Menu

Azərbaycan Demokratik Firqəsi

header photo

QULAMRZA DƏBİRNİYA

QULAMRZA DƏBİRNİYA

Qulamrza Dəbirniya Tehranın hərbi əfsərlik (zabitlik) məktəbini qurtararkən məmləkətin azadlıq və istiqlalını müdafiə etdiyinə and içmişdi və bu niyyətlə də əfsər olmuşdu.Lakin Rza xan diktatorluğunun yıxılması ilə bütün ölkədə azadlıq hərəkatının yüksəlməsi şahənşahlıq qoşunu daxilində də böyük intibaha və dəyişikliklərə səbəb oldu.Bu intibahda Qulamrza Dəbirniyanın da niyyəti mahiyyətcə dəyişdi və o, Hizde Tudə İranın bayrağı altında İran xalqlarının azadlıq və istiqlalının həqiqi müdafiəçisi kimi hərəkata qoşuldu.

Qulamrza Dəbirniya 1298 - ci şəmsi ilində (1919 miladi) Tehranda anadan olmuş və "Şərəf" mədrəsəsində oxuyarkən İran azadlıq hərəkatının görkəmli xadimlərindən biri, ləyaqətli mübarizlərindən Doktor Təği Əraninin tələbəliyi iftixarına nail olmuşdur.O, 1322 - ci ildə (1943 miladi)Tehranın hərbi əfsərlik məktəbinin süvari hissəsini leytenantlıq rübəsi ilə başa çatdırmışdır.Öz xüsusi fənnində məharətli, bacarıqlı olan Dəbirniya ictimai, siyasi elmlər sahələrində də bilikli idi.O, Hizbe Tude İranın mətbuat orqanlarını, kitab və nəşriyyələrini böyük maraqla oxuyur və öz mübarizə yolunu xalqa xidmət etmək istəyəndə ondan ilham alırdl.O, İran xalqlarının hələ də azad olub səadətə çata bilməməsindən dərd çəkdiyini bildirər, azadlıq hərəkatına, xalqa onun döyüş qərargahı olan İran Xalq Partiyasına borclu olduğunu deyər, çıxış yolu axtarmağa çalışardı.O, öz xalqını, vətənini bütün varlığı ilə sevən, onun azadlıq və istiqlalı xatirinə həyatını qurban verməyə hazır olan mətin inqilabçı idi.Onun qeyri - adi xüsusiyyətləri, yoldaşlarına, ictimai mühitə, hadisələrə münasibəti də ictimai münasibətlərinə, mütərəqqi dünya görüşünə tabe idi.İstər Kirman həbsxanasında, istərsə Azərbaycan xalq qoşunlarında xidmət etdiyi mövqe,o, həmin bu keyfiyyətlərinə görə yoldaşlarının dərin hörmət və məhəbbətini qazanmışdı.Qulamrza Dəbirniya həmişə belə düşünər, belə deyər və belə də hərəkət edərdi:"Mübariz inqilabçı öz fərdi mənafeyini ictimai mənafeyə, xalq azadlığına qurban etməlidir."

Azərbaycan Xalq Qoşunlarının Urmu briqadasında xidmət etdiyi zaman Dəbirniya xalq hərəkatına və azdlıq hərəkatına sədaqəti, onun beynəlmiləlçilik xüsusiyyətləri daha qabarıq hiss olunurdu. O, əsgərlərin döyüş bacarığını, siyasi biliyini artırmağı bir an yaddan çıxarmadan çalışır, bütün enerji və biliyini bu yolda sədaqətlə işə salırdı. Dəbirniyanın ləyaqət və xidmətini, xalq hərəkatına sədaqətini nəzərə alaraq Azərbaycan Milli Məclisi onu Xalq Qoşunlarının soltanlıq dərəcəsilə təltif etmişdi.

Dəbirniya hələ ilk aylarda Azərbaycan dilini yaxşı bilməsə də bir şeyi - azadlıq hərəkatına xidmət etməyin mənasını çox yaxşl bilirdi.Elə buna görə də birinci gündən o, öz əsgərlərinin səmimiyyət hissini oyadaraq onların inam və məhəbbətini qazana bilmişdi.Əsgərləri onu ləyaqətli fərmandeh, qayğıkeş ata kimi sevirdilər.O, çox vaxt istirahət saatlarını da əsgərlərlə keçirir, onlarla bir yerdə, bir ruhda yaşaylr, bircə ali məqsəd uğrunda - Azərbaycan xalqının, bütün İran xalqlarının azadlıq və səadəti uğrunda çalışırdı.Qulamrza Dəbirniya, nəhayət, öz cavan ömrünü də bu ali məqsəd yolunda qurban verdi.Fars xalqının mübariz oğlu, Azərbaycan xalqının sevimlisi, Azərbaycan Xalq Qoşunlarının bilikli, ləyaqətlu əfsəri

(zabiti) - Qulamrza Dəbirniyanın xatirəsi əbədi və əziz qalacaqdır.

Guləddin İsmayilov

Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Go Back

Comment