildə Təbrizdə buraxılan kitaba bir növ əsirlikdən qurtarıb Azərbaycan oxucusuna təqdimatının təşəbbüskarı olub.

 F.İbrahimi Milli hökuməti çökdürmək istəyən terrorçu qruplaşmalara qarşı mübarizə aparan sonralar Həbib Sahirin in ona  həsr  etdiyi şeirində yazdığı  kimi Babəkilər  ocağında, ellər ilə  od  yandırıbr.. “Babək” adlı könüllü dəstələrin təşkilatçısı olur.

Artıq  uzun  illərdir Babəkin anadan  olduğu tarixdə - iyulun ayının ilk günləri Güney Azərbaycan Milli Hərəkatı Kəleybər yaxınlığında yerləşən Bəzz qalasına yürüş həyata keçirir.

Milli fəallar Azərbaycanın xalq qəhrəmanı Babək Xürrəminin və onun ərəb işğalçıları ilə mübarizə aparan qəhrəman silahdaşlarını yad edir, milli kültürəl tədbir keçirirlər. Firidun İbrahiminin  təşkilatçılığı  ilə əsası  qoyulan “Babək” adlı könüllü dəstələrinin bu  günki  davamçıları Bəzz qalasına yürüş aksiyası  keçirirlər.Bu  hərəkat Azərbaycanın görkəmli ziyalıları professorlar Məhəmmədtağı Zehtabi və Həsən Dəmirci nin təşəbbüsü ilə, ötən əsrin 90-cı illərində başlanıb. 2000-ci illərdə Bəzz qalası yürüşləri daha izdihamlı keçirilirdi.

Bəzz qalasına yürüş aksiyası bu gün də aktualdır. Hər il milli fəallar qalaya toplaşır, milli şüarlar səsləndirir, Azərbaycan xalq mahnılarına qulaq asırlar.

Firidun İbrahimininin fəaliyyəti İranla məhdudlaşmır. 1946-cı ildə Parisdə keçirilən Sülh Konfransında iştirak edir.

 

ADF yaradıldıqdan iki gün sonra Təbrizdə ana dilində "Azərbaycan" qəzeti nəşrə başlamışdı. Qəzetin yubanmadan nəşri məsələsini S.C.Pişəvəri ortalığa gətirmiş və az müddətdə qəzet öz ətrafına Həmzə Fəti Xoşginabi, İsmayıl Şəms, Firidun İbrahimi, Məhəmməd Biriya, Əli Fitrət, Yəhya Şeyda, Balaş Azər oğlu və s. gənc jurnalistləri, yazıçı və şairləri toplaya bilmişdi. 1946-cı ilin dekabrında xarici güclərin yardımı ilə şah rejiminin əskəri birlikləri Azərbaycanın üzərinə yürüş edir. Azərbaycan Milli Hökumətinin rəhbərlərivə Azərbaycan Demokrat Firqəsinin  fəallarının bir qismini Sovet hökuməti Sovet Azərbaycanına keçəndə F.  İbrahimi Təbrizdə  qalmağı  seçir. Firidun İbrahimi bir həftədən  çox Milli  Hökümətin  dövlət  binasını silahdaşları  ilə  bir  yerdə  olub onu  qorumağa  çalışırlar. Təbriz qan içində boğulanda Firidun İbrahimini və məsləkdaşlarının bir çoxu həbs edirlər. Uzun sürən işgəncəli istintaqdan sonra 1947-ci il mayın 22-sinde Firidun İbrahimi, özü kimi başqa mərd vətən oğulları ilə bərabər Təbriz şəhərinin "Gülüstan" bağı"nda edam edilir.

 Həbib Sahirin yazdığı kimi Güney  Azərbaycanda, Təbrizdə “Babəkilər ocağında, məktəblərdə ana dilin oxutduran  ustad olmasa da” onun özündən sonra izi, qəhrəmanlıq xatirəsi qaldı:

Nə ellərin  məktəbində

Kitabını  açan  oldu,

Nə  yazdığın qızıl  yazı

Rəvac  tapıb  dastan oldu.

