Menu

Azərbaycan Demokratik Firqəsi

header photo

Azərbaycan Milli hökuməinin yaranmasının 76-ci ildönümü münasibəti ilə Azərbaycan Demokrat Firqəsinin Bəyanatı

 

 

Azərbaycan Milli hökuməinin yaranmasının 76-ci ildönümü münasibəti ilə Azərbaycan Demokrat Firqəsinin Bəyanatı

Əziz həmvətənlər!

76 il əvvəl, 1945-ci il dekabrın 12-də Azərbaycan Demokrat Firqəsi və Seyid Cəfər Pişəvəri məsləkdaşlarının  rəhbərlik etdiyi Azərbaycan Milli Hərəkatı qalib gələrək, Azərbaycan Milli Hökuməti quruldu.

Azərbaycanın muxtariyyəti uğrunda hərəkat Azərbaycanın bir sıra tanınmış mübarizlərinin və Seyid Cəfər Pişəvərinin 12 şəhrivər 1324-cü il tarixli müraciətnaməsinin  dərc olası habelə Azərbaycan Demokrat Firqısinin  yaradılması ilə başladı.

12 Şəhrivır bəyannaməsinin İran Məşrutə İnqilabı Konstitusiyasının Əyalət-Vilayət əncümənlərinin yaradılması və yerli işlərin, eyni ştatların sakinlərinin, ədalətli və zəhmətkeş Azərbaycan xalqının seçilmiş nümayəndələri tərəfindən idarə edilməsinə dair maddələrinə əsaslanıb. O müraciətnamədə Azərbaycan xalqını Rza şah və onun oğlunun diktatura rejiminin dövlət məmurları zülmündən xilas olub və öz müqəddəratlarını təyin etmək  məqsədi ilə muxtar hökumətni yaratmağa çağırırdı.

Müraciətnamənin birinci maddəsi belə başlayır:  – İranın istiqlal və təmamıtını saxalmaqla bərabr, Azərbaycan xalqına daxili azadlıq və mədəni muxtariyyət verilməlidir ki, edə bilsin özünün fərhəngi(mədəniyyəti) yolunda və Azərbaycanın abadalşması və tərqisi üçün ümumməməlkətin adilənə(ədalətli) qanunalərini gözləməklə bərabr, öz sərnüşətini(müqəddəratını) təyin etəsin.”

12  Müraciətnaməsinin mütərəqqi hədəfləri təkcə Azərbaycanla məhdudlaşmır, Həm də bu mütərəqqi və ədalətli hərəkatın bütün İranda yayılmasına çağırır. Məhz bu  amal və arzu ilə bu bəyannamə aşağıdakı cümlələrlə sona yetir: -  “ Biz evimiz olan Azərbaycandan başlayırıq və inanırıq ki, Azərbaycanın islahatı və inkişafı İranın tərəqqisinə gətirib çıxaracaq,  beləliklə da vətən, quldurlardan və mürtəcelərdən xilas olacaq”.

Azərbaycanda bu hərəkatın yaranmasının səbəblərini ümumilikdə üç amillə əlaqələndirmək olar. Birinci-  Azərbaycan zəhmətkeşlərinin acınacaqlı sosial-iqtisadi vəziyyəti, ikinci- Azərbaycan xalqının tarixi ənənələri, üsyan və mücadilələri, üçüncü isə- İkinci Dünya Müharibəsinin beynəlxalq şəraitində ölkənin vəziyyəti.

Rza şahın hakimiyyətinin başlanğıcına qədər İranın vəliəhdlik və ən inkişaf tapmış əyalətlərindən biri olan Azərbaycan o rejiminin 20 illik hakimiyyətində aparılan ayrı-seçkilik siyasəti nəticəsində, ictimai-iqtisadi tənəzzülə uğrayaraq xalqımız zülm və təhqir olunmuşdur. Beləliklə də vətənimiz Azərbaycan ölkənin geridə qalmış bölgələrindən birinə çevrilmişdi. İstibdad rejiminin, Feodalların ikiqat zülm və təcavüzü, zəhmətkeşlərin vəhşicəsinə istesmarı onları ölkənin başqa yerlərinə mühacirət etməyə məcbur etdi.

Məşrutə İnqilabının qələbəsi naminə xalqımız, Səttar xan, Bağır xan və Heydər Əmoğlunun rəhbərliyi ilə işğalçı  Çar Rusiyyəsinə və Məhəmmədəli şah Qacarın mürtəce qüvvələrinə qarşı qəhrəmancasına vuruşmuşdur. Həmçinin xalqımız XX əsrin ikinci onilliyində Şeyx Məhəmməd Xiyabanının başçılığı ilə daxili istibdada və ölkəni iki nüfuz dairəsinə bölən  Rus-İngiltərə müstəmləkəçi dövləttlərə qarşı qiyam etmişdir. 21 Azər hərəkatı başlanan zaman Səttar Xan və Şeyx Məhəmməd Xəyabaninin silahdaşlarından bəziləri hələ  də yaşayırdılar, hərəkat iştirakçıları onların parlaq təcrübələrindən yararlandılar.

