
Hamı şoka düşdü, O Birdən getdi !
Təəssüflər olsun ki, 1402-ci Günəş ilin Fərvərdin ayının ilk saatlarında (21 Mart 2023-cü il), Yeni ilin gəlişindən iki saat sonra, Azərbaycan Demokrat Firqəsinin zəhmətkeş əməkdaşı, Rəşid Şeybani qəflətən və ürək tutması səbəbindən xəstəxanada dünyasını dəyişdi !
Azərbaycan Demokrat Firqəsi öz ömürlük dostunun və köməkçisinin itirməsini, onun bacısı Fərəhnaz xanıma və ailəsinə, eləc…
DANEŞSƏRA SALONUNDA
Mən danışmaq qəsdi ilə buraya gəlmişdim.Vəli bacılarımızın və qızlarımızın burada göstərdikləri ləyaqət və yararlıq məni məcbur etdi ki, bu ehsasatdan təşəkkür eləyim, burada Milli Hökumətdən təşəkkür elədilər.Mən deməliyəm ki, Milli Hökumət xalqımızdan başqa bir şey deyildir.İndi ki, siz təarüf eləyib təşəkkür elədiz, mən də Milli Hökumət adına sizlərdən səmimiyyətlə təşəkkür edirəm.İndi hamı xanımlar və ağalar ehsas ediblər ki, bizim yolumuz səadətə gedir.Mən iki il bu…
MALİYƏT BARƏSİNDƏ
Biz maliyat barəsində çox təkid etməliyik və bu mövzu indiyə kimi neçə dəfə təkrar olmuşdur.
Maliyatı biz ondan ötrü alırıq ki, maliyat vasitəsilə ölkəmizin ehtiyaclarını rifah edək.Buna görə lazımdı ki, təzliklə maliyat cəm olsun və bir yerdə təmərküz tapıb ölkələrimizin lazımi məsrəflərinə yetişsin.Ağayi Həbib İlahiyə dedilər ki," Ajir" ruznaməsində indiyə kimi maliyat bər dər amədin əleyhinə çoxlu məqalələr yazılmışdır, ancaq bu cür deyildir..Biz…
POLKOVNİK MƏHƏMMƏDTAĞI XAN PESYAN
Məhəmmədtağı xan 1268 - ci ildə (miladi 1888, 5 aprel) fərvərvərdin ayının 25 - də Təbriz şəhərində anadan olmuş, Məşrutə hərəkatının qızğın dövründə həmin şəhərin " Loğmaniyyə" mədrəsəsində, Tehranda hərbi məktəbdə oxumuşdur.O zaman İranın jandarm adlanan silahlı qüvvələrinin bir hissəsinə, bunların təlim və tədris işinə,suvari əfsərlərə başçılıq etmişdir.Məhəmmədtağı xan da hərbi məktəbdə oxuduğu zaman tərcüməçilik və sonra da müəllimliklə məşğul o…
İran cəmiyyətinin problemləri və onların həll yollarının əsasları ilə bağlı
Azərbaycanın bir qrup demokratiya tərəfdarlarının bəyanatı
07/09/1401
Biz Azərbaycanın bir qrup demokratiya tərəfdarı olaraq ölkənin hərtərəfli inkişafı üçün aşağıdakı maneələri və problemləri həll etməyi zəruri hesab edirik.
İnanırıq ki, bu çözüm beynəlxalq standartlara və insan hüquqları, dil hüquqları, milli, dini və linqvistik azlıqlara mənsub insanları…
Seçki fərmanını xalq verir, haqqı vermir, götürüb qorumaq lazımdır
Xalqımız öz haqqını götürüb onu qorumağı bacarır, ona görə də firqə tez bir zamanda qərar qəbul edib onu həyata keçirməlidir.Tehranın irticaları öz vəzifəsini birdəfəlik icra etsinlər.
Qanunu dağıtdılar, konstitusiyanı bağladılar.Ona görə də azadlığı və konstitusionalizmi bərpa etmək üçün tədbirlərimizə etiraz edə bilməzlər.Seçki fərmanını xalq özü verir.Tehran özü bu yolu bizim qar…
Azərbaycan Respublikasında Qydiyyatda olan
“İranlı Mühacirlərin Cəmiyyəti İctimai Birliyi”nin dövri seçkilərin keçirilməsi
Cümə günü, 17 iyun 2022 il saat 12;00- da Azərbaycan Respublikasında Qydiyyatda olan “İranlı Mühacirlərin Cəmiyyəti İctimai Birliyi”nin Bakı şəhərindəki qərargahında dövri seçkiləri uğurla keçirildi.