Lakin sanma bu  əsrdə

Hər  şey bitib nisyan  oldu

    Firidun İbrahim edam edilsə də, onu  sevən xalqın qəlbində yaşadı və ədəbi qəhramana çevrilib. Mirzə İbrahimov “Gələcək gün”, Xəlil  Rza "Hara gedir bu dünya?..." Həbib Sahir” Namurad Firudin İbrahimiyə”, Mədinə Gülgün “Firidun”, Fəthi Xoşginabi, Balaş Azəroğlu və başqaları  əsərlərində onun obrazını yaradıb.

  M.İbrahimovun yaradıcılığında mühüm mərhələ təşkil edən "Gələcək gün” romanında Cənubi Azərbaycanda baş verən azadlıq hərəkatı bədii boyalarla göstərilir. Güney Azərbaycanı yaxından tanıması, xalqın həyatına dərindən bələdliyi M.İbrahimova bu həyatı təsvir etmək imkanı yaradıb. Bu ona xalqın milli azadlıq hərəkatının baş qəhrəmanlarından biri kimi təsvir etdiyi obrazların prototipini canlı həyatdan götürmək şansını da verib. Romanda ikinci dünya müharibəsindən əvvəl və müharibə illərində İranda, Güney Azərbaycanda baş verən ictimai-siyasi proseslərdən, Pişəvəri hərəkatından, sovet ordusunun 41-ci ildə İrana girməsindən bəhs edilir.

    Baş qəhrəman Firudinin prototipi 40-cı illərdə Güney Azərbaycanda milli demokratik hərəkatın rəhbərlərindən biri alovlu vətənpərvər, prokuror  Firudin İbrahimidir. Əsərdə belə  bir  epizod  var; Firudin  hakim rejimin məmuru Hikmət İsfahani ilə mübahisəsindən sonra həbs olunur. Sonra isə həbsdən qaçaraq Tehrana gəlir və “istibdad rejimi” əleyhinə mübarizə aparmaq üçün təşkilatlanmaqda olan bir qrupa qoşulur. Və hadisələrin mübarizə və faciə dolu axarı bundan sonra başlayır. "Gələcək gün” romanı güclü bədii ümumiləşdirmələrinə, real həyatda baş verən hadisələrlə birbaşa səsləşdiyinə görə, bu mövzuda yazılmış digər əsərlərdən fərqlənir. Romanda xalqın azadlığı uğrunda mübarizə aparan Firudin İbrahimin və onun ailəsinin faciəsi inandırıcı bədii lövhələrlə təsvir olunur.

  Başqa bir müəllifin xalq şairi Xəlil Rzanın Cənubi Azərbaycanın dərdlərindən xəbər verən "Hara gedir bu dünya" poemasında  Firudin İbrahiminin qəhrəman obrazı ilə rastlaşırıq. Tarixlər boyu "Hara gedir bu dünya?..." problemi bir çox xalqların sənətkarlarını düşündürdüyü kimi X.Rzanı da narahat etmişdir. Bu əsər Azərbaycanı ikiyə bölən, onun Şimalını bir, Cənubunu başqa imperiyanın caynağına verən, Azərbaycan xalqını əslindən, kökündən, tarixindən, qədim ənənələrindən, mənəviyyatından ayırmaq üçün bütün vasitələrə əl atan qüvvələrə qarşı çevrilmişdir.

 Əsərin "Qalx ayağa Vətənim!" bölməsində böyük məslək və əqidə sahibi, Cənubi Azərbaycanın ilk demokratik hökumət qurumunun baş prokuroru, məhbus Firudin İbrahiminin tərtəmiz kostyum geyib, qalstuk bağlayıb edam olunacağı vaxtı gözləməsindən söz açılır. Ölüm qabağı Firudinin:

- Mənim eşqim, məsləkim günəş qədər təmizkən,

De, nə üçün ölümə miskin getməliyəm mən?

- deməsi onun əqidəsinin paklığını göstərir.

Əsərin sonunda müəllif Firudin İbrahiminin nəfəsindən, canından, iliyindən, qanından çıxmayan "dosta dayaq, düşmənə, yada qənim" olan:

Qalx ayağa, Vətənim!"

Qalx ayağa, Vətənim!"

-sözlərini bir daha xatırladır.

Firudin  İbrahimi özündən sonra gələcək  nəsillərə bir qəhrəmanlıqla dolu bir iz,xatirə qoya bildi və yaddaşlara həkk olundu.

  Yazılma  tarixi  2017

Go Back

Comment