Menu

Azərbaycan Demokratik Firqəsi

header photo

POLKOVNİK MƏHƏMMƏDTAĞI XAN PESYAN

POLKOVNİK MƏHƏMMƏDTAĞI XAN PESYAN

Məhəmmədtağı xan 1268 - ci ildə (miladi 1888, 5 aprel) fərvərvərdin ayının 25 - də Təbriz şəhərində anadan olmuş, Məşrutə hərəkatının qızğın dövründə həmin şəhərin " Loğmaniyyə" mədrəsəsində, Tehranda hərbi məktəbdə oxumuşdur.O zaman İranın jandarm adlanan silahlı qüvvələrinin bir hissəsinə, bunların təlim və tədris işinə,suvari əfsərlərə başçılıq etmişdir.Məhəmmədtağı xan da hərbi məktəbdə oxuduğu zaman tərcüməçilik və sonra da müəllimliklə məşğul olur.Hərbi qulluqda göstərdiyi ləyaqətə görə 1291 - ci ildə bölük fərmandehi olur və kapitanlıq dərəcəsi alır.Həmin ildə döyüşdə yaralanmasına baxmayaraq döyüş fəaliyyətinə görə ona mayorluq dərəcəsi verirlər. Məhəmmədtağı xan Birinci Cahan müharibəsi dövründə İranın milli qüvvələri sırasında azadlıq hərəkatında iştirak edir,nəhayət, döyüşdə yaralanır və xəstələnir.Bina baxmayaraq o, həmin dövrdə təşkil tapmış müvəqqəti hökumətin silahlı qüvvələrinin fərmandehliyini qəbul edir və hökumət müvəffəqiyyətsizliyə uğradıqdan sonra onun üzvləri ilə birlikdə İstanbula mühacirət edir.Nəhayət, o, Berlinə gedib müalicədən sonra alman dövlətinin hərbi təyyarəçilik hissələrinə daxil olur və bir neçə dəfə uçuşdan sonra yenidən xəstələnir və hərbi qulluqdan çıxıb Leypsiq şəhərində yenidən müalicəyə başlayır və eyni zamanda ali riyaziyyat və musiqi təhsili də alır.Burada o,alman imperialist qoşununun məğlubiyyətinin , 1918 - ci ildə inqilabi alman hökumətinin təşkilinin də şahidi olur.1299 - cu ildə Məhəmmədtağı xan vətəninə qayıtmaq üçün Rusiyaya gəlir və burada Böyük Oktyabr Sosialist inqilabının təntənəsilə, imperialist dövlətlərin silahlı müdaxiləsinə qarşı Rusiya zəhmətkeşlərinin mübarizəsi ilə tanış olur və təsirlənir.O, Tehrana çatan kimi ziddi imperislist və ziddi feodal qüvvələrə qoşulur və onun Tehranda qalması irtica və imperializm əməllərinin narahatlığına səbəb olur.Bu zaman Azərbaycanda siyasi hakimiyyət Şeyx Məhəmməd Xiyabaninin başçılıq etdiyi Dermokrat Firqəsinin əlində idi.Tehran hökuməti Məhəmmədtağı xanı bu hərəkata qarşı göndərilməli olan hərbi qüvvələrin fərmandehi təyin etdikdə o buna razı olmur və etiraz edir.O, hətta Təbrizdə olan qardaşı oğluna göndərdiyi məktubda Xiyabani hərəkatına öz rəğbətini bildirir.Yazılı mənbələrə və hərəkat iştirakçılarının dediyinə görə Xiyabani Məhəmmədtağı xanı inqilabi qoşun hissələrinin fərmandehi sifətilə Təbrizə dəvət etmək fikrində də olmuşdur.

