Menu

Azərbaycan Demokratik Firqəsi

header photo

Blog posts : "Daxili Xəbərlər"

ŞƏHİDLİK ZİRVƏSİNƏ YÜKSƏLƏN DOKTOR NÜSRƏT BAĞERİ


ŞƏHİDLİK ZİRVƏSİNƏ YÜKSƏLƏN DOKTOR

NÜSRƏT BAĞERİ

(1904 - 1946)

Təbriz şəhərində "Kərim xan meydanı" yaxınlığından keçənlər doktor Nüsrət Bağerinin həkimxana tablosuna cəlb olardı.Şəhərin birinci və ikinci nahiyələrində yaşayan ailələrin əksəri onunla daha yaxından tanış idilər.Hamı onu nəcib insan, məharətli həkim kimi tərifləyirdi. Ona görə də onun həkimxanasına müraciət edənlərin sayı nisbətən çox idi.Rza xan diktatorluğu dağıldıqdan sonra bu həkimxanaya gət - gel…

Ətraflı

AZADLIQ FƏDAİSİ QULAMHÜSEYN NASİRİ

AZADLIQ FƏDAİSİ QULAMHÜSEYN NASİRİ

(1906 - 1946)

Qulamhüseyn Nasiri ucaboy, alagöz bir adam idi.Onun zahiri, şəxsi əlamətləri haqqında başlıca olaraq yuxarıdakı cümlə ilə qənaətlənmək, mənəvi keyfiyyəti də əsasən bir neçə sözlə qeyd etmək olar.Nasiri hər cürə ictimai ədalətsizliyin düşməni, heç nədən qorxmayan mübariz, düzgün, tədbirli fərmandeh və gözəl bəşəri xüsusiyyətlərə malik bir insan idi.Lakin onun bir sıra zahiri əlamətləri ilə daxili xüsusiyyətlərini müqayisə etdikdə za…

Ətraflı

21 Azər hərəkatının şəhidi ƏHMƏD CÖVDƏT (1911 - 1946)


21 Azər hərəkatının şəhidi ƏHMƏD CÖVDƏT

(1911 - 1946)

1290 - cı şəmsi ilində (1911) Təbriz şəhərində anadan olmuş Əhməd Cövdət ibtidai və orta məktəbləri imtiyazla qurtardıqdan sonra ,

1314 - cü ildə (1935) Tehranın hərbi əfsərlik  (zabitlik) məktəbinə daxil olur.İki il sonra, həmin məktəbi topxana ixtisası üzrə leytenantlıq rütbəsilə qurtaran Cövdət İran ordusunun müxtəlif hissələrində xidmət edərkən oğru və cinayətkar fərmandehlər əleyhinə mübarizə …

Ətraflı

HÜSEYN CƏLAYİ KİMDİR? (1903 - 1946)

HÜSEYN CƏLAYİ KİMDİR?

(1903 - 1946)

İrtica və imperializmə qarşı mübarizələrdə şəhid olmuş qəhrəman fədailərdən biri də Hüseyn Cəlayidir.

Cəlayi Hüseyn İbrahim oğlu 1282 - ci ildə  (miladi 1903 - cü il) Ərdəbil şəhərində sənətkar ailəsində (başmaqçı) anadan olmuşdur.Hüseyn də bir çoxları kimi uşaqlıq dövrünü ağır məhrumiyyətlər içərisində keçirmiş olsa da, müəyyən müddət məktəbdə təhsil almağa imkan tapır.Ancaq illər ötdükcə yaşayış və məktəb xərclərinin art…

Ətraflı

AZƏRBAYCAN MİLLİ HÖKUMƏTİNİN SƏRHƏNGİ (POLKOVNİKİ) QULAMRZA CAVİDAN

AZƏRBAYCAN MİLLİ HÖKUMƏTİNİN

SƏRHƏNGİ (POLKOVNİKİ)

QULAMRZA CAVİDAN

(1911 - 1947)

1290 - cı ildə (miladi 1911) Sərabda kəndli ailəsində anadan olmuş Qulamrza Cavidan azadlıq yolunun mübarizlərindən biri olmuşdur.Bilikli, açıq fikirli və mətin iradəli Qulamrza Cavidan öz şərəfli həyatını vətənin istiqlalı və xalqın azadlığı uğrunda mübarizədə qurban vermişdir.

