DANEŞSƏRA SALONUNDA
Mən danışmaq qəsdi ilə buraya gəlmişdim.Vəli bacılarımızın və qızlarımızın burada göstərdikləri ləyaqət və yararlıq məni məcbur etdi ki, bu ehsasatdan təşəkkür eləyim, burada Milli Hökumətdən təşəkkür elədilər.Mən deməliyəm ki, Milli Hökumət xalqımızdan başqa bir şey deyildir.İndi ki, siz təarüf eləyib təşəkkür elədiz, mən də Milli Hökumət adına sizlərdən səmimiyyətlə təşəkkür edirəm.İndi hamı xanımlar və ağalar ehsas ediblər ki, bizim yolumuz səadətə gedir.Mən iki il bundan qabaq bir gün burada bir cəşndə var idim, onda fərğəltəhsillər cəşnində danışılan sözlər quru və tutivari idi.Burada Azərbaycan dilində danışmağa icazə verilmirdi və o dil ilə danışmaq bir eyib kimi nəzərə gəlirdi, onda mən çox kiçildim və s…