Menu

Azərbaycan Demokratik Firqəsi

header photo

Məleykə ana dünyasını dəyişdi

Məleykə ana dünyasını dəyişdi

Allah rəhmət eləsin, ruhu şad olsun!

Martın 11-də Gəncə şəhərində iranlı siyasi mühacir Məleykə Məmmədkərim qızı Pərdəşünas 90 yaşında dünyasını dəyişdi. Bu ağbirçək nəinki mənsub olduğu ailənin, nəslin iftixarı, yol göstərəni sayılırdı, məsləhətlərindən yüzlərlə insan faydalanırdı. O, cümlədən övladları şair Tariyel Ümid, Aftandil müəllim, pedaqoq Pəri xanım, Bayram və Tinatin həkim, həmçinin müxtəlif sahələrdə çalışan Ələsgər və Ələkbər. Məhz bu tövsiyələrə əməl etdiklərinə görə onlar yaşadıqları yerlərdə, işlədikləri kollektivlərdə yüksək nüfuz sahibi kimi formalaşmaqlarına görə qayğıkeş anaya özlərini daim borclu sayırlar.

Məleykə xanım Tərtərdə torpağa tapşırıldı. Ruhu daim canlı, xatirəsi isə qəlblərdədir.

Allah rəhmət eləsin, ruhu şad olsun!

Dərin hörmətlə,

“İranlı Mühacirlər Cəmiyyəti” İctimai Birliyinin

İdarə Heyətinin üzvləri  

 

Go Back

Comment