Rza xan diktatorluğunun süqutundan sonra demokratik hərəkatın yenidə…

Ətraflı

AZƏRBAYCAN MİLLİ HÖKUMƏTİNİN SƏRHƏNGİ CƏFƏR SOLTANİ AZAD

AZƏRBAYCAN MİLLİ HÖKUMƏTİNİN

SƏRHƏNGİ CƏFƏR SOLTANİ AZAD

(1917 - 1947)

Cəfər Siltani Azadın öz məslək yoldaşlarına dəqiq və həssas yanaşması, onlara bəslədiyi incə, təsirli və qayğılı münasibət onun dostlarının yadından heç vaxt çıxmaz.Soltani Azadın nə tək yaxın dostları, hətta onunla bir neçə dəfə təsadüf edən adamlarda bu gözəl insani xüsusiyyətləri dərhal hiss edər və onların məftunu olardılar.İnsan ləyaqətinə, insanlara olduğu kimi yüksək qiymət vermək, onların şər…

Ətraflı

AZƏRBAYCAN MİLLİ HÖKUMƏTİNİN SƏRHƏNGİ, QARADAĞ FƏDAİLƏRİNİN BAŞÇISI MƏHƏMMƏD AGAHİ

AZƏRBAYCAN MİLLİ HÖKUMƏTİNİN SƏRHƏNGİ, QARADAĞ FƏDAİLƏRİNİN BAŞÇISI MƏHƏMMƏD AGAHİ

(1909 - 1947)

Silahlı qüvvələr Rza xan diktatorluğunun hərbi dayağı olduğu üçün burada məmləkətin başqa sahələrinə nisbətən daha şıddətli terror və təqib hökm sürməkdə idi.Ona görə də diktatorluğun yıxılması ilə genişlənməyə başlayan azadlıq hərəkatı qoşun hissələri daxilinə daha tez və güclü təsir etdi.İran xalqlarının yaxşı oğullarından olan bir çox zabitləri bu hərəkata qoşulara…

Ətraflı

MAHMUD QAZİ ƏSƏDULLAHİ


MAHMUD QAZİ ƏSƏDULLAHİ

(1912 - 1946)

Azərbaycan xalqının azadlıq hərəkatının mərd oğullarının yaşadıqları həyat heç də asan olmamışdır.Onların keçdiyi şanlı 21 Azər hərəkatının ən fədakar iştirakçılarından, Azərbaycan Xalq Qoşunlarının ləyaqətli zabitlərindən biri olan sərhəng (polkovnik)

Mahmud Qazi Əsədullahi də bu mücahidlər sırasında özünəməxsus şərəfli yer tutur.

1325 - ci ilin (1946) Azər ayında şahənşah ordu…

Ətraflı

AZADLIQ FƏDAİSİ MİR ƏYYUB ŞƏKİBA


AZADLIQ FƏDAİSİ MİR ƏYYUB ŞƏKİBA

(1903 - 1946)

Şanlı 21 hərəkatının görkəmli fədailərindən biri də Mir Əyyub Şəkibadır.1282 - ci Şəmsi ilində ( miladi 1903 - cü il) Astara şəhərində anadan olmuş Mir Əyyub Şəkiba özünün şüurlu həyatını İran xalqlarının azadlıq və istiqlal uğrunda mübarizəsinə həsr etmişdir.O, hələ"Sadiqiyyə" mədrəsəsində oxuduğu və sonralar həmin mədrəsədə dərs verdiyi vaxtlar da xalqla üzvi surətdə bağlı olmuş, səltənət rejiminin törətdiyi faciələrin, cəmiyyə…

Ətraflı

MƏHRUMLARIN ATASI DOKTOR SEYİD MƏHƏMMƏDHÜSEYN MÜBƏYYİN

MƏHRUMLARIN ATASI DOKTOR SEYİD

MƏHƏMMƏDHÜSEYN MÜBƏYYİN

(1927 - 2015)

