Menu

Azərbaycan Demokratik Firqəsi

header photo

Azərbaycan Demokrat Firqəsinin yardımsevər və vəfalı dostu Əziz Zarei yoldaşın dünyasını dəyişməsi ilə bağlı başsağlığı

Azərbaycan Demokrat Firqəsinin yardımsevər və vəfalı

dostu Əziz Zarei yoldaşın dünyasını dəyişməsi ilə bağlı başsağlığı

Azərbaycan Demokrat Firqəsi Mərkəzi Komitəsinin siyasi bürosunun üzvü Əziz Zarei yoldaşın dünyasını dəyişməsi ilə bağlı bütün təşkilat üzvlərinə, mütərəqqi qüvvələrə və onun ailə üzvlərinə başsağlığı verir!

Əziz Zarei yoldaş 1940-ci ildə Astara şəhərində siyasi və inqilabçı ailədə anadan olmuşdur. Onun atası Müseyib Zarei Azərbaycan Demokrat Firqəsinin görkəmli nümayəndəsi idi. 1946-cı ilin dekabrında Azərbaycan Milli Hökumətinin mərkəzi hökumət, Amerika və İngiltərə imperializminin mürtəce qüvvələri tərəfindən həyata keçirilən qanlı basqısından sonra o, ailəsi ilə birlikdə Sovet Azərbaycan mühacirət edərək  gözəl Ağdam şəhərində bir sıra başqa mühacir ailələrlə birlikdə məskunlaşmışlar. Orada Zarei yoldaş təhsilini davam etdirir, orta məktəbi və  kənd təsərrüfatı texnikumunu Ağdam şəhərində iş, sonra Gəncə Kənd Təsərrüfatı İnstitunda təhsilini davam etdir.

Ali məktəbi bitirdikdən sonra “Natəvan” kənd təsərrüfatı kooperativinin baş eksperti, direktor müavini və direktoru vəzifələrində çalışmışdır.

Gənc yaşlarında Azərbaycan Demokrat Firqəsinin gənclər təşkilatına üzv olmuş və sonra təşkilatın Ağdam Komitəsinin məsul işçisi kimi fəaliyyətini davam etdirmişdir. Davamlı və fədakar fəaliyyətinə görə Azərbaycan Demokrat Firqəsi Mərkəzi Komitəsinin Siyasi Büro üzvlüyünə seçilimişdir.

1993-cü ildə Qarabağ müharibəsi ilə əlaqədar olaraq Bakıya köçmək məcburiyyətində qaldı və bu şəhərin “Nizami” rayonunda məskunlaşdı. Bu tarixdən Azərbaycan Respublikası Üzüm və Şarabçılıq Elmi-Tədqiqat Kollecində baş elmi işçi kimi fəaliyyətə başlamışdır. 2021-ci ildə xəstəliyi ilə əlaqədar könüllü olaraq istefa verib. O, onlarla elmi məqalə və bir neçə kitab müəllifidir.

Əziz Zarei yoldaş peşə fəaliyyəti ilə eyni vaxtda siyasi fəaliyyətini də davam etdirmiş, təşkilati vəzifələrdə yorulmadan fəaliyyət göstərmiş, ömrünün son anına qədər Azərbaycan Demokrat Firqəsiinin məqsədləri yolunda səylərini əsirgəməmişdir. Bütün bu illərdə o, S.C.Pişəvəri və silahdaşlarının yaratdığı Azərbaycan Demokrat Firqəsinin siyasətinin müxaliflərinə qarşı inadla mübarizə aparıb.

  Zarei yoldaş uzun sürən xəstəlikdən sonra nəhayət, 2024-cü il martın 3-də Bakıda yarımçıq qalan arzular ilə dünyasını dəyişib. Vəsiyyətinə görə o, Ağdam torpağında dəfn olunmuşdur.

O, ömrünün son anına qədər İranda, xüsusən də doğma şəhərində azadlıq, demokratiya və sosial ədalət görməyə ümid edirdi.

Biz bu əziz yoldaşın xatirəsini ehtiramla yad  edir, onun ailə üzvlərinə və yoldaşlarına cansağlığı, səbr və dözüm arzulayırıq!

Azərbaycan Demokrat Firqəsi Mərkəzi Komitəsi

8 mart 2024

Go Back

Comment