Menu

Azərbaycan Demokratik Firqəsi

header photo

“Vətəndaş cəmiyyəti” jurnalı İranlı Mühacirlər Cəmiyyətindən yazır

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının “Vətəndaş cəmiyyəti” jurnalının 2018-ci ilin birinci sayında “İranlı Mühacirlər Cəmiyyəti” İctimai Birliyinin fəaliyyətinə iki səhifə yer ayırıb. “Mühacirlərə münasibətin Azərbaycan modeli nümunə və örnək olaraq dəyərləndirilib” sərlövhəli həmin yazıda İMC-nin  Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə reallaşdırdığı layihə haqqında ətraflı məlumat verilib. Həmin yazını oxuculara təqdim edirik.

Mühacirlərə münasibətin Azərbaycan modeli nümunə və örnək olaraq dəyərləndirilib

İranlı Mühacirlər Cəmiyyəti İctimai Birliyi “Mühacir problemi ilə bağlı Azərbaycan modelinin öyrənilməsi mövzusunda maarifləndirici tədbirlərin keçirilməsi” layihəsini icra edib. QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə reallaşdırılmış bu layihənin məqsədi İranlı Mühacirlər Cəmiyyətinin timsalında Azərbaycana mühacirətin dünyəvi modelinin formalaşmasına diqqət çəkməkdən ibarətdir. Layihə rəhbəri Rəhim Hüseynzadə bildirib ki, bunun üçün dövlət qurumlarının, beynəlxalq və ictimai təşkilatların, KİV nümayəndələrinin iştirakı ilə Bakıda və regionlarda dəyirmi masalar təşkil edilib, müasir mühacirətin müxtəlif problemləri müzakirə obyekti olub.   

Layihənin əhatə etdiyi bölgələrdə şəraitin öyrənilməsi məqsədilə təşkilatın yerlərdəki təmsilçiləri ilə əlaqə saxlanılıb, tədbirlərdə iştirak edəcək əhali qrupu müəyyənləşdirilib. Tədbirlərin auditoriyasının müəyyənləşdirilməsi üçün şifahi sorğular aparılıb, müzakirəyə çıxarılacaq mövzular dəqiqləşdirilib. Layihə üzrə keçiriləcək sorğunun anket vərəqinin strukturu hazırlanıb, respondentlərə ünvanlanan suallar dəqiqləşdirilib, mövcud xüsusda əyani təcrübə nümunələrindən faydalanma imkanları öyrənilib. Mətbuata verilmiş press-relizdə bildirilib ki, “İranlı Mühacirlər Cəmiyyəti” İctimai Birliyi “Mühacir problemi ilə bağlı Azərbaycan modelinin öyrənilməsi mövzusunda maarifləndirici tədbirlərin keçirilməsi” layihəsinin icrasına başlayıb.  

Tədbirlərdə son 70 il ərzində Azərbaycana İrandan mühacirətə gələn insanları öz sıralarında birləşdirən “İranlı Mühacirlər Cəmiyyəti” hərtərəfli uğurları, bu sahədə respublika daxilində və xaricdə səthi məlumatların zəngin biliklərlə əvəzlənməsi üçün maarifçilik işi aparılmasına ehtiyacın olması, mövcud tendensiyaların öyrənilməsinin vacibliyi vurğulanıb. Bu hədəfə çatmaq üçün müvafiq qurumların və ictimaiyyət nümayəndələrinin iştirakı ilə keçirilən tədbirlərin təşkili və qarşılıqlı müzakirələr aparılmasının zəruriliyi qeyd edilib.   

Bakı və Gəncə şəhərlərində, Zaqatala və Şamaxı rayonlarında “İranlı Mühacirlər Cəmiyyəti - mühacirətin dünyəvi Azərbaycan modeli” mövzusunda dəyirmi masalar keçirilib. Tədbirlərdə İMC-nin fəaliyyəti dünya ölkələrinin mühacirət təcrübəsi fonunda ətraflı müzakirə edilib. 

Şamaxı şəhərinin Heydər Əliyev Mərkəzində düzənlənən regional tədbirdə bu rayonda və İsmayıllıda məskunlaşan iranlı mühacirlər, onların ailə üzvləri, eləcə də müxtəlif qurumların təmsilçiləri, media nümayəndələri iştirak ediblər. Gəncə və Zaqatalada olduğu kimi, burada da öncə ümummilli liderin abidəsi ziyarət edilib, ora tər gül-çiçəklər düzülüb.   

