Menu

Azərbaycan Demokratik Firqəsi

header photo

SƏTTARXAN BAYRAQLI TƏBRİZ ŞƏHƏR KOMİTƏSİNİN 7- BÖLMƏSİNDƏ NİTQ

SƏTTARXAN BAYRAQLI TƏBRİZ ŞƏHƏR KOMİTƏSİNİN 7- BÖLMƏSİNDƏ NİTQ

Firqəmiz öz siyasi həyatında yeni bir dövrəyə ayaq qoyur.Firqənin tarixində geniş bir dəyişiklik əmələ gəlməkdədir.Bundan sonra daha artıq fədakarlıq və ciddilik lazımdır.Dünənə qədər silah ilə hüququmuzu və məramımızı qorumağa çalışdıq, bundan sonra da təbliğatımızı genişləndirib, təşkilatımızı daha artıq möhkəmləndirməklə, böyük müvəffəqiyyətlərə nail ola biləcəyik.Firqəmiz bu 9 ayda öz işində çox böyük uğurlar əldə edibsə, bundan sonra yolumuza mətanətlə davam edib, aldıqlarımızı qətiyyətlə əldə saxlamalıyıq Bu da firqə üzvlərindən çox fəaliyyət və az gözə girmək tələb edir.

Məclisin bugünkü 3 - cü ümumi iclası Tehran ilə aramızda olan məsələyə həsr edilmişdi.9 saat müzakirədən sonra Tehranla bağlaşmamız təsdiq olundu.Tehrandakı müzakirələrdə Qəvamüssəltənənin Azərbaycan haqqında 7 maddəlik elamiyyəsi, bizim 32 maddəlik təklifimiz və torpaq bölgüsü məsələsi müzakurə edilmişdi.Torpaq və yer əkəndə, gərək kəndlinin haqqı özünə verilsin.O dövlətin maddi və mənəvi yardımı ilə mütərəqqi və müasir üsulla torpağı işlətsin və bu yol ilə İran tərəqqi edib nicat tapsın.Bir məsələ də qoşun məsələsidir.Xalq azadlığı üçün yaradılmış qoşun İran azadlığını hifz etmək üçün pak və vicdanlı zabitlərlə birgə olunmalıdır.Bu qoşun İran azadlığını pozmağa xidmət edə bilənməz.Keçə 1324 - cü ilin şəhrivər ayında balaca bir otaqda biz bu firqəni təhvil verdikdə, bir neçə nəfərdən ibarət idik.Yavaş - yavaş qırx nəfər və sonra daha da çoxaldıq.O zaman 12 maddəlik bəyanatımızda xalisə yerlərin bölünməsi, məktəblərdə ana dilində tədris və Azətbaycanın gəlirinin aidiyyatın 75% - nin Azərbaycana sərf olunması bəyanatımızın başlıca maddələrindən idi.9 ay mübarizə nəticəsində istədiklərimizi əldə etməyə müvəffəq olduq Bundsn sonra bütün məktəblərimizə də, ibtidai, orta, ali və xüsusi darülfünunumuzda dərslır ana dilimizdə aparılacaq.

Torpaq islagatı məsələsi bütün İrana şamil ediləcək tərzdə həll olundu.Bu gün Tehranda məclisdə idim.Məclisin fraksionlarından biridində bir nümayəndə təklif etdi ki, yer kəndlilərə pulsuz verilsin.Bu məsələ ilə məclisdə böyük bir hay - küy qalxdı, az qaldı o fraksiya dağılsın.Bu sözü təklif edən nümayəndə öz sözünü geri almağa məcbur oldu.

Amma indi İran dövləti özü xalisə yerlərini Azərbaycan ilə həmrəng olması üçün İran kəndliləri arasında bölməyə məcbur olmuşdur.

Seçki mövzusunda da söhbət oldu.İran qadınları da Azırbaycan qadınları kimi bütün ictimai və siyasi hüquqa malik olaraq bundan sonra onlar kişilərlə bərabər olacaqlar.Əyalət və vilayət əncümənləri haqda da xüsusi bəhs olundu.Biz bunun digər iranlı qardaşlarımız üçün də verilməsi tələbini irəli sürdük.

15 - ci məclis açıldığı zaman dövlət ləngitmədən "Darülşüərayə", əyalət, vilayət və bələdiyyə əncemənlərinə seçkilər haqda qanununu məclisə təqdim edəcəyini öhdəsinə götürmüşdü.

Azərbaycan xalqının, firqəmizin və rəşadətli fədailərimizin təkcə Azərbaycana deyil, bəlkə bütün İrana etdiyi tarixi xidmətləri illər ilə, yüz illər ilə yad edəcək(gurultulu və sürəkli alqışlar).

