Menu

Azərbaycan Demokratik Firqəsi

header photo

Azərbaycan Demokrat Firqəsi-Mərkəzi Komitəsinin 12 Şəhrivər Muraciətnaməsinin 71-nci ildönümi munasibətiilə Bəyanatı

Hörmətli həmvətənlər

71 il bundan əvvəl, 12 Şəhrivər Muraciətnaməci Seyd Cəfər Pişevəri və bir dəstə Aərbaycan xalqının inamlı ziyalılarının tədbiri nəticəsində nəşr olundi.

Bu Muraciətnamənin əsas məqsədləri belə idi:

İranın müstəqilliyi və ərazi bütövlüyünü saxlamaq şərti ilə, Azərbaycan xalqına milli-mədəni muxtariyət və daxili azadlıq; Əyalət və Vilayətlər əncümənlərin təşkil olunması; Azərbaycan məktəblərində Azərbaycan dilində dərs oxumasi; Azərbaycandan yıqılan vergilərin yarısı Azərbaycandə məsrəf olunması; İran Milli Şura Məclisində Azərbaycan nümayəndələri əhali sayına uyqun artırılması; Əkinçilər və Maliklər arasındakı iqtisadi münasibətlərdə qarşılıqli islahat aparılması; İşsizliyin aradan qaldırılması; Sənaye, Kənd təsərrufatı və Ticarətin inkişafı; Dovlət idarələrində rişvət və fəsadlar əleyhinə mubarizə aparmaq.

Bu Muraciətnamə əsasında, Seyd Cəfər Pişevərinin rəhbərlyi ilə Azərbaycan Demokrat Firqəsi yarandı.

Ona görə ki Muraciətnamə Azərbaycan xalqının əsas Siyasi, İqtisadi, İctimaii və Mədəni tələblərini əhatə etmişdi, Azəbaycan əhalisi tərəfindən, həm şəhərlər həmdə kəndlərdə, misili gorsənməmiş rəğbətlə qarşılandı. Bundan əlavə, Muraciətnamə ölkəmizdə yaşiyan başqa xalqlar və mütərəqqi partiyalar və ziylilar tərəfindən də təsdiqləndi.

Kəndçilər, fəhlələr, qadınlar, ziyalılar, incəsənət xadimləri, qəzetçilər, bazar işçiləri, və hətta bəzi maliklər və ruhanilərin 12 Şəhrivər Muraciətnaməyə qarşı alqişları bir butunxalq ictimaii herekata çevirdi.

12 Şəhrivər Muraciətnaməsində tələb olan mövzular birdən birə yaranmamışdı. Onların tarixçəsi Azərbaycanlıların tarixi mubarizələrinə, Məşrutə İnqilabına, Səttarxan və Baqirxan mubarəizələrinə, Şeyx Məhəmməd Xiyabanı hərəkatina baqlıdır. Butun bu mubarizələr və canfışanlıqlarda Azadlıq, Demokratiya, İctimaii ədalət və xalqlarin milli huquqlarına naıl olmaq mubarizlərin əsas fəaliyəti olubdur.

Xalqların öz müqəddəratını təyin etmək hüqüqi, Məşrutə İnqilabının əsas tələbatlardan birisi olub. İrticaçı quvvələrin şiddətli muxalifətləri qarşısında, məşrutəçilər Əyalət və Vilayət Əncümənlərinin təşkil olunması tələbini Məşrutənin birinci Əsas Qanununda qərara almasına müvəffəq oldular.

Beləliklə, 12 Şəhrivər Muracuətnaməsi gərək Azadlıq sevən Azərbaycan xalqı və İranın başqa xalqlarının birgə mubarizə nəticəsi kimi sayılsın. Həmin sənəd o vaxtki şərayitdə, ölkəni istibdad və geri qalmiş bir vəziyətdən inkişafa və tərəqqiyə doğru aparan yolun plani idi.

İran çox millətli ölkədir. Bu inkar edilməz həqiqəti nəzərə alaraq, ölkədə olan butun xalqların birliyi və həmrəyliyi olmasa, burada tərəqqidən inkişafdan danışmaq düzgün söz olmaz və əmələ gəlməz. İranın və dünyanın tarixi təcrubələri göstərir ki diktatorçuluq bütün gücü özündə mərkəzləşdirmə və digər xalqları gücdə iştirak verməməklə öz həyatına davam verir. Elə həmin səbəbdən dir ki diktator hakimiyətlər milli hərəkatları olkəni parçalanma ittihami ilə ləkəliyib və taptaliyir. Mütərəqqi və inkişaf etmiş çox millətli ölkələrin təcrübəsi göstərir ki mərkəzləşmiş diktator dovlətlər əvəzinə, federal dovlət sistemi yaranmalıdır.

