Menu

Azərbaycan Demokratik Firqəsi

header photo

21 Azər Hərəkatının 74-cü ildönümü münasibətilə Azərbaycan Demokrt Firqəsi Mərkəzi Komitəsi sədrinin təbriki

21 Azər Hərəkatının 74-cü ildönümü münasibətilə

Azərbaycan Demokrt Firqəsi Mərkəzi Komitəsi sədrinin təbriki

Əziz vətəndaşlar, dostlar və yoldaşlar!

İcazənizlə Azərbaycan Milli Hökümətin yaranması münasibəti ilə hamınızı ürəkdən təbrik edib, sevincimi sizinlə bölüşmək istəyirəm. 74 il öncə tarixi zərurət əsasında S.C.Pişəvəri və onun silahdaşlarının apardığı gərgin mübarizə nəticəsində 21Azər hərəkatının qələbə çalaraq Azərbaycan Milli Hökümət yarandı. Azərbaycan Milli Hökuməti, Qazi Məhəmmədin rəhbərliyi altında yaranan Mahabad Cümhuriyyəti ilə birlikdə qısa zaman kəsiyində məntəqədə köklü siyasi, iqtisadi və mədəni dəyişiklərin baş verməsinə səbəb oldu. Milli hökumətin gördüyü işlər və etdiyi xidmətlər Azərbaycan xalqının şüuruda dərin iz salmışdır. Bu iz və xatirələr  gələcəkdə Azərbaycan və İranın başqa bölgələrində köklü dəyişiklik və inkişafın mənbəyinə çevrilə bilər.

Mürtəce mərkəzi dövlət, onun əlaltısı olan feodalların təxribatlarına baxmayaraq Azərbaycan Milli Müxtar Hökuməti ictamiyyətin zəhmətkeş və orta təbəqəsinin xeyrinə müxtəlif qanunları qəbul edib onları icra etdi. Milli hökümət həyata keçirdiyi siyasi, iqtisadi və mədəni tədbirlərin təkcə İranda deyil, bütün orta şərq də misli görünməmişdir. İcazənizlə burada şahidi olduğum bu görülən tədbirlərdən bir neçə nümünəsini sizlərə bəyan etmək istəyirəm.

  • Ölkəmizin tarixində ilk dəfə olaraq qadınlarımız seçib, seçilmək hüququna sahib oldular. Kişilərlə bərabər məclis, əyalət, vilayət, mahal və kənd əncümənləri seçkilərində iştirak etmək haqqına yiyələndilər.

-   Təhsilin bütün  pillələrində ana dilində təhsil almaq rəsmiyyət tapdı. Bu haqq Azərbaycanda yaşayan başqa dillərə mənsub azlıqlara da şamil olurdu.

 -   25.01.1325-ci ildə Təbrizdə 600 nəfərdən ibarət təşkil olan kəndçilər qurultayında torpaq islahatı üçün malik-rəiyyət arasında münasibətlərin dəyişməsi müzakirələrindən sonra Xalisə və Azərbaycandan qaçıb milli hökumətə qarşı vuruşan mülkədarların torpaqları müsadirə olunaraq torpaqsız kəndçilər arasında bölünməsi qərara alındı. Kənd təsərrüfati idarəsi vasitəsi ilə mülkədar və kəndçi arasında ikitərəfli razılıq əsasında münasibətlər dəyişdi.

-   Milli hökumətin çıxardığı iş və sığorta qanunlarına əsasən, 8 saat iş vaxtı qərara alınması, cümə günləri  istirahət günü təyin olunması, rəsmi tətil günlərin maaşlı olması, illik məzüniyyət günlərin olması, ildə iki dəst iş geyiminin verilməsi, həmkarlar ittifaqının yaradılması və bu təşkilatın vasitəsi ilə fəhlə və sahibkar arasında münasibətlərin nizamlanması, hər bir fabrik, zaodda minimum, əlavə əmək haqqı və gecə işləməsi üçün əmək haqqının veriməsinin nizama salınması, 13 yaşından aşağı uşaqların işləməsinin qadağan olunması13-16 yaşında olan yeni yetmələrin yalnız peşə oöyrənməsi ilə əlaqədar iş vaxtı 4 saat maaşlı olması. Maaşın ödənilmə qaydaşı, fəhlələrin maaşının ödənilməsinin vacib şərt olması, münaqişələrin həlli şurasının yaradılması, kişilərlə qadınların maaş bərabərliyinin olması. Qadınların ağır işlə məşğul olmalarının qadağan olunması. Hamilə qadınların doğuşdan öncə və sonra altı həftə maaşlı istirahətə çıxması. Uşaqlı qadınlara süd vermək üçün hər üç saatda yarım saat istirahət verilməsi. Kooperativlərin təşkili və fəhlələr üçün etiraz hüququ tanımaq, bir may günü Beynalxalq Fəhlələr günü rəsmi bayram kimi qeyd edilməsi rəsmiyyət tapdı.