1299 - cu ildə Məhəmmədtağı xan Tehran və Xorasan azadixahlarının məsləhəti ilə Məşhəd şəhərinə gedib və əyalətin silahlı qüvvələrinin fərmandehliyini qəbul etmişdir. Bu zaman məşhur mürtəce Əhməd Qəvamüssəltənə Xorasan valisi idi və illər idi ki, o, ingilis məmurlarilə, feodallarla əlbir işləyirdi.Əyaləti qarət edir və azadlıq hərəkatına şiddətlə divan tuturdu.Onunla Məhəmmədtağı xan arasında şiddətli ixtilaflar baş verirdi.Bu zaman neçə ay əvvəl yüksəlmiş kəndli hərəkatının iştirskçılarının bir hissəsi həbsxanalarda idilər. Qəvamüssəltənə bunları asdırmaq və beləliklə də azadixahları qorxutmaq, Məhəmmədtağı xan isə onları azad etmək tərəfdarı idi.Qəvam feodallara arxalanır, onlara imtiyazlar verirdi. Məhəmmədtağı xan isə feodal ozbaşınalığına son qoymaq istəyirdi.İxtilaflar şiddətlənir və nəhayət, Tehrandan gələn bir əmri bəhanə edən Məhəmmədtağı xan Qəvamı həbsə alıb Tehrana göndərir və əmlakını da müsadirə edir.Vaxtilə Qəvam ingilis məmurlarının tapşırığı bə köməyilə, Xorasanda 10 min nəfərlik silahlı qüvvə düzəldib Antantaçıların ixtiyarına vermək istəyirmiş.Qəvamın tutulması və silahların müsadirə edilməsi bu nəqşəni də pozur.Bundan sonra Məhəmmədtağı xan Xorasan vilayətində hakimiyyəti də ələ alır və Tehranla əlaqəni kəsərək bir sıra islahata başlayır.

Nəhayət, Əhməd Qəvam Tehranda həbsdən çıxıb ingilis imperialistlərinin köməyilə baş vəzir olur və Xorasan zəhmətkeşlərinin, xüsusilə Məhəmmədtağı xanın əleyhinə Rza xanla birlikdə tədbirlər görməyə başlayır.Qəvam və Rza xan ingilislərin köməyilə Xorasan feodallarını üsyan əleyhinə silahlandırırlar.Onlar Şimalda cəng nəhzətini yatırdıqdan sonra 4000 nəfərlik silahlı topxana hissələri və digər qüvvələri Xorasan əysləti əleyhinə işə salır, ingilislər isə Xorassn üsyanını daxildən pozmaq üçün geniş iğdamlar edirlər. Məhəmmədtağı xan bütün bunlara qarşı ləyaqət və rəşadətlə vuruşsa da, nəhayət, xəyanət nəticəsində öldürülür və faciəli surətdə başı kəsilir (1300 - cü il, 5 aban).

Onun məzarı Məşhəd şəhərində İmam Rza və Nadir şah məqbərəsinin yanındadır.

Məhəmmədtağı xan bir sıra lüğət, elmi və bədii əsərlərin tərcüməçisi və müəllifidir.O, öz ana dilindən başqa fars, rus, fransızca, alman və ərəb dillərində də bilirfi. " Nizami marşlar",

" 7 xalq mahnısı", bir sıra şeirlər yazmışdır.

İnqilabçı demokrat və rəşadətli hərbi sərkərdə İran xalqlarının sevimlisi , ictimai xadim olan Məhəmmədtağı xanın kəsik başının şəkli uzun müddət İran azadixahlarının mübarizə rəmzi olmuşdur. Məhəmmədtağı xan haqqında indiyə qədər daxildə və xaricdə bir sıra kitablar yazılmış, onun surəti şeir və poemalarda, incəsənət əsərlərində dəfələrlə yaradılmışdır.

O, ən nəcib və ali sifətlərə malik bir insan olmişdur.

MARŞ

Vətən şərəfini canla qoruyaq,

Vətəndən düşməni büsbütün qovaq.

Bəsdir bu ətalət, bəsdir sərxoşluq,

Qalxın, daha bəsdir, bəsdir laqeyidlik.

Bizə yaraşmayır əsir yaşamaq!

Alçaq yaşamaqdan ölüm yaxşıdır,

Bu ölüm insana şərəf bəxş edir.

Əgər tüfəng yoxdur, qılınc yoxdursa,

Düşməni yumruqla, ağacla qovaq.

Bizə yaraşmayır əsir yaşamaq!

Vətən torpağında mərd addımlayaq,

Hər bir maneəni sındırıb ataq.

Vuruş babaların tarixindədir,

Ey igid oğullar, gəlin, vuruşaq.

Bizə yaraşmayır əsir yaşamaq!


                                                  Məjəmmədtağı xan Pesyan


Təqdim etdi: Güləddin İsmayılov

Go Back

Comment