FİRQƏ VƏ DÖVLƏTİN ƏSAS MƏSƏLƏLƏRİ HAQQINDA MƏRKƏZİ KOMİTƏNİN ÜMUMİ İCLASINDA
Mərkəzi Komitənin keçmiş ümumi iclası nə şərait altında toplanmışdı?
Mərkəzi Komitənin keçən ümumi iclası ağır bir vəziyyətdə təşkil olunmuşdu. O vaxt kəndlilər və firqə şöbələri jandarm cəlladları vasitəsilə böyük təzyiq və fişarlara məruz qalmış idi. Gündə yüzlərcə kəndli jandarm zülmündən fərar edib firqə komitəsinə pənah gətirir, oradan imdad və kömək tələb edirdilər. Zi…