Doktor Seyid Məhəmmədhüseyn Mübəyyin

1306 - ci ildə (1927)Təbrizin qədim məhəllələrindən olan Çərəndabda anadan olmuşdur.O, orta təhsilini Təbrizin " Mərifət " məktəbində almış, Kirmanın "Pəhləvi" məktəbində davam etdirmiş,1328- ci ildə (1949) Təbriz Tibb Universitetində oxumuş və 1334 -cü ildə (1955) ali məktəbi tamamlamışdır. Hərbi vəzifəsini yerinə yetirdikdən sonra doktor Mübəyyin 1962 - ci il…

Ətraflı

HƏSƏN BƏXTİYARİ

HƏSƏN BƏXTİYARİ

(1922 - 1946)

Günlər keçdikdə, aylar, illər ötdükcə keçmiş hadisələr tez - tez xatırlanır, yaşıl donlu ormanlar, zirvələri ağ çalmalı dağlar, coşqun çaylar bir daha yada düşür.Bu xatirələr yalnız insanı vətənin təbiəti ilə deyil, həm də onun səadəti və istiqlalı uğrunda çarpışan qəhrəman fədailərimizin həyat və mübarizəsini yada salmağa vadar edir.

Bu mərd və mübarizlərin sırasında olan Həsən Bəxtiyari də öz…

Ətraflı

QURBANƏLİ ARYANTAŞ


QURBANƏLİ ARYANTAŞ

(1921 - 1946)

Azərbaycan xalqının milli istiqlaliyyəti uğrunda mübarizələrdə şəhid olan qəhrəmanlardan biri də Qurbanəli Aryantaş olmuşdur.O, 1300 - cü ildə (1921) Təbriz şəhərində anadan olmuşdur.Gənc yaşlarından işləyib ailəsinə kömək etmiş, bütün maddi çətinliklərlə bərabər, təhsilə həvəskar olduğu üçün "Ədəb" məktəbində ibtidai təhsilini başa vurmuşdur.O, ucaboy, cəsarətli, yoldaşlarına səmimiyyətlə yanaşan bir gənc idi.Qurbanəlinin ailəsinin onun orta məktə…

Ətraflı

ƏMƏN XAN BƏXŞBƏYİ

ƏMƏN XAN BƏXŞBƏYİ

(1894 - 1946)

Xalqımızın azadlıq və səadəti uğrunda öz həyatını qurban vermiş olan mətin və fədakar mübarizlərdən biri də Əmən xan Ağakişi oğlu Bəxşbəyidir.O, 1273 - cü Şəmsi ilində (1894) Ərdəbil ətrafındakı Şişəgəran kəndində yoxsul kəndli ailəsində anadan olmuşdur.Hələ cavan yaşlarında dözülməz feodal istismarı nəticəsində öz doğma yurdunu tərk etməyə məcbur olan Əmən bir dəstə öz həmkəndliləri ilə birlikdə sənaye mərkəzlərindən birinə gedir və orada fəhləlik…

Ətraflı

SƏHİD ŞAİR SƏDİ YÜZBƏNDİ


"AZADLIĞIN HEÇ VAXT SÖNMƏZ ÇIRAĞI"-

SƏHİD ŞAİR SƏDİ YÜZBƏNDİ

(1918 - 1946)

Cənubi Azərbaycanın elə bir guşəsi tapılmaz ki, özünün yeraltı, maddi nemətləri, gözəl təbiəti və xoş iqlimi , yetirdiyi söz ustadları , cəsarətli mübariz oğulları ilə diqqəti cəlb etməsin. Yüzbənd kəndi Cənubi Azərbaycanın Qaradağ mahalında yerləşən gözəl xüsusiyyətlərə malik yaşayış məntəqələrindən biridir.Qaradağ yeraltı sərvətləri,münbit torpağı , gözəl havası, könül açan yaşıl bağları in…

Ətraflı

FƏDAİ MƏHƏRRƏM İNŞAİ


FƏDAİ MƏHƏRRƏM İNŞAİ

21 Azər hərəkatı xalq hərəkatı kimi əsas hərəkətverici qüvvə olan fəhlə və kəndli təbəqələrindən əlavə bir çox zümrələri də əhatə etmişdir.Ona görə də hərəkat iştirakçıları içərisində müxtəlif peşə sahibləri vardır. Məhərrəm İnşayi kəndli təbəqəsinə mənsub təcrübəli neft və kimya mühəndisi idi.Müasir texnikadan başı çıxan neft elmi üsrə ixtisaslı olan Məhərrəm 1288 - ci ildə (1909, miladi) Ərdəbil vilayətinin Zərənas kəndində Mehdi kişinin yoxsul ailəsində a…