Ölkə xalqlarının könülü birliyi, nə inki ancaq ərazi bütövlüyün və müstəqilliyin zaminidir, həm də demokratik azadlıqin zəmanətçisi dir, və eyni halda, mədəni və mütərəqqi inkişaf yolları cəmiyət üçün açır. Açıq demək olar , dünyada belə bir ölkə yoxdur ki öz xalqlarının milli huquqlarını ayaq atına qoysun və eyni halda inkişaf yoluna düşə bilsin.

Azərbaycan Milli Hökümətin bir illik nailiyətləri göstərdi ki, əgər 12 Şəhrivər müraciətnaməsinin həyata keçməsi Azərbaycanda və ölkənin başqa Əyalətlərində də davam etsəydi, onda şübhəsiz, İran geri qalmiş vəziyətdən xilas olub, inkişaf etmiş mütərəqqi istiqamətdə yolunu davam edərdi. Amma, daxili irtica və dunya imperiyalist quvvələrin mənafeyi İran xalqlarin mənafeyi ilə ziddiyətdə idi, və onun ilə barışa bilməzdi. Elə həmin səbəbə görə, onlar tapdalamaq yolunu seçdilər. Azərbaycan xalqını öz müqəddəratını təyin etmək günahına görə qana qəltan elədilər, və onun davamında , 28 Mordad 1332 il ki dövlət çevrişi iıə istibdad və diktatorluqu uzun illər ölkəyə qaytardılar.

1357-nci Bəhmən İnqilabi dövlət çevrilişi ilə hökmranlıqa son qoydı. Azərbaycan xalqi İranın başqa xalqları ilə bir yerde İnqilabın qələbəsində həl edici təsiri oldu. İnqilabın qələbəsi ilə, İran xalqları yənə də imkan tapdılar ki öz müqəddəratlarına hakim olsunlar. Amma İnqilabdan soradaki hadisələr, daxili və xarici əks-inqilab hərəkətlər, yenədə vəziyəti keçmişə qaytardı.

71 il 12 Şəhrivər Müraciətnaməsının nəşr olunmasından keçib. Dünyada böyük dəyişiklər olub. Xalqlar huququ və onların ana dilləri rəsmiyətə tanınıb. Amma bu Müraciətnamənin 12 bənddə olan tələblərinin heç biri İranda həyata keçirilmiyib. Azərbaycan Demokrat Firqəsi belə inanır ki İranda yaşıyan xalqların huquqları bərpa olmadan, demokratik azadlıqlardan danışmaq mənasiz dir. Necə ki, qadınlar, cavanlar, ziyalılar, fəhlələr və əkinçilərin huquqlarına əməl etmədən, azadlıqın da mənası yoxdur.

İslam Cumhuriyətin rəhbərləri ki özlərini İnqilab varisləri kimi aparırlar, bütün var göcləri ilə çalışıblar ölkənin əsas qanunun da xalqın xeyrinə olan maddələri ayaq altında taptalasınlar. O cumlədən, əsas qanunun 15-nci və 19-nci maddələri ki, az da olsa, İran xalqlarının ana dil huququna ayiddir.

İslam Cumhurı rəhbərləri tərəfindən, xalqların huquqları və demokratik azadlıqların belə tapdalaması, ola bilər ölkəyə və İran əhalisinə çox xoşa gəlməz nəticələr bəxş etsin. Məntəqədə və qonşı ölkələrdə , insanların başına gələn dəhşətli hadisələr, belə nigarançılıqa artır.

Həmin səbəbə görə, ölkənin butun siyasi təşkilatları gərək diqqətlə hadisələri izləsinlər, İslam jumhuri dovlətin əleyhinə əhalini bir vahid cəbhədə birləşdirib, və beləliklə öz tələblərinə görə onları geri çəkilməyə vadar etsinlər.

Azərbaycan Demokrat Firqəsinin Mərkəzi Komitəsi.

1395-nci ilin Şəhrivər ayı.

Go Back

Comments for this post have been disabled.