Menu

Azərbaycan Demokratik Firqəsi

header photo

SÜLEYMAN MÖHSÜN İSKƏNDƏRİ

SÜLEYMAN MÖHSÜN İSKƏNDƏRİ

Azadlıq hərəkatının qocaman xadimi Süleyman mirzə 1877 - ci ildə Təbrizdə ziyalı ailəsində anadan olmuşdur.O, qədim və müasir üsulda təhsil almış, şəxsi mütaliə vasitəsilə öz biliyini zənginləşdirmiş və bir müddət Tehranın " Şərəf" mədrəsəsində tədrislə məşğul olmuşdur.İstibdad və imperializm zülmünün şahidi olan Şüleyman mirzə xalqın məhrumiyyitlərini ürəkdən hiss etmiş və onun nicat yolunu da axtarmışdır.

XIX əsrin axırlarından etibarən mütləqiyyət üsuluna və imperializm nüfuzuna qarşı yüksəlməkdə olan xalq hərəkatı Süleyman mirzəni də öz cərgələrinə çəkib aparmışdır. Onun ictimai fikirlərinin mütərəqqi istiqamətdə formalaşmasında həm xalq hərəkatının görkəmli xadimlərindən biri Yəhya mirzənin (Süleyman mirzənin böyük qardaşıdır və Bağşah hadisəsilə əlaqədar vəfat etmişdir) rolu böyükdür.

Süleyman mirzə Məşrutə hərəkatı dövründə azadixahların mütəşəkkilləşməsi, mübarizənin səmərəli olması işində şox zəhmət çəkmişdir.Xalq işinə sədaqətlə və geniş nüfuzuna görə o, bir neçə dövrələrdə, bunlardan sonra da Milli Şura Məclisinə nümayəndə seçilmiş, yüksək dövlət vəzifələrində olmuş və həmişə də xalqın mənafeyini, onin azadlıq və səadəti üçün çalışmağı hər şeydən üstün tutmişdur.Məşrutə dövründə mütərəqqi əncümənlər təşkil etmiş, Məhəmmədəli şaha qarşı milli müdafiə qüvvələri yaradılması onun xidmətləri ilə bağlıdır.

Böyük Oktyabr sosialist inqilabının qələbəsindən sonra yeni ilhama yüksələn xalq hərəkatına qarşı ingilis imperialistləri bir sıra tədbirlər görməyə başlamışlar.Onlar 1919 - cu il qərardadı vasitəsilə İranı tam müstəmləkəyə çevirmək istəsə də digər azadixahlar kimi Süleyman mirzə də bu qərardada qarşı şiddətli mübarizəyə qalxmışdı.Bütün nüfuzu qüdrətini onun əleyhinə işə salmaqla ölkənin istiqlalını müdafiə etmişdir.Ümumiyyətlə, o, imperializm nüfuzuna qarşı mübarizələrdə həmişə fədakarlıqla iştirak etmişdir.Ölkənin ziddi imperialist qüvvələrinin görkəmli başçılarından olan Süleyman Möhsün İskəndəri dəfələrlə irtica və imperialist əməllərinin terror və təqibinə məruz qalmış və bir dəfə də qardaşı İsa mirzə ilə birlikdə tutulub Hindistanda həbs edilmişdir.

İranda demokrat və İctimaiyyun - Amiyyun firqələrinin yaranmasında və fəaliyyətində Süleyman mirzənin xidmətləri böyükdür.Rza şah diktatorluğunun süqutu ilə əlaqədar olaraq

ölkədə xalq hərəkatı yüksəldiyi üçün onun da siyasi və ictimai fəaliyyəti genişlənmiş, daha yüksək səviyyəyə qalxmışdır.O, vaxtilə həmin yüksəlişə, antifaşist mübarizəyə düzgün istiqamət vermək üçün yaratmış Hizbe Tudeye İranın yaradıcılarından olmuşdur.O, Hizbe Tudeye İranın Mərkəzi Komitəsinin sədrliyini həyatının sonuna qədər ləyaqətlə davam etdirmişdir.

İran xalqının fədakar oğlu, Hizbe Tudeye İranın (İran Xalq Partiyası) Mərkəzi Komitəsinin ilk sədri olan Süleyman Möhsün İskəndəri azadlıq hərəkatının görkəmli xadimlərindən biridir.O,

1322 - ci dey ayının 16 - da (miladi 1943, 7 - si yanvar) Tehranda vəfat edənə qədər ciddiyyətlə çalışmış, bütün enerji, bilik və bacarığını xalq səadətinə həsr etmişdir.O, İran xalqlarına xitabən demişdir: "Ay məzlumlar, əsarət zəncirini dəmir çəkişiylə qırmağa çalışın!Ölkənin azadlıq və istiqlalı uğrunda irtica və imperializmə qarşı mübarizədən bir dəqiqə də olsun əl çəkməyin!"

Təqdim etdi: Güləddin İsmayılov

Go Back

Comment