Menu

Azərbaycan Demokratik Firqəsi

header photo

Azərbaycan Demokrat Firqəsi sədrinin bəyanatı

 

 

Azərbaycan Demokrat Firqəsi sədrinin bəyanatı

Əziz vətəndaşlar!

Əziz dostlar və yoldaşlar!

Təəssüflə qeyd etmək lazımdır ki, son günlər “Azərbaycan Demokrat Firqəsi Mərkəzi Komitəsi Siyasi Şurasının bildirişi” adlı saxta və şübhəli bildiriş yazılaraq xaricdəki bəzi internet saytlarında da dərc edilmişdir.

Əsas məqsədi Azərbaycanın Demokrat Firqəsi təşkilatını içəridən parçalamaq olan bu “bildiriş”də bəzi iddialı şəxslər “siyasi büro üzvü....” adı altında yalan,  və təşikilatın siyasi və əxlaqi prinsiplərinə zidd olan, habelə həqiqətdən uzaq ifadələr işlətməyə çalışıblar.

Son illərdə təşkilatmızın ağır yükünü öz üzərinə götürüb və ona rəhbərlik edən Azərbaycan Demokrat Firqənsi sədri Adilə Çernik Büləndin ünvanına bu yalançı iddiaçıların və böhtançıların əsassız ittihamlar səsləndirmələri yalnız firqəni tam məhv etmək istəyən ünsürlərin işini asanlaşdırmaqdan ibarətdir.

Bu saxta və tamamilə yalan bildirişin dərc olunmasına bəhanə kimi Azərbaycan Demokrat Firqəsi Mərkəzi Komitəsinin növbəti plenumunun təxirə salınması göstərilir. Bildiriş müəllifləri hər hansı siyasi təşkilatda baş verməsi mümkün olan bu təxirə salınmanı absurd ittihamlarla qarışdıraraq Azərbaycanın Demokrat Firqəsini parçalamaq və ya onun nəzəri istiqamətini dəyişmək vasitəsinə çevirməyə çalışıblar. Təəccüb doğuran odur ki,  bu anti-təşkilat elanını dərc edən şəxs özünü Azərbaycan Demokrat Firqəsinin  “İcra katibi” adlandırıb. Halbuki firqə təşkilatında elə bir vəzifə yoxdur. Bu “Bildiriş”in verilməsindən xeyli əvvəl saxtakarlıqla özünü “İcraçı katib...” adlandıran şəxs, bu “Bildiriş”in verilməsinə qadir olmadığına görə, saxtakarlıqla özünü “İcraçı  katib...” yerinə qoyur. Bu şəxs tapşırılan vəzifələri yerinə yetirməmək habelə  təşkilat prinsiplərinə uyğun olmayan hərəkətləri üçün bütün vəzifələrdən kənarlaşdırılmışdır, ona görə də qarşıdakı plenumda onun təşkilat prinsiplərinə uyğun olmayan davranışlarını qiymətləndiriləcəkdir.

 78 ildən artıq yorulmaz mübarizə tarixinə malik olan Azərbaycan Demokrat Firqəsi xalqın, vətəndaşların ağır şəraitinin fərqində olaraq bu çətin şəraitdə öz inqilabi vəzifələrini yerinə yetirməyə çalışır. Firqənin bədxahları və düşmənləri bilməlidirlər ki, bu cür qəsd və dağıdıcı üsullarla onu mübarizə meydanından çıxara bilməzlər. 

Son illər Azərbaycanın Demokrat Firqəsinin parçalanması və ya tənəzzülə uğraması üçün edilən bütün cəhdlərə baxmayaraq, firqə hələ də öz təməl prinsiplərinə sadiqdir və bu gün də ayaqları üzərində möhkəm dayanmaqdadır. Biz siyasi-təşkilati müstəqilliyimizi qoruyub saxlamaqla, İran xalqlarının azadlıqsevər və ədalət axtarışında olan məqsədləri uğrundə var gücümüzlə mübarizəmizi  davam etdirməklə yanaşı, eyni zamanda öz milli və ədalətli, yəni Azərbaycan xalqının hüquqları uğrundə mücadiləmizi davam etdirəcəyik. Heç bir qüvvə bizi bu demokratik və ədalətli məqsədlər uğrunda apardığımız mübarizəyə mane ola bilməz. Firqəni siyasi yolundan çaşdırıb və məhvinə çalışanlar, azğınlar, sui-qəstçilər, vəzifə hərisləri bizim sıralarımızda yeri olmayacaq.

Yaşasın İran xalqlarının haqlı və anti-avtoritar mübarizəsi!

Azərbaycan Demokrat Firqəsinin sədri Adilə Çernik Bülənd

16 mehr 1402

9 oktiyab 2023

Go Back

Comment