Məşrutə minlərcə cavanlarımızın qızıl qanları bahasına əldə oldusa, o məşrutədən İran millətinin gözlədiyi səmərələrdən istifadə edilmədi və yaxud istifadəyə imkan verilmədi.Vaxtilə bizim qanımızın sel kimi axması ilə təşkil edilən " Darülşura" İran millətinin ümid ocağı və ədalət evi olması əvəzinə, o kürsülərini məşrutəyə zidd olanlara, qırx il millətin canını alıb, qanını soran xalq cəlladlarının ixtiyarına verdi.

Biz indi məşrutədə ala bilmədiklərimizi almışıq.Biz bunu azadlıq yolunda, arvadalı - kişili, kiçikli - böyüklü son nəfərimizə qədər ölməyə, qurban getməyə hazır olduğumuz üçün ala bilmişik.Bu yolda 200 nəfərə qədər şəhid vermişik.Bunları biz çox qurban vermədən, böyük sərvət xərcləmədən və başlıcası qardaş qanı tökülmədən, İran millətinin arzularını yerinə yetirmək idi ki, ona da müvəffəq olduq.Bunların hamısı şanlı firqəmizin uzaqgörənliklə, düzgün apardığı siyasətin nəticəsidir (gurultulu və şiddətlu alqışlar," Ura!" sədalatı).

İndi icazə verin dövlətin 7 maddəlik bəyanatını və ona edilən 15 maddəlik əlavəni nəzərinizə çatdırım:

Razılığa görə, məclisdə vəkillərimizin sayı əlli nəfərə yaxın artacaq.Dövlət öhdəsinə götürüb ki, məclis açıldıqda demokratik seçki qanunu gecikdirilmədən məclisə təqdim ediləcək.

Əncümənlərə seçki qanunu İranın hər yerində bizdə olan indiki şəkildə, yəni demokratik üsulda, geniş səlahiyyətli olacaq.Bundan çox razı və məmnunuq.

Bizim Hərbi və Xarici İşlər Nazirimiz zatən yox idi, əvəzində xalq qoşunları naziri var idi.Çünki biz İrandan ayrılmamışdıq, halbuki, bu məsələ xalqı həmişə əsarət altında saxlayıb, qanını zəli kimi əmmək istəyən cəllad mürtəcelərin bizə bağladıqları iftira və böhtanlardan başqa bir şey deyildi.

Gömrüklərin gəliri dövlətindir.Amma Azərbaycan gömrüklərdən gələn gəlirin yüzdə 25 - i Azərbaycan darülfünununa veriləcək.Bu da ayda 100 mindən 120 min tümənə qədər təxmin olunmaqdadır.Özümüz də ildə milyon yarım ayıracağıq ki, bu da darülfünunumuzun diplomlarının Tehran darülfünun diplomları ilə rəsmən bir olacağı deməkdir.

Gömrüklərin gəlirinin yüzdə beşi tərbiyə ocaqlarına, yüzdə beşi də şəhər əhalisinin gəzintisinə və səyahət yeri olan Şah Ğölünün abadlığı üçün sərf ediləcəkdir ki, bu da qırx min tümən hüdudunda olacaqdlr.Bu xərclərdən əlavə özümüz də Azərbaycan şəhərlərindəki tərbiyə ocaqlarının və şəhərlərin abadlığına böyük pullar sərf etmişik və edəcəyik.Bizim tərbiyə ocaqlarımız tam mənada Avropa tərbiyə ocaqlarına çatmalıdır.

Şəhərlərimiz gərək çox tezliklə abadlaşdırılsın.İrticaçı rejimin mirası olan o köhnə xarabazarlıqlardan olan bir nişanə belə qalmayacaqdır.Şah Ğölünü Avropadakı mənzərələr tərzində abadlaşdıracağıq.Elə edəcəyik ki, ayrı məmləkətlərdən ora istirahətə gələnlər olsun.Orada hər cür istirahət və məşğuliyyət ocaqları inşa edəcəklər Azərbaycandakı tərbiyə ocaqlarına hələlik bir milyon yarım büdcə müəyyən oluşunmuşdur.

Bindan sonra fədailərimiz, o əziz kəndli balalarımız öz obalatərını, yurd - yuvalarını nigəhban adı ilə özləri qoruyacaq Azərbaycan və bütün İran kəndliləri bundan sonra irtica quyruğu olan mənhus jandarm adını bir daha eşitməyəcək və onun şum üzünü bir daha görməyəcəkdir.

