Menu

Azərbaycan Demokratik Firqəsi

header photo

21 AZƏR HƏRƏKATININ ŞƏHİDİ YƏHYA ŞEYXİ

21 AZƏR HƏRƏKATININ ŞƏHİDİ

YƏHYA ŞEYXİ

Yəhya Həbib oğlu Şeyxi 1300 - nci şəmsi ilində (1921 - ci il miladi) Ərdəbil şəhərində yoxsul bir ailədə anadan olmuşdur.O, hələ uşaq ikən atası ölür, ailənin yaşayış vəziyyətinin çətinləşməsi - nə baxmayaraq Ərdəbildə ibtidai təhsil ala bilir

və öz doğma şəhərində orta məktəb olmadığı üçün Tehrana getmək məcburiyyətində qalır.Lakin Tehran şəhərində də bir sıra maddi və ictimai məhrumiyyətlər, düzgün olmayan maarif quruluşu ona təhsilini davam e…

Ətraflı

SEYİD YUSİF MÜRTƏZƏVİ

SEYİD YUSİF MÜRTƏZƏVİ

(1916 -1946)

Seyid Yusif Mürtəzəvi 1916 - cı ildə Bəndər -  Ənzəli şəhərində azərbaycanlı ailəsində anadan olmuşdur.Orta təhsilini Ənzəli şəhərində bitirmiş, Tehranda isə Ali hərbi məktəbə daxil olmuş, 1937 - ci ildə oranı bitirmişdir.1945 - ci ilə qədər İranın piyada qoşun bölmələrində zabit kimi xidmət etmişdir.

Qoşunda cərəyan edən fəsad, xüsusilə qoşunun hərbi texnikasının Amerika müstəşar- larının ixtiyarına verilməsi Mürtəzəvidə şah rejiminə qarşı nif…

Ətraflı

Azərbaycan Milli Hökumətinin sərhəngi (polkovniki) ƏLİ NƏVAİ (1915 - 1983)

Azərbaycan Milli Hökumətinin sərhəngi

(polkovniki) ƏLİ NƏVAİ (1915 - 1983)

Azərbaycan Milli Hökumətinin sərhəngi, Ərdəbil vilayəti Xalq Qoşunlarının başçısı Əli Nəvai 1915 - ci ildə Tehran şəhərində anadan olmuşdur.Atası Məhəmmədqasım Hadı oğlu dövlət qulluqçusu olmuşdur.Anası isə evdar qadın olmuşdur.1919 - cu ildən 1926 - cı ilədək ibtidai məktəbi və 1934 - cü ildə orta hərbi məktəbi bitirmişdir.İran qoşun hissələrində 1936 - cı ildən 1942 - cı ilədək işləmişdir.Qoşunda axırıncı vəzifəsi komandir olmuşdur.1942 - ci ilin iyu…

Ətraflı

MƏŞRUTƏ HƏRƏKATININ BAYRAQDARI HÜSEYN XAN BAĞBAN

MƏŞRUTƏ HƏRƏKATININ BAYRAQDARI

HÜSEYN XAN BAĞBAN

Hüseyn xan Bağban 1250 - ci şəmsi ilində  (miladi 1871 - ci il) Təbrizin 12 km.yaxınlığında yerləşən Sədrud qəsəbəsində Kərbəlayi Məhəmmədəlinin ailəsində anadan olmuşdur.Kərbəlayi Məhəmmədəli ailəsi ilə birlikdə Təbrizə köçür və "Liləva" məhəlləsində yaşayır (Bu məhəlləyə xalq arasında"Hacı Mirzə ağa Fərşçi" məhəlləsi də deyilirdi).

Məşrutə inqilabına qədər Təbrizdə bağbanlıqla məşğul olan Kərbəlayi Hüseyn xan x…

Ətraflı

AZƏRBAYCAN MİLLİ HÖKUMƏTİNİN ŞƏHİD GENERALI MİRZƏ RƏBİ KƏBİRİ

AZƏRBAYCAN MİLLİ HÖKUMƏTİNİN ŞƏHİD

GENERALI MİRZƏ RƏBİ KƏBİRİ

Azərbaycan xalqının görkəmli dövlət xadimi Mirzə Rəbi Hacı Mir İsaq oğlu Kəbiri 1268 - ci şəmsi ilində (miladi 1889 - cu ildə) Marağa şəhərində mütərəqqi mülkədar - ruhani ailəsində anadan olmuşdur.O, Marağada ailə daxilində xüsusi müəllim vasitəsilə oxumuş, nəhayət, Təbriz və Tehran şəhərlərində öz təhsilini təkmilləşdirmişdir.Lakin, o bununla kifayətlənməyərək şəxsi mütaliə yolu ilə də həmişə özünün bilik və bacarığının dairəsini genişləndirməyə çalışmışd…