-  25.03.1325-ci ildə Təbriz də ilk dəfə olaraq Azərbaycan fəhlələrinin qurultayı keçirilərək iş və sığorta qanunlarının icrası yolları müzakirə olundu. Fəhlələrin yaşayış şəraitinin yaxşılaşdırılması ilə yanaşı, istehsalın artırılması yollları da müzakirə edildi.

-  Mərkəzi hökumət xalqın milli bankda olan 150 milyon əmanətini Terana köçürməsinə, Azərbaycandan başqa məntəqələrə ixrac olan malların pulunun qaytarılmasının qarşısını almasına və beləliklə milli hökümətə iqtisadi təzyiq etməsinə   baxmayaraq, Azərbaycan hökuməti daxili sənaye istehsalının inkişafı üçün tədbirlər həyata keçirməyi qərara aldı. Bu tədbirlərə əsasən milli hökumət istehsalın yaxşılaşdırılması üçün müxtəlif yollarla zavodlara maliyyə yardımı etməyə başladı

- Maliyyə və iqtisadiyyatın inkişafı üçün milli hökumət 50 milyon kapital yatırımı yatırmaqla Azərbaycan Milli Bankını təsis etdi. Sələmçiliyin qaşısını aldı. Kooperativ və dövlət mağazalarını yaratmaqla zərüri məhsulları uçuz qiymətlərlə xalqın ixtiyarında qoydu. Bir milyon rial qiymətli kağız(pul) çap etməklə ictimaiyyətdə yaranmış nağd pul böhranının qarşısını aldı.  Birbaşa vergitutma yolu ilə dövlətin gəlirini artırdı.

- Milli hökumətin yaranmasından 70 ildən artıq keçməsinə baxmayaraq, xalqın yardımı ilə o dövrdə görülən abadlıq və inşaat işlərindən demək olar ki, hər bir məntəqədə indi də  yadgar olaraq qalmaqdadır. O cümlədən, Azərbaycan Milli bankı, Azərbaycan Milli Məclisi, Qızlar gimnaziyası, Təbriz universiteti... Təbriz müzeyi, Təbriz və başqa şəhər, qəsəbələrdə onlarla məktəb, idman sarayları, kinoteatrı, yığıncaq salonları, Küçələrin asfalt olunması, Parkların salınması, kəndlər arası yolların çəkilməsi. Körpülərin tikilməsi və təmiri. Kəhrizlərin və su anbarların tikintisi, buna bənzər bir çox işlərin görülməsini göstərmək olar.

- Səhiyyə və xalqın sağlamlığı sahəsində ciddi addmalar atıldı. O cümlədəm, müxtəlif məntəqələrdə 50 xəstxana və sağlamlıq mərkəzlərinin açılması. Müxtəlif kənd və qəsəbələrdə tibb ocaqlarının yaradılması. Yolxucu xəstəliklərlə mübarizə məqsədilə vaksinasiya üsulunu öyrətmək üçün təlim mərkəzlərinin açılması. Təbriz universitetində tibb fakültəsinin yaranması. Mamalıq öyrətmə mərkəzlərinin açılmasını ad aparmaq olar.

  • İbtidai məktəblər üçün dərsliklərin çap edilərək Azərbaycanın müxtəlif yerlərinə göndərilməsi. Azərbaycan çapxanasının təşkili, Təbriz və başqa şəhərlərdə 50 növ mətbuatın nəşri. Cavanlar və qadınlar üçün idman salonlarının yaradılması. Təbriz və şəhərlərdə şair-yazıçılar cəmiyyətinin təşkili və onlar üçün hər cür şəraitin yaradılması. Kənd, şəhər və zavodlarda savadsızlıqla mübarizə aparmaq üçün gecə kürslarının təşkili, Azərbaycan Milli Hökümətinin mədəniyyət sahədə gördüyü əsas işlərdən sayılır.
  • İncəsənət sahəsində Azərbaycan Milli Teatrının bərpası, staşlı aktyor və gənc oğlan-qızlar  qrupunu  yaradaraq onlar vasitəsilə Azərbaycan şəhərlərində müxtəlif ssenarilərin icra ediməsini göstərmək olar. Həmçinin ilk dəfə olaraq Təbrizdə müasir şəkildə musiqi ansanbılı təşkil olaraq öz fəaliyyətinə başladı. Musiqi sahəsində onlarla incəsənət xadimləri və rəqqaslar tərbiyə olundu.
  • Milli təhlükəsizliyi qorumaq üçün polis və jandar sistemini ləğv edərək hüquq-muühaizə orqanlarının başında xalqın rəğbətini qazanmış şəxsləri təyin etdilər. Əski jandar və polisləri fədailər nəzarətində xidmətə cəlb etdilər. Bu könüllü fədai dəstələri quldurları məhv etməklə ölkədə elə bir əmin-amanlıq hökm sürdü ki, buheyrətedici tədbir milli hökumətin düşmənlərini də təəccübləndirdi.
  • Çıxarılan qanuna əsasən nizam-intizam qüvvələrin fərdi və ictimai əxlaqsızlığa qarşı amansız mübarizələri nəticəsində demək olar ki, təqribən fahişəlik, rüşvətxorluq, narkomanların kökü kəsildi. Bu barədə bir çox tarixçilər eyni fikirdədirlər.
  • 25.01.1326-ci ildə sınaq olaraq Təbriz radiosundan “Danişir Təbriz” səsi eşidilərkən hər bir azərbaycan və İran azadlıqsevərləri ürəkdən sevindilər.

