Menu

Azərbaycan Demokratik Firqəsi

header photo

ABŞ-ın Venesueladakı dərdi nədir?ABŞ-ın Venesueladakı dərdi nədir?

ABŞ-ın Venesueladakı dərdi nədir?

Venesuelada açıq bir çevriliş cəhdi var

Əslində bu daha əvvəl bir neçə dəfə sınağa çəkildi. Amma hərbi və sui-qəsd metodları uğursuz olunca, bu dəfə "oldu bitdi” kimi qarşımıza çıxdı.

Trampın dərdi Venesuelanın nefti

Venesuela neft ilə zəngin bir ölkədir. Amma aclıqla imtahan edilir. Bunun səbəbi Amerikan embarqolarıdır. ABŞ rəhbərliyi embarqo ilə aclığa məhkum etdiyi Venesuelada çevrilişlə rəhbərliyi nəzarəti altına almaq həvəsindədir. Səbəb ucuz, hətta pulsuz neft, habelə enerjini idarə etmə siyasətidir. Yaxın Şərqdə həyata keçirilənlərin eynisi Venesuelada edilir. Neft zəngini bir ölkənin enerji resurslarının Amerikanın nəzarətinə keçirilməsi tələb olunur.

Səudiyyə Ərəbistanına da bənzərini etmişdilər

Tramp prezident olmazdan əvvəl Səudiyyə Ərəbistanına "bizə müftə neft verməlisiniz, çünki sizi biz qoruyuruq" deyə twitlər atmışdı. 2 oktyabrdakı Qaşıqçı qətlindən bir müddət əvvəl yenə Səudiyyə Ərəbistanına hədələyici dillə "neft qiymətlərini endirin, yoxsa taxtda 15 gün də otura bilməzsiniz" deyə səslənmişdi. ABŞ siyasəti enerjini birbaşa inhisarına alıb, nəzarət altında saxlamaq üzərində qurulmuş, neftin və ya qazın qiymətini Amerika müəyyənləşdirməlidir, siyasətləri bu istiqamətdədir. Tramp isə bu Amerika siyasətini daha da tələsik vəziyyətə gətirib, təkcə nefti nəzarət altına almaqla yetinmir, eyni zamanda nefti pulsuz gətirməyi də hesablayır.

2002-dən bəri bir çox dövlət çevrilişi cəhdi oldu

Venesuelada Çavez dövründə də bir neçə dəfə dövlət çevrilişi cəhdi olmuşdu. Amerikanın imperialist siyasətlərinə qarşı duran Venesuela 2002-dən bu yana dövlət çevrilişi cəhdlərinə alışıb. Çavezin xərçəng xəstəliyinə tutulmasından sonra ölməsi də baş qarışdırmışdı. Çünki həmin dövrdə Braziliyanın dövlət başçısı Lua Lua da xərçəng oldu. ABŞ siyasətlərinə qarşı çıxan iki liderdən biri, yəni Çavez öldü, digəri isə vəzifəsini qoymaq məcburiyyətində qaldı və hazırda həbsdədir. Çavezdən sonra Maduro dövründə dövlət çevrilişi cəhdləri təkrarlandı. Avqust ayında Maduroya dron-la sui-qəsd etmək istədilər, daha bir neçə gün öncə yenə ordu içərisindəki bir qrup çevrilişə cəhd etdi. Trampın yarım il əvvəl Venesuelaya qarşı hərbi müdaxilə etməklə bağlı planın varlığının ortaya çıxdığını da xatırlatmaqda fayda var.

ABŞ bölgə dizayn edir

Braziliyada Lua Lua və Rousefin hakimiyyətdən düşürülməsindən sonra ABŞ cizgisində Bolsorano dövlət başçısı oldu. Argentinada də analoji tədbirlər həyata keçirildi və Argentina BVF-yə yenidən məhkum edildi. Trampın müxalifət liderini "Venesuela dövlət başçısı" kimi tanımasını bu ölkələrin bir çoxu qəbul edib. Regionda təkcə Kuba, Boliviya və Meksika Venesuelanın yanında dayanma cəsarəti göstərdi.