Ətraflı

HƏBİB SAHİR( ÜLKƏR)

HƏBİB SAHİR( ÜLKƏR)

(1903 - 1988)

Cənubi Azərbaycanın görkəmli şairi Mir Həbib Sahir (Ülkər) 1903 - cü ildə Təbriz şəhərində anadan olmuşdur.Babası Miyananın Tərk kəndindən Təbrizə köçmüşdür.Atası Mir Qəvam Sahir Məşrutə zamanı, Həbib Sahir 5 yaşında olanda, oğurlanıb və öldürülmüşdür.Həbib Sahirin həyatı son dərəcə uğursuz olmuşdur. Uşaqlıq və gənclik illəri Təbrizin Sürxab məhəlləsində keçmiş Həbib Sahir ilk təhsilini mollaxanada almışdır.

Həmin illəri …

Ətraflı

21AZƏR HƏRƏKATININ FƏDAİ ŞAİRİ MƏHƏMMƏD BAĞIR NİKNAM

21AZƏR HƏRƏKATININ FƏDAİ ŞAİRİ

MƏHƏMMƏD BAĞIR NİKNAM

(1921 -1946)

Mübariz fəhlə - şair 1921 - ci ildə (şəmsi ili 1300- cü il) Təbrizdə dəmirçi ailəsində dünyaya gəlmişdir.O, 5 - 6 yaşlarında yetim qalmış və dayısının himayəsində yaşayaraq kibrit karxanasında işləməklə keçinmişdir.Niknam yaxın yoldaşı Mahmuddan yazıb - oxumağı öyrənmiş, sonra böyüklərə məxsus məktəbdə molla yanında və nəhayət "Nizami" mədrəsəsin-

də təhsilini artırmışdı.

Məhəmməd Bağ…

Ətraflı

CƏFƏR MƏHƏMMƏDZADƏ (KAŞEF)


CƏFƏR MƏHƏMMƏDZADƏ (KAŞEF)

Cəfər Məhəmmədzadə 1272 - ci şəmsi ilində  (miladi 1892 - ci il) Mamağanda kəndli ailəsində anadan olmuşdur.O, gənc yaşlarında Tiflisdə işlədiyi illərdə gecə məktəbində oxumuş, 1296 - 1297 - ci illərdə (1917 - 1918) həmin şəhərdə nəşr olan"Vətən", "Qızıl şəfəq"," məcəl - Iələrində və "Yeni fikir" ruznaməsində öz şeirləri ilə çıxış etmişdir.O, öz vətəninə qayıtdıqdan sonra zülmkar İran şahlarının, xain məmurların haqsızlıqlarına qarşı azadixah bir şair kimi alovlu şeirləri ilə etiraz səsi qaldıraraq vət…

Ətraflı

CABBAR ƏSGƏRZADƏ BAĞÇEBAN

CABBAR ƏSGƏRZADƏ BAĞÇEBAN

(1885 -1966)

Bağçeban ləqəbi ilə məşhur olan Mirzə Cabbar

Əsgərzadə(Aciz) 1885 - ci ildə İrəvan şəhərində

anadan olmuşdur.İlk təhsilini mollaxanada almışdır.Atası İrəvanda qənnadlıq və memarlıq -

Ia məşğul olmuşdur.Ömrünün baharını təlim və tərbiyə işlərinə sərf edən Bağçeban nəinki Azərbaycanda, bütün Qafqazda və İranda məşhur olmuşdur.O, bir müddət C.Məmmədquluzadənin müdirliyi ilə nəşr olunan məşhur "Molla Nəsrəddin" məcmuəsində satirik şeirlər yazır, sonralar i…

Ətraflı

MİLLİ HÖKUMƏTİN BAŞ PROKURORU, ŞƏHİD FİRİDUN İBRAHİMİ

MİLLİ HÖKUMƏTİN BAŞ PROKURORU, ŞƏHİD

FİRİDUN İBRAHİMİ

"Bütün həyatımız boyunca düzlük və şərəf ilə yaşamışıq.Nədən dar ağacı altında pozğun görünməliyik."

Firidun İbrahimi

("Danışır Azərbaycan" kitabından )

Firidun İbrahimi 1918 - ci ildə (1297) Astara şəhərində ziyalı bir ailədə anadan olmuşdur.O, ibtidai təhsilini Astarada almışdır.Firidunun atası Mirzə Qəni 1929 - cu ildə (1308) siyasi ittihamla həbsə alınmış, bir neçə il zindanda qaldıqdan sonra Nəhavəndə sürgün olunmuş -…

Ətraflı