Menu

Azərbaycan Demokratik Firqəsi

header photo

Azərbaycan Milli Hökumətinin fədaisi HƏBİBULLA XAKZADİ

Azərbaycan Milli Hökumətinin fədaisi

HƏBİBULLA   XAKZADİ

Həbibulla Xakzadi 1285 - ci Günəş ilində (1906)

Urmiya şəhərinin nəcib və xalq içərisində nüfuzlu ailələrindən birinə mənsub idi.Orta təhsilini Təbrizdə almışdı.

Azərbaycsn Demokrat Firqəsi öz məramnamə -sində islahat və vədlərini Milli Hökumət qurulduqdan sonra bir - birinin ardınca həyata keçirməyə başladı.Azərbaycan xalqının inqilabi əzəmətilə həyata keçirilən bu islahat bütün İran zəhmətkeşlərinin rəğbətini qazanırdı.Bu islahatın iştirakçısı olmaq, ona kömək etmək istəyən mütərəqqi fikirli insanlar: fəhlə, mühəndis, müəllim, zabit və sair ictimai zümrələrə mənsub olanlar Azərbaycana gəlir dilər.Həbibulla Xakzadi də sonradan Azərbaycana gəlmiş azad fikirlilərdən biri idi.O, İran ordusundan üz döndərmiş piyada zabiti idi.Ona görə də Təbrizdə onu Azərbaycan Xalq Qoşunları sıralarına qəbul etdikdən sonra birinci Marağa briqadasına xidmətə göndərmiş -dilər.H.Xakzadi orta yaşlı, sağlam, ciddi qiyafəli, təcrübəli və işgüzar bir adam idi.O, istər Marağa briqadasında tabor fərmandehi vəzifəsində, istərsə Miyandabda firqəçiləri ilə birlikdə olarkən bütün bilik və enerjisini əsgərlərin tərbiyəsinə, xalq hətəkatının nailiyyətlərinin qorunub saxlanmasına sərf edirdi.Həbibulla Xakzadi 1946 - cı ildə (1325) Marağa briqadasında xidmət edərkən Azərbaycan Demokrat Firqəsinə üzv olmuşdu.O, həm firqənin işlərində, həm də hərbi vəzifədə xalq işinə böyük sədaqətlə yanaşan bir zabit kimi çalışmışdır.H.Xakzadi hərbi biliyini artırmaq üçün Tehranın hərbi zabitlik məktəbini də bitirir.Milli Hökumət onun hərbi fəaliyyətini, firqəyə və hərəkata sədaqətini nəzərə alaraq, onu Xalq Qoşunlarının mayor rütbəsilə öz sıralarına qəbul etmişdi.

Mayor Həbibulla Xakzadi döyüş cəbhəsinə yola düşərkən fərmandehi olduğu taborun qarşısında söylədiyi qısa nitqindı döyüşçüləri ürəkləndirir, onları xalq işinə, , Azərbaycan xalqının milli hərəkatına daha çox sədaqətli olmağa çağırırdı.O, öz təcrübələrindən danışdıqdan sonra əsgərləri xalq qoşunlarına layiq cəsarətlə vuruşmağa ruhlandıraraq deyirdi:"Azadlıq yolunda vuruşmaq, öldürmək, hətta, ölmək də ən böyük səadətdir!"

O, Holasu - Marağa - Təbriz istiqamətində hücum edən şahənşah ordusuna qarşı öz əsgərləri ilə birlikdə, Azərbaycan Xalq Qoşunlarının Marağa briqadası tərkibində mərdlik və cəsarətlə vuruşmuşdur.O, Əhməd Cövdət,Qulamhüseyn Nasiri, Həsən Qasimi və Cəfər Soltani kimi təcrübəli fərmandehlərlə çiyin - çiyinə vuruşmuşdur.Nəhayət, azadlıq yolunda şəhid olmaq səadətinə çatmışdır.

Azərbaycan Demokrat Firqəsinin fəal üzvü, Xalq Qoşunlarının ləyaqətli zabiti , azadlıq yolunda mərd, mübariz mayor Həbibulla Xakzadinin xatirəsi həmişə hörmətlə yad ediləcəkdir.

Guləddin İsmayilov  

 

Go Back

Comment