Rza şahın Hitlerin fişist dövləti ilə əməkdaşlığı nəticəsində İran müttəfiqlər tərəfindən işğal olundu. Daim, mürtəce, talançı və xalqa qarşı mürtəce  siniflərin mənafeyini müdafiə edən İngiltərə müstəmləkəçi və imperialist hərbi qüvvələrinin Azərbaycana girib məskunlaşmasına imkan verilmədi.

Muxtariyyət uğrunda hərəkatın sürətlə inkişaf etməsi mürtəce mərkəzi hökuməti, soyğunçu feodalları və mülkədarları qorxuya şaldı. Lakin talançı xanların silahlı qüvvələrinin  və mərkəzi hökumətin jandarmalarının firqə qərargahlarına hücum etmələrinə baxmayaraq xalqın firqəyə üzv olub, hərəkatda iştirak etməsi dündən-günə artmaqda idi. İran Tudə Partiyasının Əyalət təşkilatının 60-mindən çox üzvü Azərbaycan Demokrat Firqəsinə qoşuldu. . Ölkənin başqa yerlərindən çoxlu İran Tudə Partiyasının zabitləri könüllü olaraq Azərbaycan hərəkatına qoşularaq Azərbaycan Milli Hökumətini mürtəce xanların və feodalların təcavüzkar silahlı qüvvələrinin hücumundan  qoymaq üçün xalqın fədai övlatlarını hərbi təlimlərə hazırlamağa başladılar. Milli müxtariyyət hərəkatı xalq tərəfindən elə alqışlandı ki, tezliklə kənd, rayon və şəhər şuralarını yaratmaq üçün xalq nümayəndələri seçildi. Bütün mərhələlər hazırlandıqdan sonra, nəhayət, 1945-ci il dekabrın 12-də Azərbaycan Milliəclisi fəaliyyətə başladı. Azərbaycan parlamenti Seyid Cəfər Pişəvəri rəhbərliyi ilə Azərbaycan Muxtar Hökuməti yaradıldı. Bu hökumət “Azərbaycan Milli Hökuməti” adlandırdı.

    Milli hökumət tez bir zamanda Azərbaycanda köklü iqtisadi və ictimai islahatlara başladı. Dövlətin xalisə, Feodalların habelə milli hərəkata xəyanət irticanın böyük mülkədarlarının torpaqları və mülkləri dərhal kəndlilər arasında bölündü. Kəndlilərə kömək etmək, kənd təsərrüfatını dirçəltmək üçün Fəlahət Bankı və Suvarma Maşınları Şirkəti yaradıldı. Demokratik Əmək Qanunu hazırlanmış və təsdiq edildi.

İşsizliyə qarşı ciddi tədbirlər görüldü. Zavodlar fəhlələrin nəzarəti altında işlədilərək yeni fabriklər yaradıldı. İctimai səhiyyə şəbəkəsi yaradıldı. Firqə təşkilatlarının rəhbərliyi altında xalq kəndləri, qəsəbələri və şəhərləri abadlaşdırmaq üçün çox çalışırdı.

Mədəni yüksəliş diqqət mərkəzində idi. Azərbaycan dilinin fars dili ilə yanaşı rəsmi dil elan edilməsi, ana dilində dərsliklərin nəşrinə, təhsilin inkişafına, savadsızlıqla mübarizəyə çox əlverişli şərait yaratdı. Universitetin yaradılması, mətbuatın inkişafı, milli radiosunun təsisi, “Maarif” və “Azərbaycan” mətbəələrinin yaradılması, Təsviri İncəsənət İdarəsinin, Dövlət Teatrının, Azərbaycan Milli Orkestri və Filarmoniyasının, Azərbaycan mədəniyyətin və ədəbiyyatın inkişafına töhfə verən şair və yazıçılar məclisi və s. Yaradılması inkişaf prosesini daha da sürətləndirdi....

İran tarixində ilk dəfə olaraq Azərbaycan qadınları kişilərlə bərabər Milli Məclis seçkilərində seçib- seçilmək hüquqlara sahib oldular. Milli hökumətin bir illik dövründə Azərbaycan ziyarətçilərinin fikrincə, bu bir illik dövrdə iqtisadi və sosial islahatlar Rza şahın iyirmi illik diktaturası dövründəkı aparılan islahatlrdan daha çox olmuşdur.

