Menu

Azərbaycan Demokratik Firqəsi

header photo

Yoldaş Valeh Quluzadə vəfat etdi.

Yoldaş Valeh Quluzadə vəfat etdi.

Çox əfsuslar la Valeh Quluzadə Reza oğlu, Azərbaycan Demokrat Firqəsi Mərkəzi Komitəsinin Sədri, çərşənbə günü, 14 Avqust 2019 tarixinə, 81 yaşında vəfat etmişdir. Beləliklə, İranın milli inqilabçı xalq hərəkatları  öz möhkəm və inamlı və etibarlı oğullarından daha birisini də itirdi. 

Yoldaş Valeh Quluzadə Reza oğlu 10 May 1938-ci tarixində Ərdəbil rayonunun  " Xoruzlu "  kəndində əkinçi bir ailədə  dünyaya göz açmışdır. Onun atası Reza Quluzadə Həzi oğlu 1945-ci ildə ADF sıralarına qoşulub və bütün öz imkanları və gücünü inqilabı mübarizəyə həsr etmişdir. 

1946-ci ilin Dekabr ayında ŞahənŞahin daxili və xarici irticaçı müttəfiq qoşunları tərəfindən "21 Azər " hərəkatı əleyhinə basqın olanda, Quluzadə lərin kənd də ki evləri də basqına məruz qaldı. Atası yaxalanıb və naməlum yerə göndərildi. Yaxın qohumları anası və  bacılarını gizlətdilər. Evləri vəhşi məmurlar tərəfindən uçuruldu. Dəhşətli qarlı buzlu o soyuq gecədə, Valeh Quluzadə və balaca qardaşları məcbur qaldılar ki geri qayıdıb, qapı pəncərəsi sınmış otaqların birisində gizlənsinlər. Ancaq səhər vaxtı, Valeh başa düşür ki hər iki qardaşları  soyuqdan donub və həlak olublar.

 
Bu hadisədən sonra, yoldaş Valeh Quluzadə elə həmin az yaşlı gənc illərindən atasının yolunu davam etməyi başladı. O " Hamar "  kənd təşkilat sədri Səfərbaba Bəndi ilə gizili təşkilati işlərdə əməkdaşliğa başlayır. O Səfərbabanın göstərişi ilə, Ərdəbil mahalının şiddətli soyuq və qarlı havasında, Firqə fədayilərini ayrı ayrı gizli istiqamətlərdə müşayiət edirdi və sonradan atları kəndə qaytarırdı.

3 il işkəncələr və əziyətlərə məruz qalandan sonra, nəhayət ki Valehın atası vəhşi məmurların əlindən qaçmağı bacarır və ailəci ilə  birlikdə 1949-ci ilin Dekabr ayında Sovet Sosialist  Azərbaycana mühacirət edir.

Valeh Quluzadə Sovetlər ölkəsində təhsil alır və 1963-ci ildə ali təhsili bitirdikdən sonra, əkinçilik sahəsində baş mühəndis kimi işə qəbul olunur.

Yoldaş Valeh Quluzadə elə tələbəlik vaxtindan ictimai, siyasi və təşkilati işlərdə çox fəal iştirak edirdi. beləliklə 1963-ci ildə ADF Quba şəhər komitəsində təbliğat şöbəsi katibi kimi təyin olundu. həmçinin qısa müddət Saatlı, Sabirabad və Əlibayramlı(Şirvan) şəhərlərində işləyəndən sonra, 1964-ci ilin Avqustunda, ADF Şirvan şəhər cavanlar təşkilatının sədr vəzifəsinə seçilir. 

1971-1975-ci illərində, yoldaş Valeh Quluzadə SSRi Komunist Ali partiya məktəbini uğurla başa çatdırır.

Yoldaş Valeh Quluzadə 1979-ci ildən müntəzəm şəkildə ADF MK-sinin bütün Plenumlarında iştiraki olub, 1982-ci ildə ADF Şirvan rayon təşkilatın sədr vəzifəsinə seçilir, həmin ildə, eyni vaxtda, rəsmi  olaraq, ADF MK-sinə qəbul olunur. Yoldaş Quluzadə 1985-ci ildə İran Tude Partiyası Milli Konfransında iştirak etməyə seçilir və 3 ay Əfqanistan da fəaliyyət göstərir. O 1988-ci ildən ADF MK-sinin İcraiyyə Heyətinə seçilir.

ADF MK-sinin keçmiş sədri yoldaş Əmirəli Lahrudinin vəfatindan sonra, ADF MK-sinin Fövqəladdə Plenumu 28 Fevral 2015-ci tarixində keçirildi. Plenum yekdil səslə yoldaş Valeh Quluzadəni Azərbaycan Demokrat Firqəsi Mərkəzi Komitəsi Sədri vəzifəsinə seçdi. 

Yoldaş Quluzadə bu ağır və həssas vəzifəni, möhkəm inamla, son ana qədər çiynində daşıyırdı. O İran xalqları və xususı olaraq Azərbaycan xalqın azadlıq və milli hüqüqlar uğrunda aparan mübarizəni böyük qələbə ümidi ilə gözləyirdi.

ADF MK-si yoldaş Valeh Qulizadənin vəfatı münasibəti ilə onun ailəsi, qohumları, ADF-nin bütün üzvləri və tərəfdarlari, bütün mütərəqqi və azadlığ istəyən quvvələrə səmimi qəlbdən başsağlığı verir.


Azərbaycan Demokrat Firqəsi Mərkəzi Komitəsi
15 Avqust 2019

 

Go Back

Comment