Yuxarıda qed olunanlar Azərbaycan Milli Hökumləti tərəfindən bir il müddətində həyata keçirdiyi çoxşaxəli tarixi xidmətlərdən bir damladır. Təbbi ki, Azərbaycan müxtar dövləti tərəfindən  görülən bu tədbirlərdən İran irticası və onun xarici himayədarları razı deyildi. Çünki ölkəmizin tərəqi və inkişafından  ölkə talançıları, qarətçiləri və onların qərb ağalarının-  Amerika-İngiltərə dövlətlərinin mənafelərinə zidd idi. Ona görə də Azərbaycan Milli Hökuməti və Mahabat Cümhuriyyətini devrimək üçün dəridən-qabıqdan çıxaraq min bir hiyləyə al atdılar. Nəhayət, Amerika və İngiltərənin yardımı ilə şah ordusu feodalları, məntəqə irticaçılarını təşkilatlandıraraq Azərbaycana vəhşicəsinə hüçum edərək ölkəmizi qan dəryasına boğaraq, oda çəkdilər. Minlərlə günahsız insanları qətliam etdilər, on minlərlə vətən övladları öz yurd-yuvasını tərk etməyə məcbur oldular. Azərbaycan Milli Hökümətinin devirldiyi tarixdən 73 il keçməsinə baxmayaraq, azərbaycanlılar  başqa xalqlarlar həmdil olub birgə mübarizə apararaq 1357-ci günəş  ildə Bəhmən inqilabı vasitəsi ilə şahlıq sülaləsinə son qoydular. Yəni Pəhləvi sülaləsi xalqın mübarizə əzmi ilə İran tarixindən silindi. Lakin çox çəkmədən İran xalqların bu inqilabı da qarşıya qoyduğu məqsətdən uzaqlaşaraq, məğlubiyyətə uğrdığının şahidi oluruq. yenə də irtica amansızca öz talançı siyasətini davam etdirmək üçün ölkə xalqlarına hakim olaraq vətənimizin mütərəqi və inqilabçı qüvvələrini məhv etməyə başladı.

Azərbaycan Demokrat Firqəsinin üzv və tərəfdarları!

Bildiyiniz ki, ölkəmiz dərin böhran içində çırpınır. Artıq bıçaq xalqın sümuyunə dirənib. 1398-ci ilin aban ayının qiyamı aydın şəkildə bu hərtərəfli böhranın dərinliyini göstərdi. Hakimiyyət xalqın bu üsyanından qorxaraq onu yatırmaq üçün qüvvələrini küçələrə çıxararaq ölkə əhalısinə vəhşicəsinə divan tutdu. Daxili böhrandan əlavə məntəqə və dünyanın şəraiti bu ağır böhranı daha da dərinləşdirmişdir. Bu mürəkkəb şərait ölkənin milli-demokratik və inqilabçı qüvvələrin vəzifəsini çətinləşdirərək neçə qat artırmışdır. Bu ağır şəraitdə düşmənin hiylələrini nəzərə alaraq hər cür ifratçılıqdan uzaqlaşamaq və bir yerdə olmaq günü zərurətinə çevrilmişdir.

İnanırıq ki, ölkəmizin xalqları çiyin-çiyinə verməklə bütün çətinliklərə sinə gərib və öz düşmənlərini dizə çökdürüb Azad, fravan və fedral İranı inşa etməyə qadir olacaqlar.

Bir daha Azərbaycan Milli Hökümətinin yaranmasının ildönümü münasibətilə bütün İran xalqlarını, Azərbaycan xalqını, ölkənin mütərəqqi və azadıqsevər qüvvələrini təbrik edirəm.

Siyasi məhbusları, şəhid ailələrini, xüsusilə aban ayının üsyanında şəhid olanların  ailələrini salamlayır, onların qarşısında baş əyirəm.

Bu ağır və təhlükəlı şəraitdə mübarizəni davam etdirən zəhmətkeşlərin, qadınların, gənclərin, tələbələrin, müəllimlərin, yazıçıların, incəsənət adamlarının və jurnalistlərin tək-tək əllərini möhkəm sıxıram.

Zülm içində yaşayan xalqımızın xoşbəxt yaşaması və ölkəmizin çəçəklənməsi ümidilə.

Dr.Adilə Çernikbülənd

1398-ci il  aban ayı

Go Back

Comment