FİRQƏ VƏ DÖVLƏTİN ƏSAS MƏSƏLƏLƏRİ HAQQINDA MƏRKƏZİ KOMİTƏNİN ÜMUMİ İCLASINDA
Mərkəzi Komitənin keçmiş ümumi iclası nə şərait altında toplanmışdı?
Mərkəzi Komitənin keçən ümumi iclası ağır bir vəziyyətdə təşkil olunmuşdu. O vaxt kəndlilər və firqə şöbələri jandarm cəlladları vasitəsilə böyük təzyiq və fişarlara məruz qalmış idi. Gündə yüzlərcə kəndli jandarm zülmündən fərar edib firqə komitəsinə pənah gətirir, oradan imdad və kömək tələb edirdilər. Zindanlar, cürbəcür bəhanələr üzrə toqif edilən kəndlilər ilə doldurulmuşdu. Balaxərə bütün dövlət dəstgahı bizim milli hərəkatımızı boğmaq üçün ayağa qalxmışdı. Tehran hökuməti firqə təşkilatını mənhəl etmək, firqəmizin rəhbərlərini öldürüb meydandan …