Menu

Azərbaycan Demokratik Firqəsi

header photo

ADF-nin katibliyinin elanı

28 fevral 2015-ci il (9 esfənd 1393) tarixdə ADF-nin Mərkəzi Komitəsinin növbədənkənar plenumu keçirilmişdir.

Plenumda ADF MK-nın vəfat etmiş sədri yoldaş Ə. Lahrudi və başqa vəfat etmiş MK üzvlərinin xatrəsi 1 dəqiqəlik sükutla yad edilmişdir. Yeni sədrin seçilməsi ilə əlaqədar, Mk İH-nin yekdil namizədi Valeh Quluzadə plenum iştirakçılarına təklif olundu.

Təklif müzakirə olunub və Mərkəzi Komitənin üzvlərinin yekdil səsi ilə qəbul olunmuşdur. Beləliklə yoldaş Valeh Quluzadə Rza oğlu

ADFMK-nın yeni sədri vəzifəsinə seçilmişdir.

Sonda bəzi başqa təşkilati məsələlər haqqında müzakirə olunub yekdil səslə qərarlar qəbul olunmuşdur.

Plenum iştirakçıları yeni sədri təbrik edərkən, ona uğurlar diləyib, Firqə yolunda öz əməkdaşlıqlarına söz verdilər.

ADF-MK katibliyi

28 fevral 2015-ci il

Go Back

Comments for this post have been disabled.