Əvvəlcə Azərbaycan Demokrat Firqəsinin sədri Adilə Çernikbulənd yoldaş yiğıncaq iştirakçılarını salamladı, ümumxalq e…
AZADLIQ YOLUNUN ŞƏHİDİ MƏHƏMMƏDRZA XADİMİ
Məlum olduğu kimi təbiəti dəyişdirən, maddi nemətlər yaradan da, ictimai quruluşu dəyişdirib ədalətli şəklə salan, onu demokratikləşdirib yaxşılaşdıran da xalq kütlələridir.Zəhmətkeş xalq kütləsi bu istiqamətlərdə hərəkət edərkən hakim siniflər və bir sözlə irtica qüvvələri tərəfindən düzəldilmiş çoxlu maneələrə rast gəlir, xüsusilə ictimai quruluşu dəyişdirmək irtica qüvvələrinın elə şiddətli maneələrinə təsadüf edir ki, bunları çox vaxt ci…
LEV ZUVELUN (HÜSEYN NURİ)
Şanlı 21 Azər hərəkatının ən gözəl xüsusiyyətlərindən biri də onda təkcə azərbaycanlılar deyil, bir çox başqa millət nümayəndələrinin iştirak etməsidir.Biz bu xüsusiyyəti həm nəhzətin (hərəkatın) gedişində, həm nəhzətin sonrakı quruculuq işlərində, həm də şahənşah ordusunun hərəkat üzərinə xaincəsinə hücumu zamanı şəhid olan mərd mübarizlərin milli tərkibində görürük. Təsadüfi deyildir ki, şəhid olan mübarizlər içərisində qardaş fars,, kürd, assuri, yəhudi və…
BİZİ ÖZ HALIMIZA QOYSUNLAR
"Tehran ruznamələrinin biri firqəmizi enteğad edərkən yazmışdı ki azərbaycanlıların şikayəti yersizdir, çünki İranın ayrı əyalətlərinə də təvəcce edilməmişdir.
Biz ayrı əyalətlər barəsində bəhs etmək istəmirik. Mümkündür bu iddia çox həqiqətə yaxın olsun, vəli Azərbaycanın mərkəzi olan Təbriz şəhərini o məqaləni yazanlar gəlib görsə idilər təsdiq edərdilər ki, Cəndəğ və Bəndər Abbas ilə də bu məamilə edilməmişdir.Urmiyə (Rzaiyyə…
AZADLIQ HƏRƏKATININ MÜCAHİDİ
HEYDƏR XAN ƏMİOĞLU
Heydər Əmioğlu adı ilə məşhur olan Heydər xan Əfşar 1880 - cı ildə (şəmsi ili 1259 - cu il) Səlmas şəhərində (Rizaiyyə) anadan olmuş - dur.Heydər xan ibtidai və orta təhsilini Səlmasda, ali təhsilini isə Tiflis şəhərində almışdır.Bir müddət Bakı şəhərində elektrik mühəndisi işləmişdir.Özünün yazdığına görə, Heydər Əmioğlu hələ gənc ikən, yəni 15 - 16 yaşlarından siyasi mübarizəyə qoşulmuşdur.…
Məşrutə hərəkatı, Ş.M.Xiyabani hərəkatının mübarizlərindən və 21 Azər hərəkatının təşkilatçılarından biri sərhəng (polkovnik)
ŞƏHİD MİRZƏ NURULLA XAN YEKANİ
(1878 - 1947)
Qocaman inqilabçı Nurulla Ağa bəy oğlu Yekani 1878 - ci ildə (bəzi mənbələrdə 1873 - ci il) Mərəndin Yekanat mahalında anadan olmuşdur.
