Menu

Azərbaycan Demokratik Firqəsi

header photo

Azərbaycan Milli Elmlər Akademiyası İctimai

Azərbaycan Milli Elmlər Akademiyası İctimai Elmlər Bölməsinin cariilin may ayının 10-da keçirilən növbəti iclasında bölmənin akademik-katibi, akademik Nərgiz Axundova tərəfindən AMEA-nın Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun 60 illik yubileyi ilə əlaqədar məhsuldar elmi fəaliyyətləri nəzərə alınaraq bir qrup əməkdaşlar bölmənin Fəxri Fərmanı ilə təltif edilmişlər.

Fəxri Fərmanla təltif edilənlər sırasında Cənubi Azərbaycan şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Səməd Bayramzadə də vardır.

S.Bayramzadə eyni zamanda “İranlı Mühacirlər Cəmiyyəti” İctimai Birliyinin İdarə Heyətinin üzvü və adıgedən cəmiyyətin sədrinin müşaviridir.

Go Back

Comment