Amma İranın mürtəce monarxiya rejimi bu hərəkatın digər bölgələrə də yayılacağı qorxusu səbəboldu ki, mərkəzi hökumət İngiltərə və Amerika imperialist dövlətlərinin yardımı ilə beynəlxalq vəziyyətin dəyişdiyi bir zamanda Azərbaycana silahlı hücum etmək planını gündəliyə gətirdi. Şah hökumətin ordusu Azərbaycanın mürtəce xan və feodallarının silahlı dəstələri ilə birlikdə, “Azərbaycanın qurtuluşu”nu bəhanə edərək xalqın qəti-amına başyıb, yurdumuzu qan dəryasına çevir. Bu faşist qırğınında minlərlə insan öldürüldü, on minlərlə vətəndaşlarımız əsir götürülərək sürgün edildi və ya vətənlərini tərk etməyə məcbur edildi. Beləliklə, ağalarının və talançılarının zülmü yenidən Azərbaycan kəndlilərinin üzərində hakim oldu. Onların min bir əziyyətlə əldə etdikləri məhsullar qarət edildi.. Əslində, “Azərbaycanı xilas etmək” adı ilə talançıların maraqları qorunub-saxlanıldı.

Əziz həmvətənlər!

  Son onilliklər ərzində dünya xalqlarının mübarizəsi böyük nailiyyətlərə gətirib çıxarmış. O cümlədən, mötəbər beynəlxalq təşkilatlar tərəfindən ana dilində təhsil hüququnun insan hüquqlarının bir hissəsi kimi tanınmasıdır. Amma bu böyük və dəyərli nailiyyət bəzi fərdlərin, qrupların şüurlu yaxud şüursuz şəkildə muxtariyyət və özünüidarəetmə hərəkatını öz ana dilində təhsil hüququna çevirməsinə gətirib çıxarıb. Qeyd edək ki, Azərbaycan Mili Muxtariyyət Hərəkatının lideri Seyid Cəfər Pişəvərinin də hər zaman vurğuladığı kimi, ana dilinin rəsiyyətə tanınması milli hərəkatın tələblərinin yalnız kiçik bir hissəsidir. Azərbaycan xalqının tələblərinin əsasını bütün insanların, xüsusilə də zəhmətkeşlərin mənafeyi naminə sosial ədalətin bərqərar olması, mərkəzi hakimiyyətin xalqa qarşı olan ayrı-seçkilik siyasətin aradan qaldırılması yalnəz xalq özünüidarəetməkdədir.

Azərbaycan Firqəsinin fikrincə, təkcə İranda yaşayan müxtəlif xalqlar bərabər hüquqlu olmaq deyil, həm də bun baxımdan ölkəmizin zəhmətkeş əhalisinin böyük əksəriyyəti  bir-birilə eyni problemləri yaşamaqdadır. Onlar birlikdə mərkəzi hakimiyyətin apardığı siyasətdən əziyyət çəkir və sosial ədalətdən məhrumdurlar. hüquq-mühafizə orqanlarından məhrum olan müxtəlif etnik qruplar bərabər hüquqlara malik olmalıdırlar. sosial ədalət. Bu baxımdan şahlıq rejimi ilə Vilayəti-Fəqih hökuməti arasında heç bir fərq yoxdur. 

Ölkəmizidə yaşayan xalqının ümumi dərdləri tələb edir ki, onlar əl-ələ verib birlikdə  ictimai ədaləti bərqərar etmək üçün İslam Cümhuriyyəti rejiminin əbası altında gizlənən kapitalistlər və ölkənin sərvətlərini mənimsəyən möhtəkirlərlə mübarizə etməlidirlər. Bu zəmində bir qrup insanlar birlməyərəkdən və ya bilərəkdən, hətta, dünya  və mətəqənin mürtəce dövlətlərinin göstərişi ilə ölkədə yaşayan millətləri bir-birlərinə qarşı qoymaq istəyirlər. Fars xalqını ölkədəki fəlakət və bədbəxtliklərin səbəbkarı kimi göstərirlər. Xalqlar arasında parçalanma əsas səbəbin, yəni mərkəzi hökumətin və oliqarxiyanın xeyrinə olacaqdir. Çünki, həmin hökümət tərəfindən gizli yollarla xalqlar arası parçalanma siyasəti qızışdırılır.

Azərbaycan xalqının milli hüquqlar uğrunda mübarizəsi, İranın ərazi bütövlüyü çərçivəsində daxili muxtar hökumətin qurulması, azadlıq və sosial ədalətdən istifadə etməbərqərar olması ölkədəki bütün zəhmətkeşlərinin Vilayəti-Fəqih diktaturasına qarşı apardığı mübarizənin tərkib hissəsidir.

Azərbaycan Demokrat PartiyasıFirqəsi bu birgə mübarizədə qalib gəlmək üçün bütün demokratik, mütərəqqi, milli, regional siyasi partiya və təşkilatları vahid cəbhədə fəaliyyət etməyə çağırır və belə bir mübarizəni dəstəkləyir.

   Ölkəmizdə yaşayan xalqların birgə mübarizəsinə və İran Federativ Respublikasının yaranmasına doğru!

   Azərbaycan Demokrat Firqəsi Mərkəzi Komitəsi

  19 azər 1400

09 dekabr 2021

Go Back

Comment