Menu

Azərbaycan Demokratik Firqəsi

header photo

BACADAN BAXAN ŞAİR - ƏLİ FİTRƏT

BACADAN BAXAN ŞAİR - ƏLİ FİTRƏT

Azərbaycanın mübariz şairlərindən biri olan Əli Məhəmməd oğlu Fitrət 1890 - cı ilin baharında

(Günəş ili 1269) Cənubi Azərbaycanda, Təbriz şəhərinin Dəvəçi məhəlləsində ruhani ailəsində dünyaya gəlmişdir.İbtidai təhsilini mollaxanada almışdır.Atası molla Məhəmməd alim və ədəbiyyatşünas bir şəxs idi. O, oğlununun dərsləri ilə özü məşğul olmuşdur.Atası vəfat etdikdən sonra Əli 15 - 16 yaşlarında dərsi tərk edərək çapxanaya gedir, 10 il orada işləyir.Bu ərəfələrdə şeir yazmağa başlayır, ilk növbədə nohə yaxır.

Şair çapxananı tərk etdikdən sonra , nəzmiyyə idarəsində işləyir, nəhayət 1303 - cü ildə (1924)

Təbriz - Culfa dəmiryolu idarəsində telefonçu işləyir.Gənclik dövründə farsca şeirlər yazsa da, sonra imtina edib, ana dilində yazmağı üstün tutmuşdur.Təbriz və Tehran dövrü mətbuatında

("Şahin"," Təbriz","Səhənd"," Kanuni - Şüəra","

"Xavər no"," "Azərbaycan "," Şəfəq"," Vətən yolunda" məcmuə və qəzetlərdə) şeirləri işıq üzü görmüşdür.Satirik şeirləri gizli imzalarla dərc edilmişdir.Şairin ilk şeir kitabçası"Bayquş və bülbül" 1932 - ci ildə (1311 - cı ildə) və

"Divan - e - Fitrət" adlı əsəri 1937 - ci ildə (1316) Təbrizdə çap edilmişdir.

Satirik şeirləri "Bacadan baxan" imzası ilə işıq üzü görmüşdür.

"Şairlər məclisi" nin və Azərbaycan Milli Hökuməti yaranandan sonra "Azərbaycan şair və yazıçılar" cəmiyyəti" nin təşkilatçılarından biri olmuşdur.

Ömrünü maddi sıxıntılar içərisində keçirən şair, "Olmaz" rədifli qəzəlində, o xəyali sevgilisinə belə deyir:

Bir nəzər görsə əyər ariz- e- alin hər kəs,

Seyr- e-gülşəndə gülə meyl- e- təmaşa olmaz.

Azəristani cəmali eləyib vadi- e -tur,

Tur- e - sinadada hərgiz bu təcəlla olmaz.

Taq əbrulərinə səcdə edənlər, söylər:

Bu gözəllikdə yəqin taq - e - kilisa olmaz.

Şair qəzəllərində vətən eşqini xatirindən çıxarmayıb, vətən sözün vurğun bülbül kimi həmişə tərənnüm edirdi.Əli Fitrət 1324-cü ildə yazdığı (1945) "Azərbaycanım yaşa" şeirində belə deyir:

Vətən qədri bilən insan var olsun,

Oğlu, qızı, onun bəxtiyar olsun,

Vətənin sevməyən daim xar olsun,

Daim şərəfli aşiyanım , yaşa!

Yaşa - yaşa, Azərbaycanım, yaşa!

Əli Fitrət ömrü boyu M.Ə.Sabir, Mirzə Əli Möcüz, Bayraməli Hammal və Məhəmməd Biriya kumi yoxsul yaşadl, lakin qaməti qüdrət sahubləri önündə əyilmədi.Həmişə ictimai ədalətsizlikdən dad çəkib, çox zaman ürək sözlərin satirik ( tənz) şəklində başqalarının dilindən deyirdi:

Kasıblıq bir yanar oddur, düşübdür canə

vaveyla,

Məni möhtac edibdir bir mitil yorğanə vaveyla.

Kasıblıqdan üzün qarə kömürtək, evdə yox xakə,

Düçar olubdur bu il biz dərdi bi dərmanə

vaveyla.

Quva təhlilən getdi, diş töküldü "rahe ahən"də,

Dəmağim natəvanlıqdan dönüb növdanə

vaveyla.

Şair Əli Fitrət şah rejimi tərəfindən 1946 - cı ildə

(1325) həbs edilr və sifariş olunmuş nizami məhkəməsi ona edam cəzası elan edir. Zindanda ona min cür əzab və işgəncə verirlər.Nəhayət, 1337 - ci ilin axırlarında (1948) bu iş mübariz qocaman şairin ölümü ilə nəticələnsə də, ancaq onun amalı, arzuları ölməmiş və ölməyəcəkdir.Milli hərəkatın fəal iştirakçısı, görkəmli şair Əli Fitrətin şeirləri demokratik poeziyamızın sevimli nəğmələri, qiymətli inciləri ürəklərdə yaşayacaqdır.

Azərbaycanım yaşa

Yaşa - yaşa, Azərbaycanım, yaşa!

Sənsən mənim dini - imanım yaşa!

Günəş kimi nurun saçır hər yana,

Gözəl vəsfin gəlməz sənin biyana.

Canlar qurban sənin kimi məkana,

Şərafətli mənim məkanım yaşa!

Yaşa- yaşa , Azərbaycanım yaşa!

Torpağın müşki - ənbərdən yaxşıdır,

Daşların ləli - gövhərdın yaxşıdır,

Suların abi - kövsərdən yaxşıdır.

Sənsən mənim baği cananım yaşa!

Yaşa - yaşa , Azərbaycanım yaşa!

Sən Babəklər, Koroğlular yurdusan,

Yatıb sənin hər guşəndə bir aslan.

Sən yetirdin Səttarxan tək qəhrəman,

Oldun mənim ruhi rəvanım yaşa!

Yaşa - yaşa, Azərbaycanım yaşa!

Vətən qədri bilən insan var olsun,

Oğlu, qızı onun bəxtiyar olsun,

Vətənin sevməyən daim xar olsun,

Daim şərəfli aşiyanım, yaşa!

Yaşa - yaşa, Azərbaycanım yaşa!

ƏLİ FİTRƏT

Guləddin İsmayilov

Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Go Back

Comment