Menu

Azərbaycan Demokratik Firqəsi

header photo

Görkəmli Ziyalı Həsən Riyazi (İldırım) vəfat etdi

Görkəmli Ziyalı Həsən Riyazi (İldırım) vəfat etdi

1400-cü il avqust ayının 19- da görkəmli ziyalı, şair jurnalist və onkoloq Həsən Riyazı(ildırım) 63 ya.ında Covid-19 epidemya virusuna yuluxma səbəbindən Tehrandakı bir xəstəxanada hayatla əbədi vədalaşmışdır. Bu acı xəbər Azərbaycan Demokrat Firqəsi olaraq bizi də dərindən sarsıtdı.

O, Tehrandakı Azərbaycan Ədəbi Dərnəklərinin qurucularından biri idi və xərçəng xəstələrinə yoluxan yoxsul insanlara kömək edirdi. Heç vaxt bu barədə adının çəkilməsini istəmirdi.

Həsən Riyazi 1337-ci(1958) il bəhmən ayında Sarab mahalının Camal abad qəsəbə sində bir kəndli ailə də dənyaya göz açdı. Əbtdaey təhsilini Heris və Mehriban və orta məktəbini isə Təbriz şəhərində bitirib. Sonra təhsilini davam etdirmək üçün İranın Tibb Univərsitəsində təhsilini davam etdirdi.

Ustad Həsən İldırımın iyirmi ildən çox ədəbi -ictimai fəaliyyəti var. O, fəaliyyət göstərdiyi illərdə “Azəri” Beynəlxalq dərgisinin redaktoru və “Həbib Sahher “ adına Ədəbi və Mədəni Dərnəyinin katibi olub. Onun əsərləri arasında nəşr olunan "Ana Dili”,  “Azərbaycan Türkcəsinin Yazısı və Qrammatikası" və üç cildlik "Nazim HekmətŞünaslıq"  kitabı və çapda olan "Şeirlər Toplusu"nu ad aparmaq olar.

Həsən Riyazi Azəri və fars ədəbiyyatı tarixini mükəmməl mənimsəmişdi. O, dövrünün şairlərlə ədəbi mübahisələr edir və Sabir, Sahir ədəbi dərnəklərinin nüfuzlu üzvü idi, habelə “İşiq” veb saytı və dərgisi ilə əməkdaşlıq edirdi.

Azərbaycan Demokratik Firqəsi, ölkəmizin başqa bir ziyalısının vəfatı ilə əlaqədar Azərbaycan xalqına, ölkəmizin ədəbi və mədəni ictimaiyyətinə, mərhumun dostlarına, xüsusən də hörmətli ailəsinə başsağlığı verir. Bu böyük və düşüncəli insanın xatirəsini əzizləyərək qalanlarına cansağlığı arzulayır.

Azərbacan Demokrat Firqəsi

28. mordad.1400

19. avqust. 2021

Go Back

Comment