Xəmsə məsələsində demək istəyirəm ki,Xəmsə də Azərbaycanımlzın ayrılmaz bir hissəsidir. Xəmsəlilər də azərbaycanlılardan başqa ayrı bir xalq deyil.Zəncan da həmçinin.Qanımız, canımız birdir.Bundan sonra xalq düşmənləri Zülfüqarilər, Yəminilər, Səkahdarilər kimi qəddar zalımlar Zəncan torpağına ayaq basa bilməyəcəklər.Firqəmiz bütün qüvvəsini Zəncanda saxlamağa çalışacaq və məclisdə də onların hüquqlarının qorunacağından zəncanlı qardaşlarımız heç bir xüsusda nigaran olmasınlar.Hər cəhətdən onlar buna əmin ola bilərlər.İdarə rəisləri, əyalət əncüməni heyəti rəusəsindən bir şurayi əyalət şurası təşkil tapacaq, onlar öz işlərinə yetişəcəklər.

Bu gün İranın hər yerində, hətta Tehranda və Tehran mətbuatında da azadlıq və demokratiya cərəyanları görünməkdədir.Buna görə İranın fəlakətdən nicat tapacağına ümid olunur.

Maarifimiz demokratik proqramı üzrə inkişaf etməlidir.Azərbaycandakı kürd,assuri kimi əqqəlliyyətdə olan qardaşlarımız da azadlıq hüququndsn bizim kimi faydalanacaqlar. Onlar da öz milli və ictimai işlərində azad yaşayıb, məktəblərində öz ana dillərində təhdil alacaq, mətbuatları, teatrları öz dillərində olacaqdır.

Bələdiyyə əncümınləri indi bizim seçdiyimiz kimi qalacaq Dövlət bizim demokratik üsulla seçdiyimiz bələdiyyə seçki qanununu məclisə təqdim edəcək. İran vilayət və şəhərlərin əhalisi o zaman Azərbaycanı , demokratik bələdiyyə nümunəsi ilə İrana nə qədər böyük xidmət göstərdiyini biləcək.

Biz gərək Məclise - Şuraya elə adamlar göndərək ki, onlar qəhrəman fədailərimizin, xalq qoşunlarımızın və fədakar firqəmizin çəkdikləri zəhmətləri, məşəqqətləri, verilmiş qurbanları və tökülən qanları yaddan çıxarmasınlar.

Vəkillər Azərbaycan demokrat firqəsindən olmalıdır Bizim nümayəndələrimuz gərək xalqımızı inandıran, onu sevən, onu müdafiə edən bv onun yolunda can verməyə hazır adamlar olsunlar.

İşsizlərə gəlincə, bu günə qədər 10 min nəfər işsizə iş tapmışıq.Yaxın vaxtlarda karxanalarda və inşasına başladığımız darülfünun, milli muzeyin, Azərbaycan Əyaləti Əncüməni və Azərbaycan bankının inşası ilə bağlı daha dörd - beş min nəfərə də iş yeri açılacaq .

Biz bu işlər üçün hələlik beş milyon tümən büdcə ayırmışıq.Firqəmiz çox çətin bir şəraitdə işə başladığı halda çox böyük işlər görmüşdür.

Nehzətimizin əvvəlində bankda cəmi 4 milyon tümən pul var idi, o sırada dövlət məmurlarına da dörd milyon tümən verməli idik.Beləliklə, əmanətçilərin bankdan nə az, nə çox 18 milyon tümən tələbi var idi.

Əlimimizdə yetərincə maddi cəhətdən bir şey yox idi.Bu bizi çox çətin vəziyyətə salmışdı.Biz bu çətinlikləri aşırdıq.İndi firqənin düzgün siyasəti sayəsində təkcə Təbrizdə deyil, digər şəhərlərimizdə böyük işlər görmüşük və görməkdəyik.Bu günə qədər şəhərlərimizdə iyirmi mərizxana açmışıq ki, orada minə qədər çarpayı vardır.Azərbaycan Milli Məclisi bu günə qədər ictimai işlər üçün 12 milyon tümən büdcə ayırmışdır.Firqəmiz birinci pulləni keçərək ikinciyə qədəm qoymuşdur.Bundan sonra daha mətanətli və cəsarətli qədəm götürməyimiz lazımdır.Yeni bir dövrə daxil olmuşuq.İndiyə qədər firqəmiz üzvlərinin əlinə tüfəng verirdi.Bundan sonra çalışmalıyıq ki, şəhərlərimizi abadlaşdırmaqdan ötrü bir əlimizdə silah yerinə bel - külüng, o biri əlimizdə təcrübə, elm və biliyimizi artırmaq üçün kitab olmalıdır.Bu yolla xalqımızı səadətə doğru apara bilərik.Biz yolda, evdə hər yanda hamı ilə nəzakətlə rəftar etməliyik.Xalqımızı gözəl əxlaq və yaxşı tərbiyə ilə səadətə yetirməliyik!

Yaşasın xalqımız! Yaşasın firqəmiz!

("Azərbaycan" ruznaməsi, 2 şənbə 10 tir 1325 - ci il, şomarə 238, ikinci dövrə)

Təqdim etdi: Güləddin İsmayılov

Go Back

Comment