Ətraflı

XALQIMIZIN QƏHRƏMAN FƏDAİSİ VƏ ŞƏHİDİ ABBAS FƏTHİ


XALQIMIZIN QƏHRƏMAN FƏDAİSİ

VƏ ŞƏHİDİ ABBAS FƏTHİ

Abbas Fəthi 1276 - cı şəmsi ilində( miladi1897- ci il) Urmu şəhərində xırda malik (sahibkar, mülkədar) ailəsində anadan olmuşdur.Təhsilini doğma şəhərdə almışdır.Abbas əvvəl molla yanında, sonralar isə yeni üsul mədrəsələrində oxumaqla bərabər, mütaliə yolu ilə də öz biliyini artırmağa nail olmuşdur.Zehni cəhətdən nisbətən inkişaf etmiş və zəngin olan Abbasın simasındakı təbəssüm onun uca boyuna xüsusi yaraşıq verirdi.O,…

Ətraflı

ŞƏHİD QARDAŞLAR

ŞƏHİD QARDAŞLAR

"Gələcək zəhmət təri tökən, işin çoxluğundan əlləri qabar bağlamış insanlarındır.Həmin qabarlı əllər bütün zindanların və işgəncə yerlərinin qapılarını açacaq, bütün cəllad və zülmkarları məhv edəcəkdir.Gün gələcəkdir ki, bütün İran xalqını öz hüquqlarından məhrum edənlər, 

onların mədəniyyət və milli qürurlarını tapdalayanlar və öz ciblərini və kisələrini qızılla doldurmaq xatirinə zəhmətkeş insanları istis…

Ətraflı

ŞƏHİD FƏDAİ BƏHRAM NABİ

ŞƏHİD FƏDAİ BƏHRAM NABİ

Azərbaycan xalqı əsrlər boyu istilaçılara, zülm və istismara qarşı mübarizə aparmışdır.Bu mübarizələrin yüksək zirvələri olan üsyan və inqilabların hər biri öz dövrünə görə kütlələrin iştirakı və təşəkkül nöqteyi- nəzərindən müəyyən xüsusiyyətlərə malik olmuşdur. Keçmiş hərəkatın davamı və tamamlayıcısı olan 21 Azər nəhzətinin(hərəkatının) xüsusiyyətlərindən biri də təşkilin yüksəkliyi və bu hərəka…

Ətraflı

İran Tudə Partiyasının yaranmasının 80 illiyi ilə bağlı

İran Tudə Partiyasının yaranmasının 80 illiyi ilə bağlı

keçirilən mərasimdə Azərbaycan Demokrat Firqəsi Mərkəzi

Komitəsinin sədri Adilə Çernik Bülənd yoldaşın çıxışı

 

          Əziz yoldaşlar, ilk növbədə məni İran Tudə Partiyasının 80 illiyi ilə əlaqədar tədbirə  dəvət etdiyiniz üçün öz təşəkkürümü bildirir, Sizə cansağlığı, müqəddəs hədəfinizdə uğurlar və qələbə arzulayıram.

Yeri gəlmişkən …

Ətraflı

Azərbaycan Milli Hökumətin şəhid fədaisi Məmmədəli Ramitin

Azərbaycan Milli Hökumətin şəhid fədaisi

Məmmədəli Ramitin

Azərbaycan xalqının görkəmli fədai oğlu Məmmədəli Ramitin 1908 - ci ildə  (h.ş.1286) Sərabda kəndli ailəsində anadan olmuşdur.Təhsil illərində ərbabların kəndlilərə zülm etdiyini gördükdən sonra gənc ikən məmurlara qarşı çıxmış və azadlıq hərəkatına qoşulmuşdur.1941 -ci ildə ( 1320 ) xanlara, jandarmalara qarşı Sərab mahalında geniş kəndli hərəkatında fəal surətdə iştirak edir. Kəndlilər içərisində təbliğat işi aparmaq…

Ətraflı

20 blog posts