Neftlə zəngin bir ölkə necə bu hala gəldi

Çavez dövründə Venesuela Rusiya ilə nüvə enerjisi müqaviləsi imzalamışdı. Sonra 2011 Yaponiya zəlzələsində Yaponiyadakı nüvə radiasiya sızıntısı əsas göstərilərək Amerikanın təzyiqləri ilə bu layihə dayandırıldı. Daha sonra quraqlıq səbəbi ilə Venesuelada elektrik fasilələri baş verdi. Amerikan embarqoları da əlavə olunduqda iqtisadi böhran baş verdi və neft ilə zəngin bir ölkə aclıq, kasıblıq səbəbilə yağmalanma hadisələrinin yaşandığı bir yer halına gətirildi.

Hərbi yolla, sui-qəsdlə edə bilmədilər, indi də bu yolu sınaqdan keçirirlər

Venesuelada hərbi və sui-qəsd üsulları ilə uğursuz olunan dövlət çevrilişi cəhdləri bu gün gülməli bir şəkildə aparılır. Milli Məclisin sədri, eyni zamanda müxalifət lideri bir meydanda çıxıb, öz-özünə prezidentlik andı içir və Amerika bu adamı qanuni dövlət başçısı kimi tanıyır. Sonra da təzyiqlə digər ölkələri bunu tanımağa məcbur edir. Halbuki qarşı tərəfdə may ayındakı seçkidə 68 faiz səs qazanmış, seçilmiş və qanuni bir lider var.

Qərb yenə demokratiya sınağında sinifdə qalacaq

Tramp demokratiya ilə məşğul olmur, amma Amerika və Avropa İttifaqı demokratiya ritorikaları ilə ölkələri dizayn etməyi çox sevirlər. 2013-də Misirdə çevriliş olanda ABŞ və Aİ dərhal Qahirəyə qaçıb, çevrilişçi Sisinin yanında dayanmışdı. Bu gün Venesueladakı çevriliş cəhdi ABŞ tərəfindən başlanılıb, indi top Avropadadır. Demokratiyanı yalnız öz maraqları üçün istifadə edən Avropa, Venesuelada seçilmiş lider yerinə, öz-özünə and içən bir adamı dövlət başçısı kimi tanıyacaqmı, yoxsa tanımayacaqmı, hazırda maraq edilən budur. Gələn siqnallar isə tanıyacaqları şəklindədir. Bu əslində Avropa üçün bir demokratiya imtahanıdır, amma gəlinən nöqtə və təcrübələr göstərir ki, Avropa demokratiyanı yalnız öz maraqları uğrunda istifadə edən quruluşu ilə bu imtahanda sinifdə qalacaq kimi görünür.

Hərbi müdaxilə olarmı?

Amerika deyir ki, hərbi müdaxilə variantı masada yoxdur. Belə bir açıqlama belə yersiz hərbi müdaxiləyə səbəb olmalı, ortada kimyəvi silah istifadə edən, nüvə silahla qətl edən, terror təşkilatları yaradan biriləri var və Amerikanın o çox tez-tez istifadə etdiyi qırmızı cizgiləri keçilir ki, hərbi müdaxilədən bəhs etməyə ehtiyac duyurlar. ABŞ yalanlasa da, daha öncə Venesuelaya hərbi müdaxilə hazırlığı aparıldığı ortaya çıxmışdı. Bu gün buna ehtiyac duyulurmu, orası qeyri müəyyəndir. Bu da var ki, Rusiya 10 dekabrda mümkün bir xarici müdaxiləyə qarşı Venesuelanı qorumaq məqsədilə bu ölkəyə 2 ədəd strateji bombardman təyyarənin da olduğu bir sıra hərbi texnikalar yerləşdirib. (Müxalifət.az)

pia.az

Go Back

Comment