Cəmiyyət rəhbərliyini qəbul edən Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayev onlara bölgədəki quruculuq işləri barədə ətraflı məlumat verib. İcra başçısı Şamaxının şöhrət salnaməsini yaradanların ön sırasında onillər boyu bu insanların olmasından qürur duyduğunu və hər birinin doğmalar kimi daim diqqət mərkəzində dayandıqlarını deyib. Görüşdə bütün bunların təfərrüatları ilə məlum olduğunun əsas götürülərək Şamaxı RİH-in başçısı A.Ağayevin “İranlı Mühacirlər Cəmiyyəti” İctimai Birliyinin fəxri diplomuna layiq görüldüyü deyilib və ona mükafat təqdim edilib.   

Tədbiri giriş sözü ilə RİH-in məsləhətçisi Babaqədir Qədirov açıb. Cəmiyyətin sədri R.Hüseynzadə bildirib ki, “İranlı Mühacirlər Cəmiyyəti –  mühacirətin dünyəvi Azərbaycan modeli” adlı silsilə tədbirlərin bu respublikaya pənah gətirmənin 70-ci ilində düzənlənməsi heç də təsadüfi deyil: “Siz layihə ekspertlərinin də gətirdikləri konkret misallardan da görəcəksiniz ki, bizlərin onillər boyu əldə etdiyimiz misilsiz uğurlar dünyanın bütün digər ölkələrindəki mühacir təşkilatları üçün örnək olan yüksək maddi və mənəvi nailiyyətlərdir”. O, diqqəti Azərbaycanda insan hüquqlarının pozulmasından dəm vuran dövlətlərin, nicatını yeni və köhnə qitələrdə arayan mühacirlərin, demək olar, hər gün dənizdə qərq olmalarına, onların üzünə  sərhədlərin bağlandığına, tikanlı məftillər arasında təhqirlərə məruz qaldıqlarına, mühacirlərin qovulma çağırışlarının artdığına çəkərək belələri üçün İMC-nın ibrətamiz model olduğunu söyləyib.   

Layihənin ekspertləri - iranlı Mühacirlər Cəmiyyəti sədrinin birinci müavini, istefada olan polkovnik Firudin İbrahimi və İnsan Hüquqlarının Müdafiəsi və Ekologiyanın Qorunması Mərkəzinin sədri Zeynalabdin Abbasovun çıxışlarında İMC-ni mühacirətin dünyəvi Azərbaycan modeli kimi formalaşdıran cəhətlərdən ətraflı bəhs edilib. Qeyd olunub ki, 1947-ci ildə Azərbaycana pənah gətirən fədailərin 70 faizindən çoxu yazıb-oxumağı belə bacarmırdı. 33 il ərzində onların 200 nəfəri elmlər namizədi, doktoru dissertasiyalarını müdafiə etdi. Ən kəskin problem sayılan mənzil təminatı cəmi 10 il ərzində həllini tapdı. 10 min nəfər orden, medal, döş nişanları ilə təltif olundu. Yazıçı və şairlərimizin, sənət adamlarımızın, müxtəlif peşə sahiblərimizin, igidlərimizin layiq görüldükləri fəxri adlar və sair mühacirətdə yaşanan şərəfli bioqrafiyaların təcəssümü kimi dəyərləndirildi.   

Gəncədə, Zaqatala və Şamaxı rayonlarında, Bakı şəhərində 211 nəfərin birbaşa iştirakı ilə  4 dəyirmi masa təşkil olunub. “İranlı Mühacirlər Cəmiyyəti -mühacirətin dünyəvi Azərbaycan modeli” adlı bu tədbirlərdə 1947-ci ildən bugünədək Azərbaycan Respublikasına İrandan mühacirət edən insanların təşkilatlanma, müxtəlif sahələrdə əldə etdikləri misilsiz uğurlar dünya mühacirəti fonunda təhlil olunub. Ekspert məruzələrindən, çıxışlardan qənaətə gəlindi ki, bu layihə müxtəlif ölkələrə mühacirətin daha genişləndiyi indiki şəraitdə mühacirlərə bəşəri münasibət baxımından Azərbaycanda onillərdən bəri formalaşan modeldən digər dünya dövlətlərinin də fayda götürə biləcəkləri məqamlar kifayət qədərdir. 

Go Back

Comment