İbtidai təhsilini doğma kəndlərində almışdır. İran xalqlarının istibdada, zülmə qarşı başladığı Məşrutə hərəkatı Nurulla Yekani…
21 AZƏR ŞƏHİDİ TEYMUR MƏDƏDİ
1280 - 1325 (1901 - 1946)
Gərmrud mahalının Vərzeqan kəndində yoxsul kəndli ailəsində anadan olmuşdur.İranın hər tərəfində hökm sürən ərbab - rəiyyət münasibəti, rəhmsiz feodal istismarı Mədədini də hələ cavan yaşlarından mövcud quruluşdan narazı olanlar sırasına çəkib gətirmişdi.İctimai quruluşun törətdiyi maneələr onu da öz istedadından istifadə etməyə, öz zəhmətinin bəhrəsindən faydalanmağa qoymamışdır.O, nə tək oxuyub savadlanmaqdan məhrum olmuş…
Bir may Beynəlxalq Zəhmətkeşlər günü ilə
bağlı Dr.Məhəmmədhüseyn Yəhyai ilə müsahibə
Dr. Mohammad Hossein Yahyai, ölkəmizin siyasi, iqtisadi, mədəni və sosial sahələrinin tədqiqatçısı, araşdırmacısı və ekspertdir. Onun bir çox tədqiqatı məşrutə inqlabı dövründən bu günə qədər Azərbaycan xalqının azadlıq mübarizəsinə həsr olunmuşdur. Onun tədqiqatında 21 Azər hərəkəatı və Milli hökumətin yaranma zəmini ğzünəməxsus yer tutur. Bu sahədə yüzlərlə məqaləT müsahibə və kit…
ŞƏHİD CAVAD FÜRUĞİ ELYASİ
(1920 - 1960)
Əyyub Kələntərinin mübarizə yoldaşlarından biri də Cavad Firuği Elyasi Heydər oğludur. Cavad 1299 - cu ildə (1920)Təbrizdə fəhlə ailəsində anadan olmuşdur. Firuği Elyasi boya - başa çatdıqdan sonra atasına kömək etmək məqsədilə əmək fəaliyyətinə başlamış, ilk vaxtlarda sadə fəhlə kimi işləmişdir.Sonralar isə bənnalıqla məşğul olmuşdur.İranda, o cümlədən Azərbaycanda fəhlələrin ağır vəziyyətdə yaşamalarını o da öz həyatında dərindən hiss et…
ƏLİ QƏHRƏMANİ
(1904 - 1946)
Təbriz fəhlələrinin irtica əleyhinə apardıqları mübarizənin birinci sıralarında həmişə orta boylu, xoş qiyafə və qorxmaz bir fəhlənin siması hamının nəzərini özünə cəlb edərdi.Bu şəxs Təbriz zəhmətkeşləri içərisində öz qızğın mübarizəsilə məşhur olmuş, hamının tanıdığı Əli Qəhrəmani idi.
Əli Qəhrəmani 1283 - cü (1904) şəmsi ilində Təbriz şəhərində anadan olmuşdur.Onun atası yoxsul olduğu üçün…
"MƏNİM ÖLÜMÜMLƏ AZADLIQ HƏRƏKATI
DAYANMAYACAQDIR."
HÜSEYNQULU ƏMİNİ
Hüseynqulu Məhəmmədəli oğlu Əmini 1277 - ci il şəmsi ilində (1898) Məmeqan qəsəbəsində zəhmətkeş bir ailədə anadan olmuşdur.O, ibtidai təhsilini qədim üsulda yerli mədrəsədə alır, sonra isə şəxsi mütaliəsini genişləndirməklə öz biliyini artırır. Hüseynqulunun atası - Səttarxan hərəkatının bacarıqlı mücahidlərindən olan Məhəmmədəli yeri gəldikdə kəndlilər arasında söhbət edərək vaxtilə ələ gətirdiyi müb…
XALXALDA FƏDAİ BAŞÇISI MİR HEYDƏR ƏZİZİ
Mir Heydər Əzizi Seyid Bədəl oğlu 1270- ci ildə (1891- ci il, miladi) Azərbaycanın Xalxal vilayətinin Zaviyə kəndində kəndli ailəsində anadan olmuşdur.O, ibtidai təhsilini ruhani məktəbində almışdır. Sonradan təhsilini davam etdirə bilməyən Mir Heydər gənc yaşlarında Xalxaldan mühacirət etməyə məcbur olmuşdur.Mir Heydər 1289 - cu ildə (1910) böyük qardaşı Seyid Mədəd Əzizi ilə bərabər sənaye mərkəzlərində işləməyə başlamışdır.O, 1291 - ci …
ŞƏHİD MİRZƏKİŞİ MÜCƏRRƏDİ
(1890 - 1946)
Vətənin istiqlalı, xalqın azadlığı və səadəti uğrunda şəhid olan fədailərdən biri də Mirzəkişi Mücərrədi Ağakişi oğludur.Mirzəkişi Mücərrədi 1269 - cu ildə (1890) Biləsuvar mahalında əkinçi ailəsində anadan olmuşdur.O, uşaq ikən atası ilə birlikdə sənaye və kargər mərkəzi olmuş şəhərlərə getmiş, orada oxumuş və işləmişdir.Mirzəkişi az bir müddət içərisində dərzilik sənətini öyrənmiş və bir neçə vaxt bu sahədə işləmişdir.İstər dərzil…